Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri



Yüklə 1,16 Mb.
səhifə64/65
tarix01.01.2022
ölçüsü1,16 Mb.
#103046
1   ...   57   58   59   60   61   62   63   64   65
Server - lokal və uzaq kompüterlərdəkı verilənlərə daxil olmanı təmin edən proqram və kompüterlər sistemidir.

Kliyent- serverlərdən verilənləri çağıran kompüterlərdır.

Şəbəkə - informasiya mübadiləsi aparan kompüterlər qrupudur, məsələn, istifadəçi informasiyanı serverdən çağırır və onun sorğusuna cavab olaraq verilənlər ona göndərilir. Kompüterlər arasındakı bu informasiya mübadiləsi naqil, koaksial kabel, peyklər və mikrodalğalar vasitəsilə aparılır.

Internet şəbəkəsinin təqdim etdiyi xidməti iki kateqoriyaya bölmək olar:

Fiziki cəhətdən Internet birləşdirici vasitələrdən biridir. Birləşmənin elementar tipi ev kompüterləridir. Bunlar informasiya xidmətinə (Copu Server, Microsoft Network, Excplorer) və ya İnternet provayderə modem vasitəsilə telefon xəttinə qoşulur.

Internet məhsuldarlığı və modeli muxtəlif olan kompüterləri birləşdirməyə, onlar arasında informasiya mübadiləsi aparmağa imkan verir. Internet təkcə fiziki şəbəkə deyil. Real Internet - protokollar yığımıdır ki, onların köməyi ilə müxtəlif kompüterlər informasiya mübadiləsi edirlər.

Internet-dən istifadə etməklə bir kompüter digərini idarə edə bilər. Məsələn, kompüter digər kompüterlərdən faylları tapıb ona gondərilməsini idarə edə bilir. Bu proses funksional uyğunlaşma adlanır.

İnternet protokolları:

İnternet çoxlu sayda şəbəkələrdə informasiya mübadiləsini təmin edir. Bu şəbəkələrin hər biri protokol adlanan standartlar qrupuna uyğun verilənlərin göndəril­məsini və qəbulunu idarə edir. Başqa sözlə protokollar İnternetdə şəbəkələrdəki əlaqə­ni təmin edir.

Verilənlərin idarə protokolu şəbəkələrarası protokol (TCP/IP): Internet şəbəkə­sini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP (TCP - Transmission Control Protocol, IP - Interaet Protocol) protokollarıdır. TCP/IP ümu­miyyətlə Internetlə kompüterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa düşülür. TCP/IP şəbəkədaxili əlaqələr texnologiyasıdır. Başqa sözlə desək İnternet onu təşkil edən şəbəkələr arasında əlaqə yaradan vasitədir.

TCP şəbəkə ilə göndərilən verüənlərin paketlərə necə bölünmələrini təyin edir. İP paketləri ünvanlaşdırdması və onların təyin olunan yerlərə çatdırılmasını təmin edir. Beləliklə, protokollar kombinasiyası olan TCP/IP istənilən kompüter və ya şəbə­kənin həmin protokolla işləyən digər kompüterlərə qoşulmağa və informasiya mübadiləsi aparmağa imkan verir.

Verilənlərin Internet-dən çağırılmasının bir çox üsulları mövcuddur:

FTP - (File Transfer Protocol) fayllarıötürmə protokolu. Burada faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kom­püterlə əlaqə yaradan istifadəçi istədiyi faylıöz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikilik kodda olan mətn fayllar mübadiləsini aparmağa imkan verir. FTP vasitəsilə Internet-ə qoşulmuş istənilən kompüterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar: ftp://

Internet-də informasiya mübadiləsinin digər bir üsulu da var. Bu üsul hər bir şəxsə və şirkətə öz qəzet və jurnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa, interaktiv kataloq və sorğu sistemi təklif etməyə, hətta bütün dünyada videotəsvir və səs fayllarını yaymağa imkan verir. Bu Internet protokolu WWW (World Wide Web) - ümumdünya hörümçək toru adlanır və Internet vasitəsi ilə ötürülən sənədlərdən ibafətdir

Tim Berners - Li 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə, Web texnologiyası tezliklə bütün dünyada yayıldı.



İnternet ünvanlaşdırılması: əgər e-mail elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir - biri ilə əlaqə saxlamalarına şərait yaradırsa, URL Internet-də yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir. Yəni Internet-də yerləşən hər bir fayl və ya resurs identifıkasiya edilir: URL (Uniform Resource Locators)-faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir. URL - serverdə istifadə olunan protokolun adı ilə başlayır.

http. HTTP (Hypertext Transport Protocol)- Internet istifadə protokoludur. HTTP Web-səhifələri Internet-dən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkü edir. Ünvanın əvvəlində yazılmış http:// perifeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (ftp) yə ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazilır (host).. Bu ünvanı domen ünvanı(domain adress) da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. Nəticədə sintaksis URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakışəkildə öla bilər:


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin