İnformatikanin əsaslari


Proqram layihəsinin kompüterdə icrası



Yüklə 5,72 Mb.
səhifə25/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

Proqram layihəsinin kompüterdə icrası

İnterpretator və kompilyatorlar.


Prosessorun proqramı icra edə bilməsi üçün proqram və verilənlər operativ yaddaşa yüklənməlidir. Bundan əvvəl operativ yaddaşa yüklənmiş tərcüməçi proqram (translyator) yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqram mətnini avtomatik olaraq maşın dilinə, prosessorun anladığı dilə tərcümə edir. Translyatorlar 2 tip olur: interpreta- torlar kompilyatorlar.

İnterpretator yüksək səviyyəli dildə yazılmış proqram əmrlərini ardıcıl olaraq maşın dilinə tərcümə edib icraya buraxan proqramdır. İnterpretatopun üstün cəhəti odur ki, proqramdakı səhvi tapmağa imkan verir. Nöqsanı isə yavaş işləməsidir.

Kompilyator bir qədər başqa cür işləyir. O, proqram mətnini bütövlükdə tərcümə edib exe fayla çevirir ki, bu da icraya tam hazır olur. Bundan sonra həmin proqramı istənilən qədər işlətmək olar. Kompilyator cəld işləsə də, proqramdakı səhvi tapmağa imkan vermir. Müasir proqramlaşdırma sistemləri, o cümlədən, Visual Basic həm interpretatorla,

həm də kompilyatorla işləməyə imkan verir. Proqramın tərtibi mərhələsində interpretator rejimindən, bütün səhvlər aradan qaldırıldıqdan sonra isə kompilyator rejimindən istifadə edilir.



Proqramın icra prosesi. Bu prosesi yuxarıda baxğımız Dəyişənlər‖ layihəsi timsalında nəzərdən keçirək.

Proqram mətninin operativ yaddaşa yüklənməsi. Proqram mətni operativ yaddaşa ya klaviaturadan daxil edilir, ya da vinçesterdən yüklənir. Proqram mətni yaddaşda müəyyən miqdarda, məsələn İ-ci yuvadan İ+K-cı yuvayadək yer tutur.

Proqramın maşın dilinə tərcümə edilməsi. Proqramçının yüksək proqramlaşdırma dilində, məsələn, Visual Basic dilində tərtib etdiyi proqramı prosessorun anlaması üçün yaddaşda Visual Basic dilindən tərcüməçi-translyator olmalıdır. Proqram operativ yaddaşa oxunarkən bu translyator orada müəyyən yaddaş sahəsi zəbt edir, məsələn, N-ci yuvadan N+M-ci yuvayadək yer tutur.

Proqramın icrası. Proqramı işə buraxdıqdan sonra prosessor proqramdakı operatorları (əmrləri) ardıcıl oxuyub, icra edir. Dəyişənlərin elan edilməsi operatorunun (Dim) icrası prosesində operativ yaddaşda intA intB tamədədli dəyişənlərinin hər biri üçün 2 yuva, mənfi olmayan tamədədli bytC dəyişəni üçün 1 yuva, birqat dəqiqlikli sngD dəyişəni üçün 4 yuva, ikiqat dəqiqlikli dblE dəyişəni üçün 8 yuva, strA strB sətri dəyişənlərinin hər biri üçün onların qiymətlərindəki simvolların sayı qədər yuva, blnA, blnB, blnC məntiqi dəyişənlərinin hər biri üçün 2 yuva ayırır. Beləliklə, verilənlərin yaddaşda saxlanması üçün müəyyən yaddaş sahəsi, məsələn, 1-ci yuvadan 39-cu yuvayadək yer ayrılır.

Bu, aşağıdakı cədvəldəki kimidir:




Dəyişənlərin adı

Operativ yaddaş

yuvalar

qiymətlər

intA

1-2

2

intB

3-4

3




bytC

5

1

sngD

6-9

0,6666667

dblE

10-17

0,66666686534882

strA

18-22

Forma

strB

23-33

Informatika

blnA

34-35

True

blnB

36-37

False

blnC

38-39

False

...




İ

Proqram kodu




İ+K




...




N

Proqramlaşdırma dilinin translyatoru




N+M




...

Sonra mənimsətmə operatorunun icrasına keçilir. Bu zaman operativ yaddaşa dəyişənin qiyməti106 yazılır.

Sonra Print metodunun köməyi ilə dəyişənlərin qiymətləri proqramın qrafik interfeysini reallaşdıran forma üzərinə çıxarılır. Bu prosesdə dəyişənlərin qiymətləri yaddaşdan oxunur və monitor ekranında işıqlandırılır.


      1. Visual Basic dilində dialoq pəncərələri və fayllarla


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin