İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə37/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

Ünvanlar.


Hücrə adı verilən sahələrə daxil ediləcək məlumatlar üzərində hansı əməliyyatları aparacaqsınız? Aralarında hər hansı bir əlaqə qurulmayan məlumat yığımının praktik olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar170 görünüş baxımından uyğun bir formada nizamlanaraq bir məna kəsb edə bilər171, ancaq ədədlər üçün bunları demək çətindir. Excel XP-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır.

Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi maaşları daxil etdiniz. Növbəti sağda yerləşən sütuna alınacaq maaşları daxil etmək istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi maaşın 66%-ni təşkil edir (şəkil 9.).




170 məsələn, adlar, soyadlar və s. kimi

171 adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər

Şəkil 9. Sadə bir maaş cədvəli
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu Excel XP cədvəlinə çevirmək lazım gəlir. E sütununda, D sütunundakı hər ümumi maaşın yanında alınacaq maaşı necə göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. E sütunundakı uyğun hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir.

Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində Excel XP-nin əsas məntiqi budur: formul yerləşmiş bir hücrədəki məlumatlar, onun əlaqələndirildiyi digər hücrələrdəki məlumatlar dəyişdirildiyi zaman avtomatik olaraq yenidən hesablanır. Məsələn, ümumi maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun olan alınacaq maaş da yenidən hesablanacaqdır.



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin