25.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
25.2. İnsan alveri ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən, ona mənsub olan vəsait insan alveri qurbanlarına kömək fondunun hesabına keçirilir.