İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Fəhlələrin əməyinin ödənilməsinin forma və sistemlərinin əhəmiyyəti, tətbiq edilmə şərtləri



Yüklə 0,58 Mb.
səhifə41/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#114194
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
referat 3325

11.2. Fəhlələrin əməyinin ödənilməsinin forma və sistemlərinin əhəmiyyəti, tətbiq edilmə şərtləri

Əmək norması və tarif sistemi əməyin ödənilməsinin əsas ünsürləri olsa da əmək haqqının təşkili üçün kifayət deyildir. Ona görə də müxtəlif istehsal şeraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi, sərf edilmiş əməyin kəmiyyət və keyfıyyətindən asılı olaraq əmək haqqmm hesablama və tətbiqi qaydası əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir.

Əmək haqqının forma və sistemlərinin tətbiqi işçilərin maddi marağı və həyat səviyyəsinin artırılması, habelə işin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması vasitəsidir.

Fəhlələrin əməyinin ödənilməsi təşkil edilərkən əmək haqqının vaxtamuzd və işəmuzd formasından istifadə olunur. Vaxtamuzd əmək haqqı formasında müəyyən olunmuş tarif maaşları əsasında faktiki işlənilmiş iş vaxtının miqdarına görə fəhlələr üçün əmək haqqı hesablanılır. İşəmuzd əmək haqqı formasında isə, fəhlələrə əmək haqqı ədəd, kiloqram, kubmetr və sair ölçü vahidlərində ifadə olunan məhsul istehsalının miqdarından asılı olaraq verilir.

Vaxtamuzd əmək haqqı sadə vaxtamuzd və vaxtamuzd mükafatlı əmək haqqı sistemlərinə ayrılır.

Hal-hazırda sənaye müəssisələrində işəmuzd əmək haqqı forması əsas əmək haqqı forması kimi geniş tətbiq edilməkdədir.

İşəmuzd əmək haqqı sistemləri aşağıdakılardır:

1. Müstəqim işəmuzd əmək haqqı sistemi.

2. Mükafatlı işəmuzd əmək haqqı sistemi.

Əmək haqqının bu sistemləri də istehsaldan və əmək bölgəsindən asılı olaraq fərdi və briqada (kollektiv) əmək haqqı sisteminə bölünür. Əmək haqqının bu və ya digər forma və sistemlərinin seçilməsi, tətbiq edilməsi məqsədəuyğun olmalıdır. Çünki əmək haqqının forma və sisteminin əsassız seçilməsi istehsalata fayda gətirmək əvəzinə böyük zərər vurar, əməyin ödənilməsində bərabərliyə yol verər və işçi qüvvəsi axıcılığına səbəb ola bilər.

Əmək haqqının forma və sistemləri seçilərkən aşağıdakı ümumi tələblərə əməl etmək lazımdır: a) əmək haqqı sistemi hər bir işçidə öz işini daima yaxşılaşdırmaq, işdə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır; b) əmək haqqı sistemi sərf olunan əməklə onun nəticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir; v) əmək haqqı ilə əmək sərfi arasındakı əlaqənin hər bir fəhlə üçün bilavasitə aydın olması üçün əmək haqqı sistemi sadə halda qurulmalıdır.

Bundan başqa, əmək haqqının hər bir formasının tətbiq olunma tələbələri, şərtləri vardır.

İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardır: 1) əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və kasilatın uçota alına bilməsi; 2) iş yerlərində əmək məhsuldarlığının, istehsalın həcmini sürətlə artırmaq zəruriyyəti; 3) istehsal olunan məhsul həcminə fəhlənin fəal təsir edə bilmə irnkanlığı; 4) məhsııl istehsalında həmin fəhlənin son əmək nəticələrində əks oluna bilməsi; 5) iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən müvafiq əmək təşkili səviyyəsinin təmin olunması.

Vaxtamuzd əmək haqqının isə tətbiq olunmasının əsas şərtləri bunlardır: 1) vaxtamuzdçu fəhlə tərəfindən işlənilmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət; 2) icra edilən işin məzmunu, habelə mükafatlandırılan fəhlələrin hüquq və vəzifələri dəqiq müəyyən edildikdə; 3) mükafatlandırılan fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən edilməsi; 4) fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi; 5) mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi.

Əmək haqqının forma və sistemləri seçilərkən yuxarıda göstərilən tələb və şərtlərə əməl olunması əmək haqqının bilavasitə sərf olunan əməyin miqdar və nəticəsindən asılı olmasını təmin edir ki, bu da ışçilərdə əmək məhsuldarlığını yüksəltmək, xammal və materiala qənaət etmək üçün maraq oyadır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin