Əlilliyi olan uşaqların damğalanmasının mənfi təsirləri:
D
amğalama gözləntilərin aşağı düşməsinə səbəb olur.
Müəllimlərin onları qorumağa çalışması uşağın darıxmasına və həvəsdən düşməsinə
s
əbəb olur.
D
amğalama müəyyən alt-qrupa daxil olan bütün uşaqların xüsusi resurslarla xüsusi
qaydada öyrədilməsi fikrini möhkəmləndirir.
Əlilliyi olan uşaqlara xüsusi tapşırıqlar verildiyi halda uşaqlar tapşırıqları yerinə yetirmək
üçün sinifdən ayrılır, digər uşaqlar isə həmin vaxt fasiləyə çıxır, incəsənət və ya idman
d
ərslərinə gedirlər. Bu hal əlilliyi olan uşaqları təcrid etməklə onları inkişaf üçün zəruri
olan f
əaliyyətlərdən məhrum edir.
B
əzən müəllimlər uşağın öyrənmə çətinliklərini aradan qaldırmağın mümkün olmadığını
düşünürlər.
B
əzən isə müəllimlər “əlilliyi olan uşaqlarla məşğul olmaq ekspertlərin işidir” qənaətinə
g
əlirlər.
Damğalanma müəllimlərin inamını azaldır. Əlilliyi olan uşaqları öyrətmək üçün onlara
xüsusi resursların lazım olduğunu düşünə bilərlər.
N
əticədə əlilliyi olan uşaqlar digər uşaqlardan ayrılaraq seqreqasiyaya məruz qalır.
|