İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə43/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

Cədvəl 1.





İşarəsi

Adı




Restangular Marguee Tool (Инструмент прямоугольная область – Düzbucaqlı sahə aləti) (М) (М)




Elliptical Marguee Tool (Инструмент oвальная область – Yumurtavari sahə aləti)




Hove Tool (Перемещение – Yerdəyişmə) (V) (V)




Lasso Tool (Инструмент Лассо – Lasso aləti) (L) (L)




Magic Wand Tool (Инструмент Вольшебная палочка – Sehirbazın çubuğu aləti) (W)




Grop Tool (Кодирование – Şifrələmə) (С) (С)




Slice Tool (Фрагмент – Fraqment) (К) (К)




Healing Brush Tool (Лечащая кисть – Bitişdirici alət) ( J)







Brush Tool (Выберите опции автоматизации – Fırça aləti) (В)




Clone Stamp Tool (Инструмент Штамп копий – Surət Möhürü aləti)

(S) (S)






History Brush Tool (Инструмент Кисть историческая – Keçmiş Fırça aləti) (Y) (Y)




Erazer Tool (Инструмент Ластик – Pozan aləti) (Е) (Е)




Gradient Tool (Инструмент Градиент – Qradiyent aləti) (G) (G)




Blur Tool (Инструмент размывание – Yaxma aləti) (R) (R)




Dodge Tool (Инструмент Осветление – Şəffaflaşdırma aləti) (О) (О)




Path Selection Tool (Выделение Пути – Yolun seçilməsi) (А)




Horizontal Type Tool (Инструмент Текст – Mətn aləti) (Т) (Т)




Pen Tool (Инструмент Перо – Qələm aləti) (Р) (Р)




Restangle Tool (Инструмент прямоугольник – Düzbucaqlı aləti) (U) (U)




Notes Tool (Инструмент Заметки – Qeydlər aləti) (N) (N)




Eyedropper Tool (Пипетка – Damcı tökən) (I)




Hand Tool (Инструмент Рука – Əl aləti) (H) (H)




Zoom Tool (Инструмент Лупа – Lupa aləti) (Z) (Z)





Switch Foregraund and Background Colors (X) (Переключить Основные Цвета и Цвета Подложки – Əsas və astar rənglərə çevirici) (Х)





Set background Color (Установки цвета передного плана – Ön plan rənginin qurulması)

Set foreground Color (Установки цвета фона Fon rənginin qurulması)










Default Foreground and Background Colors (Основные Цвета и Цвета Подложки по умолчанию – Susmaya görə əsas və astar rənglər) (D)




Edit in Standard Mode (Правка в стандартном режиме Standart rejimdə düzəliş) (Q) (Q)




Edit in Quick Mask Mode (Правка режиме быстрой маски – Sürətli maska rejimində düzəliş) (Q) (Q)





Standard Screen Mode (Стандартный режим – Standart rejim) (F)





Full Screen Mode With Menu Bar (Полноэкранный режим с полосой меню – Menyü çubuğu ilə tam ekran rejimi) (F)





Full Screen Mode (Полноэкранный режим – Tam ekran rejimi) (F)




Edit in ImageReady (Переключение в ImageReady – ImageReady çevrilmə) (Shift+Ctrl+M)




Edit in ImageReady (Переключение в ImageReady – ImageReady çevrilmə) (Shift+Ctrl+M)

Alətlər çubuğu üzərindəki alətlərin vəzifəsi rəsm çəkmək, çəkilmiş rəsmlərə baxış keçirmək təsvirləri redaktə etməkdən ibarətdir. Hər bir alət özünəməxsus düymə ilə təchiz olunmuşdur. Əksər düymələrin şağ aşağı küncündə işarəsi vardır. İşarənin sıxılması ilə yardımçı çubuq ekrana çıxaçaqdır.



Məsələn, Restangular Marguee Tool (Инструмент прямоугольная область – Düzbucaqlı sahə aləti) alətinin sağ aşağı küncündəki qara rəngli üçbucağın üzərinə Mouse göstəricisini (kursorunu) gətirib sol düyməsini sıxın və bir müddət saxlayın, ekrana düzbucaqlıya aid yardımçı alətlər dəsti çıxacaqdır (şəkil 21.).

Şəkil 21. Rectangular Marguee Tool (Инструмент прямоугольная область Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti

Yardımçı alətlər dəstini Mouse – un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə bilərsiniz. Aləti seçərkən ona məxsus olan parametrlər masaüstünün yuxarı hissəsində yerləşən sazlama çubuğunda əks olunur. Sazlama çubuğunu zövqünüzə uyğun yerə sürükləyə bilərsiniz. Sazlama çubuğunu Window (Окно – Pəncərə) menyüsündəki Options (Настройки – Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və ya ekrandan götürə) bilərsiniz.

Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi istifadəçiyə rənglər toplusunun, fırçaların, naxışların, teksturların və təsvir qatlarının seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər.

Susmaya görə palitra masaüstünün sağ tərəfində, bir-birinə sıxılmış vəziyyətdə yerləşmişdir.




Əksər palitra əlavə sazlanma düyməsi ilə təchiz olunmuşdur. Palitranın sağ yuxarı küncündə yerləşən sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır.

Masaüstünün aşağı hissəsində Status Bar (Строка состояния – Vəziyyət Çubuğu)

yerləşir. Status Bar (Строка состояния – Vəziyyət Çubuğu) bir neçə sahədən ibarətdir. Vəziyyət çubuğunun sol tərəfində cari sənədin miqyası əks olunur. Bir az sağda sənəd haqqında məlumat verilir

Adobe Photoshop rastr qrafik redaktorunda hazırlanmış təsvirləri sonradan istifadə etmək, onlar üzərində müəyyən dəyişikliklək aparmaq s. üçün təsvirləri kompüterin yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması, yaddaşdan çağırılması, yeni yaradılmış fayllara köçürülməsi və s. əməliyyatları yerinə- yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır.



Bunun üçün File (Файл – Fayl) menyüsündən New (Новый – Yeni) əmrini seçin. Açılmış dialoq pəncərəsindəki Name (Имя – Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın (şəkil 22.).

Şəkil 22. File (Файл – Fayl) Menyüsu, New (Новый – Yeni) dialoq pəncərəsi

Hazır sənədin açılması.

İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün File (Файл – Fayl) menyüsündən Open (Открыть – Aç) əmrini seçin. Masaüstünə eyniadlı dialoq pəncərəsi çıxacaqdır (şəkil 23.). Dialoq pəncərəsi Windows əməliyyat sistemində olduğu kimi, faylı seçməyə, idarəetmə elementlərinə, həmçinin seçilmiş fayla öncədən baxmağa və s. əməliyyatların həyata keçirilməsinə imkan verir.



Şəkil 23. File (Файл – Fayl) Menyüsu, Open (Открыть – Aç) dialoq pəncərəsi
Dialoq pəncərəsinin üzərindəki Folder (Папка – Qovluq) düyməsini sıxmaqla yeni qovluq yarada, nəzərdə tutduğunuz faylları qovluğun içinə yerləşdirə və qovluğu qeyd etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz.

Dialoq pəncərəsində File Type (Тип Файлов Faylların tipi) siyahısını açmaqla əks olunacaq faylların sayını məhdudlaşdırmaq olar.

File (Файл Fayl) menyüsündən Open Recent (Открыть Последний Sonuncunu Ac) əmrini seçməklə son istifadə etdiyiniz faylı sürətlə açıb, ona baxış keçirə bilərsiniz. Əmr seçilərkən açılmış yardımçı menyüdə son redaktə olunmuş faylların siyahısı görünəcəkdir.

File (Файл Fayl) menyüsündən Open As (Открыть Как Yeni Adla Aç) əmrini seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır.

Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü File (Файл – Fayl) menyüsündən Open Recent (Открыть предыдущие – Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən kimi masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı menyü açılacaqdır. Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir.


    1. Yüklə 5,72 Mb.

      Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin