7.1. Sement istehsalı
Sement - hidroskopik xassəyə malik olub, su ilə qarşılıqlı təsiri zamanı daşvarı cismə
çevrilən yapışdırıcı mineral materialdır. Kimyəvi tərkibinə görə bir-birindən fərqlənən
xammallardan hazırlanan müxtəlif növ sementlər (portland sement, putsolanlı sement, posa-
sement, alüminat sementi, genişlənən sement və və s.) istehsal olunur.
Sement hazırlamaq üçün xammal kimi əsasən əhəng, merkel, gil suxurları, düzəldici
əlavələrdən isə plak, trepel, gips, boksit və s. istifadə olunur. Xammal sement zavodlarında narın-
laşdırılır və qarışdırılır. Sement üçün xammal qarışığı yaş və ya quru üsulla hazırlanır. Yaş üsulda
xammaldan narın xırdalanmaqla su ilə sulu suspenziya şəklində xammal qarışığı (şlam) hazırlanır.
Quru üsulda xam materiallar xırdalama və üyüdülmə proseslərində qurudulur və əldə olunan
xammal ununun tərkibi verilmiş tələblərə uyğun düzəldilir. Sonra xammal unu yandırılmaq üçün
1300-1400°C temperaturlu fırlanan sobalara ötürülür.
Alınmış xammal qarışığı anbara göndərilir, orada soyuduqdan və mineral əlavələr
qatıldıqdan sonra üyüdülmək üçün sement dəyirmanına ötürülür. Burada isə hazır məhsul-sement
alınır.
Dostları ilə paylaş: |