İnsan Resursları və Riayət Olunma Standartı
Azərbaycan Mərkəzi Bankı
Banklar tərəfindən “Biznes etikası və davranışın açıqlanması” adlı sənəd hazırlana bilər.
Bu sənədin əsas məqsədi işçilərə hər hansı qeyri-etik, vicdansız, saxtakar, qeyri-qanuni
davranış və ya bankın qayda və prosedurlarının, habelə Əmək Məcəlləsinin pozulması
halları barədə hesabat verməyin onların vəzifəsi olmasını başa salmaqdır. Bu sənəd elə
bir
qaydada tərtib edilir ki, işçilər belə pozuntular barəsində
məlumat verə bilmək
imkanına malik olsunlar.
Bu bildiriş bankın işçi üzrə təlimat kitabçasına əlavə edilə bilər və yaxud bankın ayrıca
bir sənədi kimi tərtib oluna bilər.
22