Qrafik redaktorlar
6.7.3.1 Adobe Photoshop
Qrafik redaktorlar üçölçülü şəkilləri kölgə effektləri ilə yaratmağa imkan verən proqramlar kompleksidir.
Peşəkar rastr qrafik redaktoru Adobe Photoshop müxtəlif xarakterli məsələləri həll etmək üçün istifadə edilir. Proqramın köməyi ilə rastr təsvirlərlə yanaşı, vektor təsvirləri də redaktə etmək mümkündür.
Hal – hazırda Adobe Photoshop proqramındakı alətlərdən bəhrələnən dizaynerlər, tərtibatçılar və rəssamlar təsvirlərin redaktə edilməsində proqramdan geniş istifadə edirlər.
Adobe Photoshop proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanası, hazır təsvir- ləri təhlil etməkdir. Rəsmlərin çəkilməsini, fotoşəkil neqativlərinin və ya fotoşəkillərin
tuşla düzəldilməsini172, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim edilmə- sini, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar.
Təhlil ediləcək təsvirləri fərdi kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə daxil etmək istifadəçi üçün əlverişlidir.
Adobe Photoshop proqramındakı çoxlu sayda alətlərdən (məsələn, karandaş. fırça, avtoqələm, aeroqraf və s.) istifadə edərək təsvirdə yaranmış bütün qüsurları aradan qaldırmaq mümkündür.
Proqramda önəmli işlərdən biri təsvirin müəyyən hissəsinin (və ya fraqmentin) seçilməsi və seçim aparılmış sahənin üzərində müəyyən əməliyyatların həyata keçiril- məsidir.
Adobe Photoshop rastr qrafik redaktorunun əsas üstün cəhətlərindən biri təsvir qatları ilə işin təşkil edilməsidir. Yəni, istifadəçinin müəyyən sayda qatlar üzərində zəruri əməliyyatları yerinə yetirəcək son nəticənin lazımı səviyyədə əldə edilməsinin mümkün- lüyüdür.
Proqram pəncərəsinin əsas hissələri.
Adobe Photoshop rastr qrafik redaktoru ilə işə başlamazdan öncə proqramın əsas anlayışları ilə ətraflı tanış olmağınız məsləhətdir.
Şəkil 20. Proqram pəncərəsinin əsas hissələri
Title Bar (Заголовок Окна – Başlıq Çubuğu)
172 retuşlama əməliyyatı
Menu Bar (Меню – Menyü Çubuğu)
Option Bar (Полоса Настройки – Sazlama Çubuğu)
Toolbar (Панель Инструментов – Alətlər Çubuğu)
Pallets (Палитры – Palitralar)
Corrent Zoom (Текущий Масштаб – Cari Miqyas)
Status Bar (Строка состояния и Подсказки – Vəziyyət və Yardım Çubuğu)
Image Window (Окно с изображением – Təsvir Sahəsi)
Adobe Photoshop proqramı ilə işləyərkən qarşılaşacağınız proqram pəncərəsinin ümumi görünüşü şəkildə göstərildiyi kimidır (şəkil 20.).
Masaüstünün sol tərəfində yerləşən alətlər çubuğunu ekrana gətirmək və ya ekrandan götürmək üçün Window (Окно – Pəncərə) menyüsünün Tools (Инструменты – Alətlər Çubuğu) əmri ya seçilməli, ya da ki, ləğv edilməlidir.
Alətlər çubuğu və onun üzərində olan, müxtəlif funksiyaları yerinə yetirən alətlər cədvəl 1-də verilmişdir.
Dostları ilə paylaş: |