Montaj işləri – tikinti prosesi olub, bu zaman müxtəlif maşın və mexanizmlərdən geniş
istifadə edilir. Montaj zamanı kranlar, dirəklər, takelaj avadanlıqlar, habelə mexanikləşdirilmiş əl
alətləri tətbiq edilir. Bərkitmə zamanı atma metal detallardan istifadə etməklə qaynaq aparmaq və
ya qovuşuq yerlərini sement qatışıgı ilə tutmaq lazım gəlir. Montaj işləri çox vaxt onlarla və bəzən
yüz metrlərlə hündürlükdə yerinə yetirilir ki, bu da mühüm sinir-emosional gərginlik yaradır.
Montajçıların iş vəziyyəti bir qayda olaraq narahat olur. Onlar çox vaxt konstruksiyaların
üstündə oturmaqla, yanlara, aşağı, önə və ya arxaya əyilməklə, ayaq üstə və hətta uzanmış
vəziyyətdə işləməli olurlar. Quraşdırıcılar iş gününün 45%-ə qədər vaxtını belə vəziyyətdə olurlar.
Narahat məcburi iş vəziyyəti ilə yanaşı montajçılar iş gününün 10%-ə qədər vaxtını mühüm statik
gərginlik tələb edən əməliyyatlara, hündürlükdə olan şaquli pilləkənlərlə qalxmağa, düşməyə,
üfüqi sahələrdən keçməyə sərf edirlər.
Montajçılar tikinti yerinin hava və iqlimindən asılı olan müxtəlif meteoroloji şəraitdə
işləyirlər. Bu zaman hündürə qalxdıqca temperatur aşağı düşür və hava cərəyanı sürəti artır.
Elektrik qaynağı və qaz qaynaq işləri yerinə yetirərkən iş zonası havasına böyük
konsentrasiyada toz və zərərli maddələr daxil olur. Bundan əlavə montaj işləri zamanı ikincili toz
əmələ gəlməsinin də rolu vardır. Bunun mənbəyi malalama, suvaqlama və digər işlər zamanı taxta
bəndlər üzərinə çökən tozdur.
Dostları ilə paylaş: |