İnformatikanin əsaslari


Qrafik interfeysli əməliyyat sistemləri



Yüklə 5,72 Mb.
səhifə32/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

Qrafik interfeysli əməliyyat sistemləri

UNİX Əməliyyat sistemi


UNİX digər sistemlərdən müsbət mənada fərqlənən ƏS-dir. Bunun təməlində proses konsepsiyası dayanır. Proses dedikdə, işə buraxılmış proqramın155 ixtiyari nüsxəsi nəzərdə tutulur. UNİX baxımından, hər bir proses öz virtual kompüterində icra edilən öz virtual yaddaşından istifadə edən proqramdan ibarətdir. Bir proses digər prosesi işə qoşa bilir. Bu halda hansı prosesin hansı kompüterdə getməsi vacib deyil. UNİX- proseslərarası informasiya mübadiləsi üçün paralel hesablamaları sinxronlaşdıran siqnal- lar, semoforlar, proseslərarası kanallar, ötürmə növbələri, paylanmış yaddaş kimi geniş imkanlar mövcuddur. Siqnallar proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor prosesdaxili dayanma davametmə işini icra edir. Proseslərarası kanallar proseslər arasında informasiya mübadiləsini reallaşdırır. Bir prosesin nəticələri kanala yazılır ki,

digər proses onu kanaldan oxusun. Lakin bu zaman kənar proseslər həmin kanala müdaxilə edə bilmirlər. Proseslərarası kanaldan fərqli olaraq, ötürmə növbələri bütün proseslər üçün açıqdır. Paylanmış yaddaş iki prosesin yaddaşdan şərikli istifadəsi imkanıdır. Yəni, eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.



UNİX nüvədən (Kernel), əmr interpretatorundan (Shell) və xidməti proqramlardan (utilitlərdən) ibarətdir. UNİX utilitləri 5 qrupa bölünür:

Fayl sistemini idarə edən utilitlər; Prosesləri idarə edən utilitlər; Kommunikasiyaları idarə edən utilitlər;




155 UNİX-də proqram dedikdə, sadəcə, kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur.

Xidməti proqramlar kitabxanası; Proqramlaşdırma mühiti.

Nüvə 4 hissədən ibarətdir:

Yaddaşı idarə edən;

Fayl sistemini idarə edən; Sistem resurslarını yerləşdirən; Müdaxilə hüququ verən hissə.

Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən sorğu cədvəlləri əsasında işləyir.


Windows Əməliyyat sistemi


Bu ƏS-i də Microsoft firması İBM PC fərdi kompüterləri üçün işləyib hazırlamışdır. Windows MS DOS-a nisbətən daha gen imkanlara malikdir və istifadəçilər üçün daha rahatr. Bu, Apple firmasının maşınları yaradanlar təfindən düşülmüş prinsipləəsaslanır. Faktiki olaraq Windows fərdi kompüterlər üçün qrafik standarta çevrilmişdir. Windows MS DOS-dan köklü fərqnən prinsiplə əsaslanır. MS DOS peşəkar üçün idisə, Windows peşəkar olmayan üçündür. Windows-un əsas fərqləndirici cəhəti cari moment ləyən proqramların və ƏS-in monitor ekranında pənrə adlanan xüsusi qrafik obyekt kimi təsviridir. Bu o deməkdir ki, Windows çoxməsələli sistemdir. Lakin burada da hər bir vaxt momentində yalnız bir proqram işləyir. Bununla yanaşı, operativ yaddaşda olan bir proqramdan digərinə kmək üçün pəncərəni dəymək kifayətdir. Windows-un əsas üsnlüyü münasib istifadəçi interfeysidir. Burada əmri MS DOS-dakı kimi mətni sətr şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mışla seçilir. Kompü- terin interfeysin dizaynı baxımından fərdiləşdirilməsi imka da Windows-un vacib üstünlüklərindəndir. Windows-da işçi stol konsepsiyası m rol oynayır. Çünki istifadəçi işçi stolun məzmununu özü tərtib edə bilir. İstifadəçi proqramlarla ya masası üzərindəki sənədlərlə işlədiyi kimi işləyir. Windows-un çox mühüm susiyyətrindən biri də işin çoxvariant təşkili imkanıdır. Kimə ne münasibdir, e işləyir. Tez-tez rast gələn əməliyyatlar piktoqrafik menyüdə əyaniləşdirilmişdir. Tipik əməliyyatlardan biri

Alt, Shift, Ctrl kimi registr dəyişən düymələrlə digər düymələrin kombinasiyasından156

istifadə edilməsidir.



156 isti düymələrdən

Windows – inteqrasiya edilmiş sistemdir. Buraya xüsusi təyinatlı proqramlar: mətn və qrafik redaktorlar, sazlama proqramları, çap proqramları s. daxildir. Windows-da hazırlanan bir sənədin müxtəlif hissələri müxtəlif proqram əlavələrinin köməyi ilə yerinə yetirilə bilir. Məsələn, Word mətn redaktorunda hazırlanmış mətnə Paintbrush qrafik redaktorunda hazırlanmış şəkli obyekt formasında daxil etmək mümkündür. Şəkildə dəyişiklik etmək üçün onun üzərində mışın sol düyməsinin ikiqat sıxılması kifayətdir.

Windows sistemi həqiqətən çoxməsələli ƏS deyildir. Burada bəzi sistem cədvəlləri bütün icra edilən məsələlər üçün ümumidir. Bu, eyni zamanda bir neçə proqramın paralel icrasına imkan vermir. Windows çoxlu cari informasiyanı operativ yaddaşda saxladığın- dan, kompüteri lazımi qaydada söndürmək tələb olunur. Windows 32 mərtəbəli ƏS-dir. Windows-da müxtəlif proqramların əlaqələndirilməsi üçün mübadilə buferi (Clipboard) vardır.

Windows qrafik interfeysi
Hal-hazırda bütün fərdi kompüterlər qrafik interfeysli əməliyyat sistemləri ilə işləyir. Qrafik interfeys insanla maşın dialoqunu pəncərədə menyü və idarəetmə elementlərindən istifadə etməklə təşkil etməyə imkan verir.

Mışla iş. Qrafik interfeyslə işləmək üçün mışdan və digər koordinatlı daxiletmə qurğularından istifadə edilir. Mışla sol sağ düymələrlə işləməyi mışı hərəkət etdirməyi nəzərdə tutur. Sol düymə daxiletmə, sağ düymə əlavə imkanlar üçündür.

İşçi stol. Ekranın əsas hissəsini işçi stol tutur. İşçi stolda nişanlar və yarlıklar yerləşir. Yarlıkın aşağı sol küncündə ox işarəsi olur. Nişan yarlıklar fayllara cəld müraciəti mümkün edir. Nişanlar işçi stolda Windows qurulduqdan sonra görünür. Ekranın sol hissəsində adətən Mənim kompüterim (Мой компьютер), Şəbəkə əhatəsi (Сетевое окружение), Səbət (Корзина) və Mənim sənədlərim (Мои документы) nişanları yerləşir.

Disklərə, printerə, tez-tez istifadə edilən sənədlərə cəld müraciət etmək üçün işçi stolda yarlıklar yaratmaq məqsədəuyğundur. Yarlık nişandan onunla fərqlənir ki, o, faktiki olaraq işçi stolda yerləşməyən, başqa qovluqda yerləşən obyekti göstərir. Yarlıkdakı ox göstərir ki, yarlık obyektin özünü deyil, ona iqtibası ifadə edir. Obyektin nişanını işçi stola sürüməklə həmin obyektin yarlıkı yaradılır.



Məsələ paneli. Ekranın aşağısında məsələ paneli yerləşir. Məsələ panelinin sol ucunda Start (Пуск) düyməsi, bundan sağda isə açılmış pəncərələrin düymələri, indikatorlar və saat yerləşir.

Start düyməsi baş menyünü açmağa imkan verir. Baş menyüdən kompüterin bütün resurslarına müraciət mümkündür.



Windows çoxməsələli əməliyyat sistemidir. Eyni zamanda bir neçə proqram əlavəsi ilə işləməyə imkan verir. İşə buraxılmış hər bir proqram əlavəsinin məsələ panelində düyməsi yaranır. Proqramdan-proqrama keçmək üçün məsələ panelindəki düyməni basmaq kifayətdir. İş gedən pəncərənin düyməsi batıq görünür.

Məsələ panelinin sağ ucunda saat yerləşir. Saatdan solda sistemin vəziyyət indikatorları yerləşir. Məsələn, Az indikatoru göstərir ki, klaviaturanın Azərbaycan hərfləri qoşulmuşdur.



Pəncərələr. Windows qrafik interfeysinin vacib elementlərindən biri pəncərədir.

Pəncərələr 2 qrupa bölünür: proqram əlavələrinin pəncərələri və sənədlərin pəncərələri.



Proqram əlavələrinin pəncərələri. Bu pəncərələrdə ya işə buraxılmış proqramın icrası öz əksini tapır, ya da qovluğun məzmunu əks etdirilir. Bu pəncərəni açmaq müvafiq proqram əlavəsini işə qoşmaq, bağlamaq isə proqramın işini dayandırmaq deməkdir. Proqram əlavələrinin pəncərələrini işçi stolun istənilən yerinə çəkmək, bütün ekran boyda açmaq və bağlayıb məsələ panelinin bir düyməsinə çevirmək olar.

Proqram əlavələrinin pəncərələrinin əsas elementləri aşağıdakılardır:



işçi oblast: pəncərənin daxili hissəsidir, ya bir-birinin içindəki qovluqları, ya da sənəd pəncərələrini özündə əks etdirir;

sərhədlər: pəncərəni 4 tərəfdən əhatə edən çərçivə;

sərlövhə: pəncərənin yuxarı sərhədinin bilavasitə altındakı sətir, pəncərənin adını göstərir;

sistem menyüsünün nişanı: sərlövhə sətrinin sol ucundakı düymə, menyü açır;

üfqi menyü sətri: sərlövhənin altındakı sətr, menyü bəndlərini saxlayır;

alətlər paneli: menyü sətrinin altında yerləşir, düymələr yığımıdır, müəyyən əmrlərə cəld müraciət etmək üçündür;

pəncərəni bükmək, açmaq, bərpa etmək, bağlamaq düymələri pəncərənin sağ yuxarı küncündə yerləşir.

Sədlərin pəncərələri. Sənəd pəncərəsi nədr işləmək üçündür proqram əlalərinin pəncərəsi daxilin yaşayır‖. Proqram əlavələrinin ncərəsin olan düymələr eyni i sənəd pəncərəsində vardır. Sənəd pəncərəsi aktiv passiv ola bilir. Aktiv pəncərənin rlövhəsi göy, passivinki boz olur.

Menyü. Qrafik interfeysin əsas elementlərindən biri də menyüdür. Menyü tematik cəhətdən qruplaşdırılmış əmrlərin siyahısından ibarətdir. İstənilən əmri seçmək mümkündür. Menyü əmrindən sonra 3 nöqtə varsa, dialoq paneli açılır ki, bu da əlavə informasiya almağa imkan verir.

Dialoq paneli. Dialoq paneli cürbəcür elementlərdən təşkil oluna biləndir. Dialoq panelinin imkanlarına fayl axtarışı timsalında baxaq.

İçliklər. Dialoq panelindəki boş sətirlərə içlik deyilir.

Əmr düymələri. İcra ediləcək əmr düymənin üstündə yazılıb.

Mətn sahələri. Buna bəzən redaktə sahəsi də deyilir. Müəyyən mətni daxil etməyə imkan verir.

Siyahılar. Müəyyən saylı kəmiyyətlərin seçilməsinə imkan verir. Açılan siyahılar sağ ucunda aşağıya yönəlmiş ox (üçbucaq) olan içlik və ya mətn sahəsidir.

Dəyişdirici açarlar. Bunlar bir-birini inkar edən iki variantdan birini seçməyə imkan verir. Kiçik ağ dairənin içində nöqtə varsa, həmin əmr qoşulmuşdur, yoxdursa, qoşulmamışdır.

Bayraqlar. Bu, hər hansı bir parametrə müəyyən qiymət vermək üçündür. Bayraq quş qoymaq kimi işləyir.

Sayğaclar. Sayğaclar bir cüt üçbucaq (ox) şəklindədir, parametri artırıb-azaltmaq üçündür. Məsələn, səhifənin solundan boş buraxılan sahəni artırıb-azaldan üçbucaqlar.

Sürünkəclər. Bunlar müəyyən parametrin (məsələn, səsin) sürüşən qaydada dəyiş- dirilməsi üçündür.

Aidi (kontekst) menyü. Windows əməliyyat sistemində istifadə edilən obyekt-istinad yanaşması disklərə, qovluqlara fayllara obyekt kimi baxmağa imkan verir. Obyektlər müəyyən xassələrə malikdir və onların üzərində müəyyən əməliyyatlar aparmaq mümkün- dür.

Məsələn, sənədlər157 müəyyən həcmə malik olur, onların üzünü köçürmək, yerini və adını dəyişmək mümkündür. Pəncərənin ölçüsü var və bu ölçünü dəyişmək olar.



Hər bir obyektin özünəməxsus konkret xassələri olsa da bunların üzərində fərqli əməliyyatlar icra edilsə də obyektlərlə iş texnologiyasının interfeysi universaldır. Obyektlərin xassələri bu xassələr üzərində aparılması mümkün olan əməllər barədə informasiya almaq üçün aidi menyüdən istifadə edilir. Aidi menyü mışın sağ düyməsi ilə açılır.

6.4. Windows 7

Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin