İnsan alveri qurbanları ilə fahişələr arasında böyük fərq var Beynəlxalq və yerli qayda-qanunlar arasında insan alveri ilə bağlı ciddi fərqlər mövcuddur ki, bu da bu problemin köklü həllində maneə törədir. Belə ki, Azərbaycan qanunları ilə ölkədaxilində qadın alverinin qurbanı heç də “ insan alverinin qurbanı” sayılmır. Yerli qanunvericiliklə, qurban yalnız ölkədən kənara çıxarıldığı halda bu, insan alveridir. Beynəlxalq qaydalara görə isə cinsi istismar o zaman insan alveri sayılır ki, qurban şantaj olunur, döyülür, sənədləri alınır, narkotikadan asılı edilir. Qısacası bizdə əsas sərhədlər nəzərə alınır. Yəni ölkə daxilində bu hal baş verdikdə insan alveri kimi qeyd olunmur. Beləcə bu fərq ölkədə bu növ cinayətkarlıq sahəsində yeni tendensiya yaranmasına səbəb olub ki, bu da Azərbaycanda insan alverçiləri üçün daha «sərfəlidir». Çünki ölkədaxili cəza demək olar yüngüldür. (Əxlaqsızlıq yuvalarının saxlanması və cinsi istismara məcburetmə üçün cərimə yaxud şərti cəza nəzərdə tutulur. )
Yeri gəlmişkən onu da qeyd edək ki, çox vaxt insan alveri qurbanı ilə bu işi könüllü edən fahişələr qarışdırılır. Məhz bu da cəmiyyətə inteqrasiya olmaq istəyən qurbanlara birtərəfli yanaşmaya gətirib çıxardır.Yuxarıda bəhs etdiyimiz kimi, bu alverin qurbanına çevrilən qadın bu işə məcbur edilir, əks halda əvəzini həyatı ilə ödəyəcəkdir. Qısacası, könüllü fahişəlik, əxlaqsızlıq ümumiyyətlə insan alverinə aid deyil.
Bızi qızlar və qadınlar peşəkar fahişələrin və ya insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar məcburi fahişəliklə məşğul olur.