Inklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər



Yüklə 350,51 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü350,51 Kb.
#102930
  1   2   3



IV ADA Beynəlxalq Təhsil Konfransı

Inklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər”



Qlobal cəmiyyət bu gün dünyanın üzləşdiyi əsas inkişaf problemlərini həll etmək və daha yaxşı, dayanıqlı gələcəyə sahib olmaq üçün əsas strategiya və hərəkət planlarını müəyyənləşdirməyə qərarlıdır. Bu dünyəvi iradə “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndə öz əksini tapmış bütün ölkələri və müvafiq maraqlı tərəfləri növbəti 15 il ərzində bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən sahələrdə transformativ, geniş əhatəli hədəflərə nail olmaqda kömək etmək məqsədilə ümumdünya, milli və yerli səviyyədə birgə fəaliyyət göstərmələrinə sövq edir. Bu qlobal hədəf və məqsədlərin ümumi vizyon istiqamətində tərəqqi etməsini ölçüləbilən fəaliyyətlərə çevirməklə milli hökumətlər bu inkişaf platformasını lokallaşdırmaq üçün öz məsuliyyətlərini qəbul edirlər.

Nümunə olaraq, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərindən biri olan Azərbaycan bu istiqamətdə öz üzərinə əhəmiyyətli tədbirlər görmüşdür: “2030 Gündəliyi”ndən çıxış edərək Prezidentin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) yaradılmış (2016), iddialı məqsədləri, hədəfləri və göstəriciləri olan milli strateji yol xəritəsi təsdiq olunmuş, Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı üzrə əsas beynəlxalq və milli səhmdarlarla siyasət dialoqu başlanmış, bir sıra siyasi sənədlər, dövlət proqramları qəbul edilmişdir. Xüsusilə, təhsil sahəsində “İnklüziv təhsilın inkişafı üzrə Dövlət Proqramı (2018-2024)”, “Azərbaycanın Ali Təhsil Sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair Dövlət Proqramı (2019-2023)”, Milli strateji yol xəritəsində hər səviyyədə keyfiyyətli təhsilin artırılmasına yönəldilmiş hədəf olan 7.3.1- in daxil edilməsi (2016), aztəminatli ailədən olan gənclər və yeniyetmələrin ali təhsil almaqlarına şərait yaradan təqaüdlərin ayrılması (2018).

Bu il təşkil olunacaq ADA Universitetinin Təhsil Konfransının 4-cü Dayanıqlı İnkişaf Məqsədi mövzusu ətrafında aparılacaq müzakirələr hər kəsə inklüziv, keyfiyyətli təhsil və ömürboyu öyrənmə imkanlarının təşviq edilməsi ilə bağlıdır. Ömürboyu öyrənmə perspektivində keyfiyyətli təhsilə girişin artması davamlı iqtisadi və sosial inkişafın əsas pilləsidir. 4-cü Dayanıqlı İnkişaf Məqsədinin həyata keçirilməsi alim və təcrübəçilər kimi bizdən təhsil üzrə tədqiqat və siyasətin inkişaf prosesinə cəlb olunmuş səslər, iştirakçılar və bilik istehsalçıları haqqında məlumatları genişləndirməyi tələb edir.

Beləliklə, Azərbaycan Təhsil Nazirliyi və GCRF COMPASS (BK) ilə tərəfdaşlıq edən ADA Universiteti təhsil sahəsi üzrə tədqiqatçı və maraqlı tərəfləri öz tədqiqat işlərini təqdim etmək üçün IV Beynəlxalq Təhsil Konfransına dəvət etməkdən məmnunluq duyur. Konfransın məqsədi dünyanın müxtəlif ölkələrində və Azərbaycanda tədris strategiyalarını təhlil etmək, gələcək addımları, inkluziv və keyfiyyətli təhsil sisteminə dair müxtəlif tövsiyyələri müzakirə etmək üçün milli və beynəlxalq təhsilin inkişafı ilə maraqlanan alimlər, müstəqil tədqiqatçılar, təhsil işçiləri, tələbələr və digər maraqlı tərəfləri bir araya gətirməkdir. IV ADA Təhsil Konfransı dünya səviyyəsində ən yaxşı təcrübələrin araşdırılması və təhsil tədqiqatının və təcrübəsinin inkişaf etdirilməsində əməkdaşlıq və qarşılıqlı imkanların yenidən nəzərdən keçirilməsi məqsədi ilə milli, regional və beynəlxalq səviyyədə hazırlanmış biliklərin təhlili barədə müzakirəyə yönəldiləcək. Biz bu il bunlarla yanaşı, konfransın işinə rəqabətlilik və beynəlxalq perspektiv gətirmək üçün beynəlxalq tədqiqatçılardan və alimlərdən də elmi işlər qəbul edirik.

IV ADA Təhsil Konfransı 4-cü Dayanıqlı İnkişaf Məqsədinin hədəflərinə uyğun olaraq aşağıda qeyd olunan mövzulara dair tədqiqat işlərini qəbul edir. (https://sustainabledevelopment.un.org/sdg4):




  • Müvafiq və səmərəli öyrənmə nəticələrinə istiqamətlənən ödənişsiz, bərabər, keyfiyyətli ibtidai və orta təhsilin təmin edilməsi;

  • Erkən yaşda olan uşaqların keyfiyyətli inkişafının qayğısına qalmağın və məktəbəqədərki təhsillərinin təmin edilməsi;

  • Universitet də daxil olmaqla əlverişli və keyfiyyətli texniki, peşə və ali təhsilin təmin edilməsi;

  • Məşğulluq, layiqli iş və sahibkarlıq üçün lazım olan texniki və peşə bacarıqlarının əldə olunmasının təmin edilməsi;

  • Təhsildə gender bərabərsizliyinin aradan qaldırılması və əlilliyi olan şəxslər, yerli əhali və həssas vəziyyətdə olan uşaqlar üçün təhsilin bütün səviyyələrinə və peşə hazırlığına bərabər girişin əldə edilməsi;

  • Gənclər və böyüklər arasında savadlılıq dərəcəsinin davamlı inkişafının təmin edilməsi;

  • Dayanıqlı inkişaf və həyat tərzi, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılıq mədəniyyətinin yayılması, qlobal vətəndaşlıq və mədəni müxtəlifliyin qiymətləndirilməsi və mədəniyyətin davamlı inkişafına nail olunması üçün lazım olan bilik və bacarıqların əldə edilməsini təmin etmək;

  • Əlilliyi, cinsi həssaslığı olan uşaqlar və bütövlükdə hamı üçün təhlükəsiz, qeyri-zorakı, inkluziv, səmərəli öyrənmə mühitini təmin edən təhsil müəssisələrinin yaradılması və təkmilləşdirilməsi;

  • Peşə təlimi, informasiya və kommunikasiya texnologiyası, texniki mühəndislik, elmi proqramlar da daxil olmaqla, ali təhsildə qeydiyyat üçün mövcud olan təqaüd saylarının artırılması;

  • İnkişaf etməkdə olan ölkələrdəki müəllim təlimi üzrə beynəlxalq əməkdaşlıq da daxil olmaqla ixtisaslı müəllimlərin təchizatınının artırılması;

Konfransda milli və beynəlxalq təhsil inkişafı prosesində təhsil təcrübəsi və bilik əldə edilməsi parametrlərinin genişlənməsini yaradan poster seansları və tədqiqat işlərinin təqdimatları, geniş əhatəli panel müzakirələri olacaq. Öz elmi işlərini konfransa təqdim edən iştirakçılar xülasələrini çap etdirmək imkanı əldə edəcəklər.

Yüklə 350,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin