Bütün müəllimlər ilin, yarımilin, həftənin və ya dərsin müxtəlif zamanlarında şagirdlərinin nə
öyrəndiklərini, biliklərini və bacarıqlarını necə tətbiq etdiklərini müəyyənləşdirir. İnklüziv və
uşaqyönlü siniflərdə davamlı formativ qiymətləndirmə ilə bütün uşaqların təlimin müxtəlif
üsullarına əsasən qazandıqları bilikləri fərqli üsullarla göstərmək imkanları olacaq. Formativ
25
qiym
ətləndirmə, uşaqların dərsi başa düşməsinə əmin olmaları üçün istənilən an dərslərinə
düzəliş edə bilən müəllimlərə və daha yaxşı nəticə əldə etmək istəyən uşaqlara verilən rəydir.
Uşaqlara biliklərini nümayiş etdirməyə icazə verin və bu zaman müxtəlif yollardan (yazılı,
şihafi, iş portfoliosu, müşahidələr və s.) istifadə edə biləcəklərini
bildirin;
Qiym
ətləndirmə müntəzəm olaraq uşaqların güclü və zəif tərəfləri haqqında valideynlər ilə
ünsiyyət qurmağa kömək edir, beləliklə, tədris ili ərzində valideynlər uşaqlarının öyrənmə
prosesin
ə cəlb oluna bilərlər. Bu yanaşma daxilində formativ qiymətləndirmə, tədrisi
yönəldən və öyrənməni təşviq edən təhsil prosesi kimi xidmət edir.
Dostları ilə paylaş: