İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə istifadə edilməkdədir



Yüklə 20,88 Kb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü20,88 Kb.
#106550
1   2   3   4
bibö

Tətbiq etmə qaydası. - “Əqli hücum”un hansı problem üzrə aparılacağını qərarlaşdırın. Onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaşdırın. - Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin. - Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ayrı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər. - Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər. - Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bildirməyə məcbur etməyin. - İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin. - Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda bildirin. - Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah etməyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın. - Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, gözlənilməzi və ağılsızı ən faydalı və maraqlı olur. - İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün təklifləri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər. Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iştirakı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud problemin həllinə kömək edən ideyaları seçmək mümkün olsun.

Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin