İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Müəssisələrdə əmək haqqının strukturu



Yüklə 0,58 Mb.
səhifə50/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#114194
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
referat 3325

11.9. Müəssisələrdə əmək haqqının strukturu.

Əsas və əlavə əmək haqqı.
Əmək haqqının strukturu:

a) əmək haqqının tarif hissəsi

b) nadbavkalar (stimullaşdırıcı əlavələr) və əlavələr və kompensasiyalar

q) mükafat

Əmək haqqının tarif hissəsi tarif maaşları və vəzifə maaşlarından ibarətdir. Əmək haqqına əlavələr əmək şəraiti, istehsalın xüsusiyyətləri, növbə ərzində məşğulluq səviyyəsinə görə vefilir. Nadbavkalar normadan artıq məhsuldar işə, az işçi qüvvəsi ilə hər hansı işin icrasına, səmərəliliyin və mənfəətin artırılmasındakı şəxsi xidmətə, keyfiyyətli məhsul istehsalı, təcili və daha məhsuliyyətli işlerin icrasına görə hesablanır. Mükafat müqavilə və onun mərhələləri üzrə işi vaxtmda və keyfıyyətlə yerinə yetirdikdə, illik iş fəaliyyətinə, ixtiraçılıq və səmərələşdirmə, texniki təkmilləşdirmələr üzrə təklifiərə görə olur. Bundan başqa, işçilərə müəssisə tərəfindən sosial ödəmələr, müəssisə səhmləri üzrə dividentlər də verilir. Sonuncular işçilərin müəssisə və yaxud müəssisədən olan gəlirlərə daxil olsa da əmək haqqı strukturuna daxil ola bilməz. Səhmlərin məzənnə dəyərinin artması həm gəlirlərə və həm də dividentlərə müsbət təsir göstərir. Sosial ödəmələr tibbi xidmət, dərman, iş vaxtı nahar, işçilərin və ailə üzvlərinin sığortalanması, əmanət fondları və digər xərclərin fırma və yaxud şirkət tərəfindən ödənilməsi ilə əlaqədardır. Sosial ödəmələr tam və qismən ola bilir.

Firma və şirkətlərdə əmək haqqına əlavələr, müxtəlif mükafatlandırma sistemləri kompleks halda əsaslandırılmalıdır, elə etmək lazımdır ki, onlardan hər biri öz funksiyasını icra edə bilsin. Mükafatlandırma meyarları, göstəriciləri düzgün seçilməlidir. Bundan başqa, aşağıdakı cəhətlər nəzərə alınmalıdır: mükafatlandırma şərtləri, mükafatlandırmanın əhatə etdiyi işçilər; mükafatlandırma müddəti və mükafatın həcmi; mükafatlandırmada müqavilə şərtlərinə əməl olunmasının nəzərə alınması; mükafatlandırmanın istehsalın qarşısında duran vəzifələrə və işçinin əmək səyilərinə uyğun gəlməsi; fərdi və kollektiv mükafatlandırma formalarının düzgün seçilməsi; işəmuzd və vaxtamuzd işçilərin mükafatlandırma göstəricilərinin fərqləndirilməsi, əsaslandırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin bir-birini tamamlaması; rəhbər işçilər, mütəxəssislər və fəhlələrin mükafatlandırma göstəricilərinin düzgün seçilməsi, onun sosial-iqtisadi səmərəsinin yüksəldilməsi.



Əmək haqqına əlavələr və nadbavkanın əsaslandırılması da son dərəcə vacibdir. Əlavələr və nadbavkalar özü də müxtəlif məzmuna, təyinata malikdir. Bu bəlkə də onlann öz təbiətindən deyil, tətbiq edildiyi sferanın xarakterindən irəli gəlir. Ona görə də əlavə və nadbavkalar əsasən üç qrupa bölünür: a) stimulyaradanlar qrupu: peşənin qovuşmasına, xidmət zonasının genişlənməsinə, bir sözlə-yaxşı işlərə görə. b) icra edilən işin xüsusi xarakterinə görə: çox növbəli iş rejimi, normalaşdırılmamış iş günü, iş vaxtından artıq işləmə, daimi yeraltı işlərdə işləmə və s. v) normal, normativ əmək şəraitindən kənarlaşan işlər üçün: ağır, ən ağır, ən zərərli işlər.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin