Şəkil 13. Hücrə sahəsinə ad verilməsi
Eyni əməliyyatı Insert (Вставка-Daxil Et) menyüsünün Name (Имя-Ad) alt menyü- sündən Define (Присвоить-Təyin Et) əmrini seçməklə də yerinə yetirə bilərsiniz. Şəkildə göstərilmiş Define Name (Приосвоение имени-Ad Təyin Et) dialoq pəncərəsi açılacaqdır (şəkil 14.).
Şəkil 14. Define Name (Приосвоение имени-Ad Təyin Et) dialoq pəncərəsi
Dialoq pəncərəsindəki Names in workbook (Имя-İşçi kitabdakı adlar) siyahısında o ana qədər yaradılmış hücrə və ya hücrə qrupu adları görünəcəkdir (siyahı boş da ola bilər). Siyahının yuxarısındakı sətrə yeni ad daxil edə bilərsiniz. Seçdiyiniz C3:C6 sahəsinin üstündəki Yanvar sözünün bu sətirdə avtomatik olaraq görünməsinə diqqət edin;
Refers to (Формула-Müraciət et) sətrində daxil etdiyiniz adın işçi kitab içərisində hansı işçi səhifənin hansı hücrəsinə və ya hücrə qrupuna verildiyi göstərilmişdir. Bunu istədiyiniz kimi dəyişdirə bilərsiniz;
Daxil etdiyiniz adı siyahıya əlavə etmək istəyirsinizsə, Add (Добавить-Əlavə Et) düyməsini sıxın;
Siyahıdan hər hansı bir adı çıxarmaq istəyirsinizsə, həmin adı seçdikdən sonra Delete (Удалить-Sil) düyməsini sıxın;
Uyğun parametrləri təyin etdikdən sonra OK düyməsini sıxın.
Şəkil 15. Sətir və sütun başlıqları ilə birlikdə məlumat hücrələrinin seçilməsi
Misalda göstərdiyimiz işçi səhifədəki sütun və sətir başlıqlarından istifadə edərək adları daha sürətlə yarada bilərsiniz. İşçi səhifədəki məlumatların yerləşdiyi hücrələri sətir və sütun başlıqları ilə birlikdə seçin (şəkil 15.).
Insert (Вставка-Daxil Et) menyüsündəki Name (Имя-Ad) alt menyüsündən Create (Создать-Yarat) əmrini seçin. Şəkildə göstərilmiş Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsi açılacaqdır (şəkil 16.).
Şəkil 16. Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsi
Bu dialoq pəncərəsindəki Top row (В строке выше-Üst sətir) və Left column (В столбце слева-Sol sütun) parametrlərini işarələyib OK düyməsini sıxın. Bununla da məlumatların olduğu hücrələri həm aylara, həm də şəhərlərə görə adlandırmış olursunuz. Yəni, bu adlar uyğun sahələrdəki hücrələrə veriləcəkdir.
Yanvar C3:C6 Bakı C3:F3 Fevral D3:D6 Sumqayıt C4:F4 Mart E3:E6 Gəncə C5:F5 Aprel F3:F6 Quba C6:F6
Əgər C3:C6 sahəsindəki hücrələri seçərsinizsə, ad sətrində artıq Yanvar yazıldığını görəcəksiniz və ya C5:F5 sahəsindəki hücrələri seçərsinizsə, Gəncə yazıldığını görəcəksiniz.
Əgər Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsindəki Left column (В столбце слева-Sol sütun) parametrini işarə etməsəydiniz, yalnız aylara aid məlumatlar adlandırılacaqdır. Yəni, seçdiyiniz bir sahənin ən üst/alt sətrindəki və ya ən sol/sağ sütunundakı mətnlər o sətir və ya sütundakı məlumatlara aid olaraq avtomatik təyin edilə bilər;
Adları seçdiyiniz sahənin ən aşağı sətrindən və ya ən sağdakı sütunundan da ala bilərsiniz. Bunun üçün Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsindəki Bottom row (В строке ниже-Alt sətir) və ya Right column (В столбце справа-Sağ sütun) parametrini işarələməlisiniz;
Create (Создать-Yarat) əmri ilə ad yaratmağın əsas əhəmiyyəti, eyni anda bir neçə adı avtomatik yaratmaqdır. Define (Присвоить-Təyin Et) əmri ilə isə eyni anda yalnız bir ad yarada bilərsiniz.
Adlar ən çox 255 simvoldan ibarət ola bilər. Mümkün olduqca qısa adlardan istifadə etməyiniz daha məqsədəuyğundur;
Adların yazılışında hərf, rəqəm, ―.―, ―?― və ―_― işarələrindən istifadə edə bilərsiniz;
Adın ilk işarəsi mütləq hərf olmalıdır;
Adın yazılışında boşluqdan istifadə etməyin. Əgər sözləri ayrı yazmaq istəyirsinizsə, ―_― işarəsindən istifadə edin.
Beləliklə, işçi səhifənizi nizamladıqda məlumatlarınızı adlandırarkən mümkün qədər ən qısa, ən aydın anlaşılan ifadələrdən istifadə edin və bunlardan ad olaraq istifadə edə biləcəyinizi öncədən nəzərə alın.
Hər hansı bir adı silmək üçün Insert (Вставка-Daxil Et) menyüsündəki Name (Имя- Ad) alt menyüsündən Define (Присвоить-Təyin Et) əmrini seçin və açılacaq Define Name (Приосвоение имени-Ad Təyin Et) dialoq pəncərəsindəki Names in workbook (Имя-İşçi kitabdakı adlar) siyahısından həmin adı seçib Delete (Удалить-Sil) düyməsini sıxın;
Hər hansı bir adı dəyişdirmək istəyirisinizsə, Names in workbook (Имя-İşçi kitabdakı adlar) siyahısından həmin adı seçin. Sonra yeni adı yazıb Add (Добавить-Əlavə et) düyməsini sıxın və mövcud adı seçib Delete (Удалить-Sil) düyməsini sıxaraq onu silin;
Hücrələri adlandırdıqdan sonra işçi səhifə üzərində bu adlardan istifadə edərək gəzişə bilər, yaxud seçmə əməliyyatları apara bilərsiniz. Məsələn, Yanvar ayına aid məlumatları seçmək üçün ad sətrinin yanındakı aşağı ox düyməsini sıxaraq ad siyahısını açın və siyahıdan Yanvar adını seçin. Yanvar ayına aid məlumatların avtomatik olaraq seçildiyini görəcəksiniz.
İşçi səhifədə gəzişməyin başqa bir yolu da Go To (Перейти-Keç) əmrindən istifadə etməkdir. [F5] düyməsini sıxın və ya Edit (Правка-Redaktə) menyüsündən Go To (Перейти-Keç) əmrini seçin. Açılacaq dialoq pəncərəsindəki siyahıdan uyğun adı seçib OK düyməsini sıxın.
Hücrələri adlandırmağın əsas üstünlüklərindən biri də hücrə ünvanlarının anlaşılmazlığından yaxa qurtarmaq və bundan sonra məlumatlararası əlaqəni təşkil edərkən bu adlardan istifadə etməkdir.
Şəkildə göstərilmiş cədvəldə (şəkil 17.) Yanvar ayına aid cəm, AutoSum (Автосумма- Avtomatik Cəmlə) düyməsi ikiqat sıxılaraq hesablanmış və =SUM(C3:C6) formulu yaradılmışdır .
Şəkil 17. Yanvar ayına aid cəmin AutoSum (Автосумма-Avtomatik Cəmlə) düyməsini
ikiqat sıxmaqla hesablanması
Bundan öncə isə Create (Создать-Yarat) əmri ilə məlumatlar adlandırılmış, Yanvar, Fevral, Mart, Aprel, Bakı, Sumqayıt, Gəncə, Quba kimi hücrə adları təyin edilmişdir. Bu halda yuxarıdakı formulda C3:C6 yerinə Yanvar yazılması, yəni, formulun
=SUM(Yanvar) şəklində yazılması daha uyğundur.
AutoSum (Автосумма-Avtomatik Cəmlə) düyməsindən istifadə edərək cəmi hesablayacaqsınızsa, sahə hücrə adları nəzərə alınmayacaqdır. Bunun əvəzinə formulu özünüz =SUM(Yanvar) şəklində yazmalısınız.
Excel XP-də təyin olunmuş adların seçdiyiniz bir sahədəki bütün formullara tətbiq edilməsini təmin edə bilərsiniz. Hətta, tam işçi səhifəni seçib oradakı adların bütün formullara tətbiq edilməsini də təmin edə bilərsiniz.
Bunun üçün öncə işçi səhifəni tam olaraq seçin. Sonra Insert (Вставка-Daxil Et) menyüsünün Name (Имя-Ad) alt menyüsündən Apply (Применить-Tətbiq Et) əmrini seçin. Şəkildə göstərilmiş Apply Names (Применение имени-Adları Tətbiq Et) dialoq pəncərəsi açılacaqdır (şəkil 18.).
Bu dialoq pəncərəsində mövcud olan bütün adların siyahısını görəcəksiniz. Tətbiq edilməsini istədiyiniz adları seçdikdən sonra OK düyməsini sıxın.
Seçdiyiniz adların təmsil etdikləri hücrə və ya hücrə sahələrinin ünvanlarının olduğu formullarda o ünvanlar avtomatik olaraq adlara çevriləcəklər. Məsələn, Yanvar ayına aid cəmin hesablandığı formulu gözdən keçirdikdə artıq =SUM(Yanvar) olduğunu görəcəksiniz.
Bu cür də edə bilərsiniz: işinizi qurarkən başlanğıcda hücrə adlarından tamamilə asılı olmamasını düşünə bilərsiniz. Mouse-dan istifadə edərək formullarınızı rahatca yaradın, sonra adları təyin edin və işçi səhifəni tamamilə seçərək adların hamısını bütün formullara tətbiq edin.
Şəkil 18. Apply Names (Применение имени-Adları Tətbiq Et) dialoq pəncərəsi
Ancaq formullarda adlardan istifadə etməyin yolu yalnız bu deyildir. Formulu Function Wizard (Мастер функции-Funksiya Sehirbazı) vasitəsilə və ya əllə daxil edərkən, yəni, yazarkən hücrə adlarından istifadə edə bilərsiniz. Məsələn, ―=SUM(― yazdıqdan sonra formul çubuğunun solundakı ad düyməsini (və ya aşağı ox düyməsini) sıxaraq siyahıdan Yanvar adını seçə bilər və sonra ―)― yazıb girişi tamamlaya bilərsiniz.
Formullarda adlardan istifadə etməyin başqa bir yolu da, formulu yazarkən Insert (Вставка-Daxil Et) menyüsünün Name (Имя-Ad) alt menyüsündən Paste (Вставить- Yapışdır) əmrini seçməkdir. İstənilən vaxt bu əmri seçə bilər və açılacaq Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsindəki (şəkil 19.) siyahıdan, formulda istifadə edilən istədiyiniz adı seçə bilərsiniz.
Şəkil 19. Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsi
Bu dialoq pəncərəsindəki Paste List (Все имени-Siyahı Yapışdır) düyməsindən istifadə edərək, o anadək təyin etdiyiniz adların və təmsil etdikləri ünvanların siyahısını işçi səhifənin boş bir yerinə daxil edə bilərsiniz. Bunun üçün öncə adların yerləşdiriləcəyi ilk hücrəni seçin və sonra Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsini açıb Paste List (Все имени-Siyahı Yapışdır) düyməsini sıxın.
#NAME? nə deməkdir? - Əgər hər hansı bir formulda hücrə və ya hücrə qrupunun adından istifadə edirsinizsə və sonradan bu adı silərsinizsə, o formulun olduğu hücrədə bu səhv ifədəsini görəcəksiniz. Bu cür səhv ifadələrin yaranmasına səbəb olan formulları yenidən tərtib etməlisiniz.
Dostları ilə paylaş: |