İnformatikanin əsaslari


Proqram təminatının tipologiyası



Yüklə 5,72 Mb.
səhifə28/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

Proqram təminatının tipologiyası


Proqram vasitələri 3 tipə bölünür: Sistem proqram təminatı;

Proqramlaşdırma texnologiyalarının instrumentariyası; Tətbiqi proqram təminatı.



Sistem proqram təminatı dedikdə, kompüter ya şəbəkəni işçi vəziyyətdə saxla- yan proqram vasitələri kompleksi nəzərdə tutulur. Sistem təminatını işləyib hazırlayan, tətbiq edən və təkmilləşdirən proqramçılar sistem proqramçılar adlanır.

Şəbəkədə sistem proqram təminatı ilə sistem proqramçılarla yanaşı, şəbəkə inzibatçısı və operatorlar da məşğul olurlar.

Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar daxildir: Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi;

Kompüterdə şəbəkədə tətbiqi proqramlar üçün şəraitinin yaradılması; Köməkçı prosedurların123 icrası;

Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və profilaktikası.

Sistem təminatı kompüterin ayrılmaz tərkib hissəsi olmaqla, sabit yaddaşda baza təminatını, kompüterin əməliyyat sistemini (ƏS), əməliyyat örtüyünü şəbəkə ƏS-ni özündə birləşdirir.

Servis (xidməti) proqram təminatı istifadəçi üçün rahat (komfort) iş şəraiti yaradır. Buraya: diaqnostika, antivirus, disklərə xidmət, verilənləri arxivləşdirən imtinadan sonra bərpa proqramları daxildir.

Proqramlaşdırma texnologiyalarının instrumentariyası proqram tərtibi vasitələrini özündə birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi proqramların yaradılma- sı, sazlanması testləşdirilməsi mərhələlərini özündə birləşdirən bütün proqramlaşdır- ma prosesini həyata keçirməyə imkan verir.

Turbo Pascal və ya Turbo C kimi universal dillərə və müəyyən sinif proqram vasitələrinin124 yaradılması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış sistemlərə əsaslanan çoxsaylı proqramlaşdırma sistemləri mövcuddur.

Proqramlaşdırma sistemlərinə: müəyyən proqramlaşdırma dilində mətn və obyekt- istinad proqram vasitələri; proqramlaşdırma dilindən kompilyator; proqram sazlayan; proqramları optimallaşdıran vasitələr; standart proqramlar kitabxanası; əlaqələr redaktoru125; sorğu informasiyası126; fərdi kollektiv layihələrin reallaşdırılması üçün olan proqramlar; proqramları sənədləşdirən proqramlar aiddir.



123 surətçıxarma, arxivləşdirmə, faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən mühafizə

124 məsələn, verilən bazasının

125 kompanovkaedici

126 aidi və ümumi arayışlar

Proqramlaşdırma sistemləri ilə yanaşı, son illərdə proqramlaşdırmanın avtomat- laşdırılması üzrə müxtəlif vasitələrin127 geniş istifadəsi müşahidə olunur. Bunlara CASE (Computer Aided System Engineering) instrumentləri deyilir.



Tətbiqi proqram təminatının tipologiyası olduqca genişdir. Təkcə iqtisadi yönlü proqram əlavələrini sadalamaq istəsək, mühasibat uçotu, maliyyə fəaliyyəti, anbar uçotu, kadr uçotu, istehsalın idarə edilməsi, sifariş satışın uçotu bank fəaliyyəti kimi iqtisadi fəaliyyət növləri üzrə yaradılmış proqramların adını çəkmək kifayətdir.

Tətbiqi proqram təminatına ofis proqramlarını, informasiya sistemlərinin yaradıl- ması fəaliyyət göstərməsi üçün nəzərdə tutulan proqram vasitələrini, ekspert sistem- lərini, layihə işlərinin avtomatlaşdırılması sistemlərini, təqdimat hazırlayan vasitələri



  1. aid edirlər.

Qeyd etmək lazımdır ki, tətbiqi proqram təminatına həm də mətn redaktorları, elektron cədvəlləri və VBİS-lər128 aiddir.


    1. Yüklə 5,72 Mb.

      Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin