Dəmir-beton – betonla armatur poladın monolit birləşməsidir. Onun hazırlanması
zavodlarda, evtikmə kombinatlarında yerinə yetirilir.
Dəmir-beton məmulatların istehsalı texnologiyası beton qarışığının alınması, qövs və ya
nöqtə-nöqtə qaynaq üsulu ilə armaturun hazırlanması, məmulatların formaya salınması, məmu-
latların isti, rütubətli emalı proseslərini birləşdirir.
Formaya salınma prosesi aşağıdakı əməliyyatlardan ibarətdir: formaların yığılması və
yağlanması, armatur və atma detalların qurulması, beton qarışığının formalarda yerləşdirilməsi və
sıxlaşdırılması, isti rütubətli emaldan sonra hazır məhsulun qəlibdən çıxarılması.
Beton qarışıqlarının müxtəlif sıxlaşdırılma üsulları içərisində vibrasiyanın tətbiq olunması
daha geniş yayılmışdır. Məmulatların formaya salınması vibrasiya meydançalarında və ya səthi,
dərinlik və dik vibratorlardan istifadə etməklə həyata keçirilir. Son zamanlar alçaq tezlikli, o
cümlədən asinxron titrəyişli və zərbəli üsullarla beton qarışıqların sıxlaşdırılması tətbiq edilir.
Bunlar enerjinin qənaət olunmasını təmin edərək vibrasiyanın fəhlə orqanizminə zərərli təsirinin
qarşısını alır. Hazırda betonun vibrasiyasız sıxlaşdırılması üsulları (su ilə, sentrifuqa vasitəsilə,
presləmə və s.) da inkişaf etdirilməkdədir.
Formaya salmadan sonra bərkimənin tezləşdirilməsi üçün beton buxara vermə,
avtoklavlaşdırma və ya elektrik qızdırma üsulları ilə isti rütubətli emala məruz qalır.
Dəmir-beton məmulatların istehsalının bir neçə üsulları mövcuddur: stend (poliqop), kasset,
konveyer-aqreqat və arasıkəsilməz aqreqat üsulları.
Dostları ilə paylaş: |