Qeydiyyat və ödəniş:
Xülasələr Xülasə formasın-da yazılmalı, elektron poçt vasitəsi ilə 28 fevral 2019-cu il tarixinədək ADA Universitetinin Təhsil Fakültəsinin sel@ada.edu.az ünvanına təqdim edilməlidir. Elektron məktubun mövzu hissəsində “2019-cu il ADA Təhsil Konfransı üçün xülasə – Adınız” başlığını qeyd edin. Xülasə aşağıdakı hissələrdən ibarət olmalıdır: sərlövhə, müəllifin adı və soyadı, vəzifəsi, elektron poçt ünvanı və müvafiq tədqiqat işi ilə bağlı 3 açar söz. Xülasənin və yekun tədqiqat işinin İşlərin təqdim olunması üçün ümumi qaydalar-a uyğun olması zəruridir.
Xülasələrin və ya təkliflərin qeydiyyatı sizi konfrans üçün avtomatik olaraq qeydiyyatdan keçirmir. Konfransda iştirak etmək istəyən hər kəs qeydiyyatını tamamlamalıdır. IV ADA Universiteti Təhsil Konfransı üçün onlayn qeydiyyat 2019-cu ilin aprel ayının ortalarında ADA Universiteti Konfransının internet səhifəsində olacaq.
Qeydiyyat haqqı 45 AZN-dir
*Ödənişə daxildir: bütün sessiyalar, plenarlar, konfrans kitabçası, çay-qəhvə süfrəsi, və s. Ödənişlər bank köçürməsi vasitəsilə və yaxud onlayn qaydada aparıla bilər: https://online.ada.edu.az/payment/. ADA Universitetinin bank hesablarını buradan əldə edə bilərsiniz:https://www.ada.edu.az/frq-content/plugins/policies_x1/entry/20190124110820_44110000.pdf
Əsasən,aviabilet xərclərini əhatə edən məhdud səyahət qrantları beynəlxalq və regional tədqiqatçılar üçün mövcuddur. Bu qrantlar konfransın Təşkilat Komitəsinin qərarı ilə seçilmiş namizədlərə verilir.
Əlaqə
Əlavə suallar ADA Universitetinin Təhsil Fakültəsinə, sel@ada.edu.az elektron poçt ünvanına və ya 4373235 (daxili 189/417) telefon nömrəsinə yönləndirilə bilər.
Dostları ilə paylaş: |