Son illərdə mövcud olan veb-texnologiyalarının məlum qüsurlarını aradan qaldırmaq istiqamətində gərgin iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri olan hipermətn nişanlama dili HTML-də, universal resurs lokatoru URL-də və hipermətn resurslarının ötürülməsi protokolu HTTP-də köklü dəyişikliklər etməyə kəskin ehtiyac vardır.
Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta əsasən HTML nişanlama dilinin imkanlarını genişləndirən XML (Extensible Markup Language) nişanlama dilindən istifadəyə keçid nəzərdə tutulur. Mövcud texnologiyada qapalı HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb- də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir. HTML-dən fərqli olaraq XML dili XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni veb texnologiyaları XML platformasına əsaslanacaqdır. XML platformasının standartla- rında informasiya resurslarının identifikasiyası URL mexanizmindən prinsipial surətdə fərqlənən URİ (Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu da resursları təkcə yerləşdiyi yer üzrə deyil, həm də bəzi mücərrəd adlar üzrə də iqtibaslaşdırmağa imkan verir. Bu məqsədlə yeni, XML protokolları işlənib hazırlanır. XML-səhifəsində metaverilən də nəzərdə tutulur.
Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma ilə uyuşanlığı da nəzərdə tutur. Yəni, yeni texnologiyada HTML dilində təqdim edilən resurslarla da manesiz işləmək mümkün olacaqdır. XML platformasının bir sıra standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq edilir. XML ilə VB dili olan SQL arasında əlaqələrin yaradılması üzərində gərgin iş gedir. Bu, VB texnologiyalarının da XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir. Yəni XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.
XML platforması həm də Veb-in elmtutumluluğunu və texnoloji mükəmməlliyini təmin etmək üçün təməl təşkil edir. Bu, semantik Veb yaradılması deməkdir. Bu isə yalnız sintaksis mahiyyətli olan XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir.
Artıq bir neçə illik intensiv inkişafdan sonra Veb texnologiyalarının keyfiyyətcə təkmilləşdirilməsi imkanları tükənmişdir.
Veb texnologiyaları əlavələrinin təkamülünə əsas əngəl HTML dilinin zəif cəhətləri və funksional məhdudiyyətləri olmuşdur. Belə ki, HTML dili qapalı dil olduğundan, lazım gəldikdə dilin funksional imkanlarını genişləndirmək üçün istifadəçiyə yeni teqlər daxil etməyə imkan vermir. Bundan əlavə, möxcud veb texnologiyası informasiya resurslarını (URL-in köməyi ilə) yalnız yerləşdiyi yer üzrə identifikasiya edir (ünvanlaşdırır), halbuki daha mücərrəd identifikasiya vasitələrinə ehtiyac vardır. Çünki mövcud identifikasiya metodunda, resurs yerini dəyişən kimi, veb-serverdəki iqtibaslar pozularaq ―asılı‖ vəziyyətə düşür. HTML–səhifəsində təqdim edilən sənədlərin quruluşu, semantikası və digər xassələrinin təsvirini vermək üçün metaverilənə yer yoxdur. Buna görə də HTML-səhifəsinin quruluşu və məzmununun düzgünlüyünə nəzarət etmək mümkün olmur. Bu problemlər HTML dilinin Veb səhifəsinin məzmunca nişanlanmasına deyil, yalnız kompüter ekranında təqdimat formatına yönəlik olması ilə bağlıdır. HTML- səhifəsində metaverilənin olmaması daha məqsədyönlü axtarışa imkan vermir.
Dostları ilə paylaş: |