İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə4/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#114194
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
referat 3325

2.2. Demoqrafik siyasət
Bir qayda olaraq demoqrafıyanı əhali haqqında elm adlandırırlar. Bu fikirdə böyük həqiqət vardır. Lakin əhali haqqında olan elmi yalnız demoqrafıya ilə məhdudlaşdırmaq olmaz. Əhali və onun problemləri geniş və əhatəlidir. Ona görə də həmin problemlərin öyrənilməsində yalnız demoqrafık biliklə məhdudlaşmaq olmaz. Görünür, bu səbəb üzündən də son illər demoqrafıya, demoqrafık fıkirlər sahəsində də yeni keyfiyyət dəyişilikləri baş vermişdir, demoqrafıyanın özü nəzəri demoqrafıya, təsviri, regional, riyazi, statistik, iqtisadi demoqrafıya istiqamətlərində ixtisaslaşmış, əhali ilə bağlı olan sosial-iqtisadi prosesləri, proqnozları əhatə etmişdir. Çünki əhali problemlərinin mürəkkəbliyi, çoxcəhətliliyi yalnız statistik və riyazi metodların tətbiqi ilə təkamil halda araşdırıla bilməz.

Bərabər şərait daxilində əhalinin təkrar istehsalına dövlətin sosial-iqtisadi siyasəti və konkret tarixi şərait də təsir göstərir. Burada ailənin idealları ilə dövlətin iqtisadi potensialı və yaxud əksinə, bir-birilə uzlaşmaya da bilər. Bununla əlaqədar olaraq ölkənin, dövlətin demoqrafık siyasəti fəal və passiv ola bilər. Lakin demoqrafik siyasətin hansı səciyyə daşımasından asılı olmayaraq müvafiq iqtisadi amillər, əhalinin təbii hərəkəti, sosial mobilliyi, miqrasiyası kimi ən önəmli problemlər həmişə diqqət mərkəzində durmalıdır. Bunsuz ölkənin, cəmiyyətin tərəqqisi, əhalinin keyfiyyətcə artımı qeyri mümkündür,.

Demoqrafık siyasət sosial-iqtisadi siyasətlə üzvü halda bağlı olsa da onu müstəqil siyasət formasına aid etmək olar. Beləki, miqrasiya (daxili və xarici miqrasiya) siyasəti, əhalinin təbii hərəkəti ilə bağlı siyasət əhalinin yerləşdirilməsi, əhali sakinliyi, əhalinin sağlamlığı, ölüm və doğuma təsir edən amillərin, evlənmə-boşanma, mənzil, ekoloji, təhsil, təlim-tərbiyə problemlərinə, az təminatlı, çox uşaqlı ailələrə, yaşlı əhaliyə yardım məsələlərinə yeni qaydada yanaşmağı tələb edir. Lakin iqtisadi məhdudiyyətlik (cəmiyyət və hər bir ailə baxımından) ənənəvi demoqrafık ideallara, dəyərlərə əməl etməyə, statistika ifadəsində desək əhalinin təkrar istehsalı netto-əmsalını vahiddən yuxarı qaldırmağa stimul yaratmır. Ona görə də demoqrafik siyasətin həyata keçirilməsində iqtisadi, mənəvi, inzibati-hüquqi aktların, mexanizmlərin bir-birini düzgün tamamlaması son dərəcə vacibdir.

Əmək ehtiyatlarının təkrar istehsalı xərcləri və xərcləri qaytarma. Ayrı-ayrı fərdlərin və məcmuu işçi qüvvəsinin təkrar istehsalı xərclərini hesablamaq, müəyyən etmək planlı və yaxud plansız iqtisadi modeldən, iş qüvvəsinin əmtəə və qeyri əmtəə olmasından asılı olmayaraq zəruridir. Hər bir dövlət, cəmiyyət, hətta ailə gələcək əmək ehtiyatlarının nə qədər xərc tələb etməsilə maraqlanmalıdır. Müasir dövrdə əmək ehtiyatlarının təkrar istehsal xərclərinin sosial-iqtisadi formaları dəyişildiyinə, habelə bu xərclərdə dövlət və ailə xərcləri nisbətləri dəyişildiyinə görə həmin xərclər həm dövlət xərcləri və həm də özxərcini ödəmə variantında aparılmalıdır. Lakin xərclərin kimin tərəfindən aparılmasından, ödənilməsindən sərfnəzər etsək bizi maraqlandıran əsas problemi-gələcək işçinin xərclərini, dəyərini müəyyən edə bilərik. Həmin xərclər insanın inkişaf tsikli, mərhələləri ilə əlaqədar olaraq təxminən aşağıdakıları əhatə edir: uşağın anadan olan ilk dövrləri xərci; məktəbə qədər dövrdəki xərcləri; ümumi təhsil və peşə hazırlığı (ali məktəb, peşə-texniki məktəb və s.) ilə bağlı xərclər; səhiyyə ilə bağlı xərcləri; mədəni-məişət xərcləri; qidalanma xərcləri; geyim xercləri və s. Bu xərclər orta ömr illik müddəti və orta illik əmək fəaliyyəti ilə müqayisə oluna bilər. Həm də əmək fəaliyyəti dövründə əmək resurslarının resurs vermə, məhsul istehsalı qabiliyyəti göstəriciləri ilə əlaqələndirilə bilər.

Demoqrafik proseslər hər hansı bir sosial-iqtisadi sistemlərdən asılı olmayaraq baş verir. Lakin bu proseslərin formalaşması və inkişafı qanunauyğunluqları, demoqrafik optimum problemi, həmin proseslərin nəticələri, demoqrafık situasiyalar, demoqrafik siyasətin xarakteri xeyli dərəcədə iqtisadi sistemlər və hər bir ölkənin konkret inkişafından asılı olur.

Müasir dövrdə demoqrafık proqnozlaşdırmanın böyük əhəliyyəti vardır. Demoqrafik proqnozlaşdırma ölkədə, onun regionlarında demoqrafik situasiyanın müəyyənləşməsi üçün mühüm əhəliyyət kəsb edir. Ən prinsipal məsələlərdən biri demoqrafık proqnozlaşdırmaya makroiqtisadi sistemlərin, proseslərin tərkib hissəsi kimi yanaşılmasıdır, Burada vaxt kəsiyi (qısa, orta, uzun müddətli), məqsəd, prosesləri qiymətləndirmə, bu prosesləri səciyyələndirən indikatorların mahiyyətinin dərk edilməsi əsas şərtdir. Başqa sahələrdə, obyektlərdə olduğu kimi burada da demoqrafık meyillərin, mövcud olanların ehtimalı dəyişikliklərinin hipotozunun verilməsi zəruridir. Ən vacib problem sosial, iqtisadi və digər makro və mikro tədbirlərin bu və ya digər demoqrafik parametrlərə təsiri ehtimalını öyrənməkdən ibarətdir. Burada birinci növbədə konseptual, normativ, ekstrapolyasiya metodlarına əsaslanmaq lazımdır. Demoqrafik modellərdən istifadə etməklə demoqrafık proseslərin dəqiq kəmiyyət qanunauyğunluqlarını müəyyən etmək olar. Əhali artımının interval artım dinamikasını müəyyən etməkdə stasionar əhali, əhali artımının xətti modelindən, stabil əhali modelindən, əhali artımının hiporbalik modelindən geniş istifadə edilir. Sosial-demoqrafık proseslərin, əhali qruplarının öyrənilməsində matrisa modelinindən, balans metodundan istifadə edilməsi daha önəmlidir.

Demoqrafık proqnozlaşdırma perspektiv dövrdə əhalinin doğumu və ölümü ehtimalı, bunun əsasında əhalinin gələcək, ümumi, o cümlədən əmək qabiliyyətli sayı haqqında fıkir yürütmeyə imkan verir. Proqnozlaşdırmada məşğulluq strukturunun hesablanması, əhalinin müxtəlif aspektlı strukturu, miqrassıya parametrlərinin qiymətləndirilməsı, əhalinin ömür müddətinin hesablanması da həyata keçirilir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin