“İnformatika” kafedrası



Yüklə 27,54 Kb.
tarix25.05.2018
ölçüsü27,54 Kb.
#51391

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Tətbiqi Riyaziyyat və kibernetika

fakültəsi




“İnformatika” kafedrası



İnformatika fənnindən dissertanturaya qəbul
P R O Q R A M I

Bakı 2018




Tərtib edənlər:



1. BDU İnformatika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, f.-r.e.d. K.R.Ayda-zadə,

2. BDU İnformatika kafedrasının dos. f.r.e.n. S.Q.Talıbov

3.BDU İnformatika kafedrasının baş müəllimi, r.ü.f.d.B.Q.Şamilova
Elmi redaktor:

BDU İnformatika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, f.-r.e.d. K.R.Ayda-zadə

Rəyçilər:

  1. BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor, t.e.d.Ə.Ə.Əliyev

  2. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi r.ü.e.d., prof. V.M.Abdullayev


Mövzuların məzmunu
İnformatika elminin predmeti.

İnformatika elmi haqqında ümumi məlumat, nəzəri və tətbiqi sahələri, predmeti. İnformasiya haqqında əsas anlayışlar, təsvir üsulları və xassələri haqqında ümumi məlumat. İnformasiyanın yaradılması, ötürülməsi, qəbulu, saxlanılması və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması. ASCİİ və UNİCODE kodları.


Fərdi kompüterin quruluşu, əsas və periferiya qurğuları.

Elektron Hesablama Maşınlarının (EHM) yaranma tarixi və nəsilləri, əhatə etdiyi dövrlər, element bazaları, çəkisi, həcmi, məhsuldarlığı. EHM-in müxtəlif əlamətlərə görə təsnifatı. Superkompüterlər, meynfreymlər və mini EHM-lər. Fərdi kompüterlər (FK). Əsas və periferiya qurğuların təsnifatı, təyinatı. Daxili və xarici yaddaş qurğuları, onların funksiyası və təyinatı


Alqoritmin xassələri və təsvir üsulları.

Alqoritmin mahiyyəti, əsas xassələri və təsvir üsulları. Alqoritmlərin növləri. Məsələlərin kompüterdə həlli mərhələləri.



Say sistemləri.

Say sistemi haqqında əsas anlayışlar. Mövqeli və mövqesiz say sistemləri. İkilik, səkkizlik, onluq və on altılıq say sistemləri. İkilik say sistemində toplama və çıxma əməlləri. Bir say sistemindən digər say sisteminə keçid.


Proqram təminatının növləri, vəzifələri. Əməliyyat sistemləri (ƏS).

ƏS-nin funksiyaları, növləri və təsnifatı haqqında ümumi məlumatlar. MS WINDOWS əməliyyat sistemi ailəsi. MS WINDOWS ƏS-nin əsas və kontekst menyusu. Pəncərənin quruluşu. Sistem qovluqları. MS WINDOWS əməliyyat sisteminin xidmətçi proqramları. Fayl və qovluqlar üzərində əməliyyatlar.


Elektron sənədlərin tərtibatı, emalı. MS Word proqramı.

Mətn prosessorları haqqında ümumi məlumat. MS Word proqramının əsas interfeysi. MS Word proqramının menyu və bölmələrinin təyinatı və onlardan istifadə. MS Word proqramında mətnin fraqmentləri üzərində əməliyyatlar. Mətnin sənədlərinin tərtibatı, redaktə olunması, formatlaşdırılması, saxlanılması və çap edilməsi. MS Word mətn prosessorunun qrafik imkanları. Cədvəl və diaqramların qurulması. Formulaların yazılması.


Elektron cədvəllərin təşkili və redaktəsi. MS Excel proqramı.

Cədvəl prosessorları haqqında ümumi məlumat. MS Excel proqram interfeysi haqqında. Əsas menyu və bölmələrinin təyinatı və təsnifatı. İşçi kitabın sazlanması. Nisbi və mütləq ünvan anlayışları və onların fərqi. Xanalara informasiya daxil edərkən, xananın formatlaşdırılması. Verilənlərin tipləri. Cədvəllərin tərtibi və doldurulması, onlardan istifadənin səmərəliyi. Excel-də diaqramların qurulması, redaktəsi və formatlaşdırılması. Siyahıların yaradılması. Verilənlərin nizamlanması, süzgəclər.


Elektron prezentasiyaların təşkili. MS Power Point proqramı.

Elektron prezentasiyalar haqqında ümumi məlumat. MS Power Point proqram interfeysi. Menyu və bölmələrinin təyinatı və funksiyaları. Elektron təqdimatın strukturu. Elektron təqdimatların təşkilinin mərhələləri və işlənməsi. Tədqiqatların nəticələrinin təqdimatlar vasitəsi ilə verilməsi. Slaydlarla iş.. Slaydlara xüsusi effektlərin (animasiya, səs, diaqram, loqotip və s.) əlavə edilməsi. Təqdimata baxış və onun nümayişi.


Verilənlər bazaları və onların təşkili. MS Access proqramı.

Verilənlər bazası (VB): əsas anlayışlar, onların strukturları, tətbiqi. Verilənlər bazasının idarəetmə sistemləri, onların funksiyaları və növləri. MS Access proqramının interfeys elementləri, bölmələri, verilənlərin tipləri. Sadə cədvəllərin yaradılması, informasiyaların daxil edilməsi, emalı, axtarışı, silinməsi və çeşidlənməsi.


Kompüter qrafikası

Kompüter qrafikasının tətbiq sahələri. Təsvir üsullarına görə kompüter qrafikasının növləri, əsas elementləri. Onların üstün və fərqli cəhətləri. Rəngin dərinliyi (rəng çalarları). Qrafik faylın həcminin hesablanması düsturu. Qrafik faylların formatları. Kompüter qrafikasında istifadə olunan tətbiqi proqramlar.



Mövzu 11. Kompüter şəbəkələrinin növləri və təyinatları.

Kompüter şəbəkələrinin təyinatı və təsnifatı. Əsas anlayışlar (protokol, körpü, şlüz, marşrutizator və s.). Server və işçi stansiya anlayışı. Kliyent-server, fayl-server texnologiyaları. Lokal, qlobal şəbəkələr haqqında əsas anlayışlar. Lokal şəbəkələrin əsas aparat komponentləri. Lokal şəbəkələrin topologiyaları, onların fərqli və üstün cəhətləri.

İnternetin yaranması, inkişaf tarixi və tətbiq sahələri. İnternetdə ünvanlaşma. Domen Name System (DNS). İnternet xidmətləri, brauzerlər. Web-sənədlər və onların təşkili. İnternetə bağlantı üsulları (Dial-Up bağlantı, ADSL və s., simsiz və peyk bağlantıları). Mobil rabitə və İnternet. Axtarış sistemləri.
İnformasiya təhlükəsizliyi problemi. İnformasiyanın qorunması üsulları

İnformasiyanın təhlükəsizliyi. İnformasiyanın kompleks mühafizəsi sistemi. Kompüter virusları, onların təzahür formaları və növləri. Virusdan qorunma tədbirləri. Antivirus proqramlarının təsnifatı və təyinatı. İnformasiyanın arxivləşdirilməsi. Arxivator proqramları.




Ədəbiyyat

Əsas

  1. M.S.Xəlilov, N.Ə.Həsənova “İnformatika”, Bakı 2015 (dərslik), 415 səh.

  2. N.Ə.Həsənova, E.N. İsrafilova “İnformasiya sistemləri və informasiya texnologiyaları”, “Mütərcim” nəşriyyatı, Bakı- 2015, 312 səh.

  3. N.Ə.Quliyev, Z.Ə.Şamilov “İnformatika”, “Vətən” nəşriyyatı, Bakı-2013, 728 səh.

  4. N.Ə.Quliyev. Elektron imza, elektron kommersiya (İnformatika) Bakı-2008, 344 s.

  5. E.N.İsrafilova, Ə.Ə.Əliyev Kompüter şəbəkələri. – Mingəçevir – 2008, 51 s.

Əlavə

  1. Ф.Симонович «Информатика» М.2013, стр. 640.

  2. Joan Lambert, Curtis Frye, Microsoft Office 2016. Step by step, 2015, pp.592.

  3. Alan G.Konheim. Computer security and cryptography. Published in Canada-2007, pp.546.

Yüklə 27,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin