2.4.12. M
ənfi münasibətlər
F
ərqli vəziyyətdə olan, xüsusi ilə əlilliyi olan uşaqlara qarşı mənfi münasibətlər uşaqların
m
əktəbə getməsinə ən böyük maneədir. Mənfi münasibətlərə bütün səviyyələrdə rast gəlinir:
valideynl
ər, icma üzvləri, məktəb və müəllimlər, dövlət məmurları və təcrid olunmuş uşaqların
özləri. Qorxular, tabular, utanc, cahillik, yanlış təsəvvürlər və digər səbəblər belə uşaqlara və
onların vəziyyətlərinə mənfi münasibətləri stimullaşdırır. Bu uşaqlar və hətta onların ailələrinin
özünəhörmət səviyyəsi aşağı düşür, nəticədə onlar gizlənir, sosial təmaslardan çəkinir, öz
icmalarının görünməz üzvlərinə çevrilirlər. Bu isə onların məktəbdən təcrid olunmasına gətirib
çıxarır.
Dostları ilə paylaş: |