TCP/İP şəbəkəsində ünvanlaşdırmanın üş növü mövcuddur. Bu ünvanlaşdırmalar aşağıdakılardır:
Qovşaqların lokal ünvanları. Bu ünvanlar qovşağın daxil olduğu ayrıca təşkil olunmuş şəbəkəni müəyyənləşdirən texnologiya ilə təyin olunmuşdur. Lokal şəbəkədə olan belə ünvanlar MAC ünvanlar adlandırılırlar. Belə ünvanlar unikal olmaqla, mərkəzləşdirilmiş şəkildə idarə edilir. Lokal şəbəkələrin bütün mümkün texnologiyalarında MAC ünvanlar üçün 6 baytlıq format müəyyən edilmişdir. Bunlardan 3 böyük bayt istehsalşı şirkətin identifikatoru, 3 kiçik sonrakı bayt isə istehsalçı tərəfindən unikal olaraq təyin olunur. Qlobal şəbəkələrə daxil olan qovşaqlar üçün, məsələn X.25 və ya frame relay şəbəkələrində lokal ünvanlar qlobal şəbəkənin inzibatçısı tərəfindən təyin olunur. Qeyd edək ki, MAC ünvanlar fiziki ünvanlar da adlandırılır.