İnsan resurslarının idarə edilməsi



Yüklə 1,71 Mb.
səhifə2/20
tarix24.05.2018
ölçüsü1,71 Mb.
#51182
1   2   3   4   5   6   7   8   9   ...   20

D) İnsan resurslarının əldə edilməsinə çəkilən xərclərin məbləği;

E) İnsan resurslarının təkilata neçəyə başa gəlməsi və hər bir insanın fərdi dəyərini;
40. İnsan resurslarının təhlili zamanı hansı xərc anlayışları istifadə edilir ?

A) İlkin və bərpa xərclər;

B) İlkin və sonrakı xərclər;

C) İlkin xərclər;

D) Birbaşa və dolayı xərclər;

E)İşçilərin cəlb edilməsi və öyrədilməsi xərcləri;

41. Heyətə ilkin xərclərə aid deyil .



A) Boşdayanma xərcləri;

B) İşçinin seçilməsinə xərclər;

C) Formal hazırlıq xərcləri;

D) Təlimatçının vaxt itkisi;

E) Heyətin yığılmasına xərclər;
42. İnsan resurslarının planlaşdırılması fəaliyyətinin məqsədi nədir ?

A) Təşkilatın gələcəkdə işçilərə tələbatını kəmiyyətcə və keyfiyyətcə proqnozlaşdırmaq və bu tələbatın nə dərəcədə ödənilə biləcəyini qiymətləndirmək

B ) Təşkilatın insanlara tələbatının planlaşdırılması;

C) Təşkilatın istehsal proqramını müəyyən etmək və onun yerinə yetirilməsini təmin etmək üçün maddi və insan rüsurslarına tələbatın proqnozlaşdırılması;

D) Təşkilatın hazırda mövcud olan insan resurslarının gələcəkdəki mümkün tələbata uyğunlaşdırılması;

E) İnsan resurslarının planlaşdırılmasının səmərəliliyinin yüksəldilməsi;
43. Hansı nəticə insan resurslarının səmərəli planladırıldığını təsdiq edir ?

A) 4L;;

B) 4K;

C) 3L

D) 2C;

E) 4C;
44. İnsan resurslarının planlaşdırılması prosesinə aid olmayan proqramı göstərin.

A) İnnovasiyaların tətbiqi proqramı;

B) Öyrətmə və təkmilləşdirmə proqramı;

C) İşçilərin yerləşdirilməsi planı;

D) İşçi qüvvəsinin toplanması və artıq işçilərin işdən azad edilməsi proqramı;

E) İşçi kollektivi ilə firmanın rəhbərliyi arasında manasibətlər siyasəti;

45. Uzun müddətli insan resursları planını tərtib edən zaman nəzərə alınması vacib olmayan müddəanı göstərin.



A) Firmada işçilərin mükafatlandırılmasının mövcud prosedurası;
B) Firmada insan resurslarının istifadəsinin xarakteristikası;


C) Əmək bazarında potensial təklif;

D) Təhsil, pensiyaya çıxmaq və regional subsidiyaların verilməsi səhəsində dövlətin siyasəti;

E)Buraxılan məhsulun həcminin dəyişməsi ilə əlaqədar insan resurslarının vəzifələri;
46. İRP – nin üstünlüklərinə aid deyil.

A) Firmanın istehsal gücünün mənimsənilməsi səviyyəsi yüksəlir;

B)Firma insan resurslarının həm artıqlığından, həm də çatışmamazlığından yaxa qurtara bilər;

C) Rəhbərlik firmanın insan resurslarının zəif və güclü tərəflərini və kadr siyasətini tənqidi şəkildə qiymətləndirməli olur;

D) Xarici mühitdə baş verən dəyişikliklərə adekvat reaksiya verməyə təşkilat daha yaxşı hazırlanır;

E) İnsan resurslarının idarə edilməsinin yeni daha effektli üsullarını tapmaqda təşkilata kömək edir;
47. Firmanın yekun insan resursları planında əks etdirilmir.

A) Orta və ali səviyyə rəhbərliyinin səviyyəsində zəruri olan dəyişikliklər;

B) İşçi kollektivi ilə rəhbərlik arasında münasibətlər üçün nəticələr;

C) Peşə öyrətməsinə tələbat;

D) Firmanın təşkilati quruluşunda baş verən dəyişikliklər;

E) Yeni yaranacaq, dəyişikliklərə məruz qalacaq, yaxud ixtisar ediləcək iş yerinin və vəzifələrin siyahısı;
48. İş şəraitinə yenidən baxma səbəblərinə aid deyil.

A) Həmkarlar təşkilatı ilə qarşılıqlı münasibətlərin yaxşılaçması;

B) Yeni layihələrin işlənib hazırlanması;

C) Bölmənin təşkilati quruluşunun dəyişilməsi;

D) İşlərin həcminin artması;

E) Əvvəlki əməkdaşın işdən azad edilməsi yaxud başqa işə keçirilməsi;
49. Düzgün olmayan variantı seçin:

Əmək fəaliyyətinin təhlili aşağıdakı suallara cavab verməlidir :



A) İstehsal proqramı ilə növbəlilik əmsalı arasında hansı əlaqə vardır;

B) Konkret iş yeri üçün hansı iş rejimi daha optimaldır;

C) Iş yerinin təhlili nəticəsində alınan informasiya heyətin idarəedilməsi proqramının hazırlanması prosesində necə istifadə edilə bilər;

D) Hansı istehsal əməliyyatlarını daha ümumi anlayış olan iş yerlərində qruplaşdırmaq olar;

E) İş yerini necı təşkil etmək lazımdır ki, əmək məhsuldarlığının səviyyəsi artsın;

50. Professioqramma nədir ?



A) Fəaliyyətin təsvirini və onun təşkilatdakı yerini ifadə edən sənəddir;

B) Əmək fəaliyyətinin təsvirini əks etdirən və fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsini mümkün edən sənəddir;

C) İşçinin peşəkarlıq səviyyəsini müəyyən edən sənəddir;

D) Təşkilatın məqsəd və vəzifələrinin şərhini özündə əks etdirən sənəddir;

E) Peşəkarlıq səviyyəsini qiymətləndirmək üçün istifadə edilən diaqramdır.
51. İşin mürəkkəbliyinin qiymətləndirilməsi prosesinin mahiyyəti nədir ?

A) İşin yerinə yetirilməsinə görə işçilərin əməyinin ödənilməsinin ədalətli sisteminin qurulması məqsədilə yerinə yetirələcək işlərin mürəkkəbliyinə görə fərqləndirilməsi prosesidir;

B) İşçilərin əməyinin ödənilməsinin ədalətli sisteminin qurulması məqsədilə, yerinə yetiriləcək işlərin mürə kkəb kombinasiyasının qurulması prosesidir;

C) İşin yerinə yetirilməsində daha çox avadanlığın cəlb edilməsi məqsədilə həmin işin ayrı – ayrı əməliyyatlara bölünməsi prosesidir;

D) İşin yerinə yetirilməsi şərtlərini nəzərə alaraq əməyin ödənilməsinin qiymətləndirilməsi prosesidir;

E)İşin yerinə yetirilməsində yüksək məhsuldarlığı təmin etmək məqsədilə işlərin ranqlaşdırılması prosesidir;
52. İşin mürəkkəbliyinin qiymətləndirilməsinin məqsədlərinə aid deyil.

A) Əmək məhsuldarlığının yüksəldilməsinə nail olmaq;

B) Əmək haqqındakı müxtəliflikləri əsaslandırmaq;

C) Firma daxilində əməyin ödənilmə dərəcələrini başqa firmada əməyin ödənilmə dərəcələri ilə uyğunlaşdırmaq;

D) Ədalətli, karyerada irəlilətmə sisteminin qurulması üçün şərait yaratmaq;

E) Əməyin ödənilməsi sahəsində rəhbərlərin özbaşına qərarlarından işçiləri müdafiə etmək;
53. Əməyin ödənilməsi səviyyəsini müəyyən edən amillər sırasına aid deyil?

A) Kadr axıcılığının səviyyəsi

B) İşin mürəkkəbliyi;

C) Həyatın dəyəri;

D) Konkret peşə növünün təklifi və ona olan tələb ;

E) Məhsuldarlıq və iş stajı;
54.İşin mürəkkəbliyinin qiymətləndirilməsi üsulu deyil ?

A) Normalaşdırma;

B) Maddələr üzrə reytinq;

C) Ranqlaşdırma;

D) Mürəkkəbliyə görə təsnifatlaşdırma;

E) Təsnifatlaşdırma;
55. Vəzifə təlimatı nədir?

A) İşin məqsədi, mahiyyəti və hüdudlarının, yerinə yetirilməli olan konkret vəzifələrin və icraçının məsuliyyətinin sərhədlərinin ətraflı təsviridir;

B) İcraçının yerinə yetirməli olduğu işlərin siyahısı və onların yerinə yetirilməsi üçün tövsiyyələrdir;

C) Hər bir işçi vəzifəsi üçün nəzərdə tutulmuş səlahiyyət hüdudları və digər işçilərlə davranış normaları və davranış xətlərinin məcmusudur;

D) Əməyin elmi təşkili prosesində konkret vəzifə üçün nəzərdə tutulmuş tapşırıqlar və onların yerinə yetirilməsinə dair metodiki tövsiyyələrdir;

E) İşçinin müəyyən vəzifəyə gətirilməsi üçün ona edilən formal və qeyri – formal tələblər və sonrakı fəaliyyət müddəti üçün təminatlıdır;
56. Peşə - ixtisas tələbləri nədir ?

A) İşin yerinə yetirilməsi ilə bağlı olan fiziki və intellektual fəaliyyət növlərinin, həmçinin zərurət yarandıqda, mühitin sosial və fiziki xarakteristikalarının dəqiq təsviridir;

B) İşçinin işə götürülməsi zamanı onun bilik və bacarığını aşkar etmək məqsədilə həyata keçirilir, dəqiq işlənmiş və əsaslandırılmış proseduradır;

C) İşçinin fəaliyyət göstərdiyi iş yerinin təsviridir;

D) İşçilərin işlədiyi iş yerlərinin müasir dünya standartları səviyyəsində qurulmasını nəzərdə tutan, firmanın rəhbərliyi tərəfindən işlənib hazırlanmış konkret tələblərdir;

E) Əməyin elmi təşkili və texniki normalaşdırılması prosesində əmək məhsuldarlığının yüksəldilməsinə edilən konkret tələblərdir;
57. Kompetentlilik norması nəyi göstərir ?

A) Konkret iş şəraitində icraçının nəyi bilməli olduğunu göstərir;

B) Konkret iş şəraitində icraçının məhsuldarlığını göstərir;

C) İşraçının bilik və bacarığını göstərir;

D) Yüksək təhsil görmüş insanın bilməli olduğu informasiyanı göstərir;

E) Konkret iş şəraitində icraçının səlahiyyət hüdudlarını göstərir;
58. Kompetentlilik anlayışına nə daxildir?

A) Kompetentlilik anlayışına müəyyən vəzifələri yerinə yetirməyə hazır olmaq, öz bilik və ustalığını bir işdən digər işə keçirmək qabiliyyəti daxildir;

B) Kompetentlilik anlayışına işləri yaxşı görmək və yüksək məhsuldarlığa nail olmaq daxildir;

C) Kompetentlilik anlayışına öz bilik və bacarığını firmanın inkişafı üçün istifadə etmək və bu fəaliyyətdən yararlanmaq xüsusiyyətləri daxildir;

D) Kompetentlilik anlayışına hər şeyi bilmək və biliklərini artırmaq daxildir;

E) Kompetentlilik anlayışına konkret vəzifəni mükəmməl şəkildə icra etmək daxildir;
59. Heyətin yığılması prosesinə daxil deyil ?

A) İddiaçının əvvəlki iş yerindən informasiya alınması;

B) Iddiaçılarla əlaqələrin qurulması;

C ) Vakant yerin xarakteristikasının öyrənilməsi;

D) İddiaçıdan doldurulmuş anketin alınması;

E) Namizədin cəlb edilməsi şərtlərinin araşdırılması;
60. Karyeranın planlaşdırılmasının birinci mərhələsi nədən idarətdir?

A)Xüsusi keyfiyyətlərin və bacaqların qiymətləndirilməsindən

B)Məqsədlərin qiymətləndirilməsindən

C)İş bacarıqlarının qiymətləndirilməsindən

D)təkmilləşdirmə imkanlarının qiymətləndirilməsindən

E)Oxumaq bacarıqlarının qiymətləndirilməsindən
61. Heyətin yığılması prosesində xətti menecerlərin rolu necə olmalıdır ?

A) Heyətin yığılması prosesində xətti menecerlər ekspert rolunda ciddi mövqeyə malik olmalıdır;

B) Heyətin yığılması prosesinin xətti menecerə dəxli yoxdur, çünki, xətti menecer ancaq istehsal tapşırıqlarının yerinə yetirilməsi ilə məşğul olur;

C) Heyətin yığılması prosesilə insan resursları menecmenti bölmələri məşğul olduğundan xətti menecerə ehtiyac yoxdur;

D)Heyətin yığılması prosesində xətti menecerin rolu əhəmiyyətsizdir;

E) Heyətin yığılması prosesini insan resursları bölmələri həyata keçirir;
62. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin daxili mənbələrinin üstünlüyüdür .

A) Motivasiyanın yüksək olması;

B) Uzun adaptasiya dövrü;

C) Təşkilat daxilində arzu olunmayan əlaqələr;

D) Öyrətmə xərclərinin az olması;

E) Işçinin təcrübəsindən yararlanmaq imkanı;
63. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin xarici mənbələrinin üstünlüyüdür.

A) Öyrətmə xərclərinin az olması;

B) Digər işçilərlə problemlərin yaranmaması;

C) Heyətin inkişafı proqramının tərtib edilməsi zərurəti;

D)Uzun adaptasiya dövrü;

E) Axtarış üzrə xərclərin olmaması;
64. İnsan resurslarına təşkilatı tələbatının ödənilməsinin xarici mənbələrinin mənfi cəhətidir.

A) Uzun adaptasiya dövrü ;

B) Öyrətmə xərclərinin az olması;

C) Axtarış xərclərinin az olması;

D)Vəzifədə irəlilətmə təcrübəsinin yaranması;

E) Digər işçilərin problemləri;
65. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin daxili mənbələrinin mənfi cəhətidir.

A) Təşkilatda “düşmənçilik” ehtimalı;

B) Işçilərin yüksək motivasiyası;

C) Öyrətmə xərclərinin az olması;

D) Xarici təcrübənin istifadəsi imkanı;

E) Əməyin elmi təşkili imkanın azalması;
66. İnsan resurslarının yığılmasının xarici mənbəyidir.

A) Firmanın yaxşı əlaqə qurduğu Universitetlər;

B) Firmanın keçmiş işçiləri;

C) Firmanın işçilərinin qohumları;

D) Firmanın işçiləri;

E) Firmada işləmək iştəmiş keçmiş namizədlər;
67. İnsan resurslarının yığılmasının daxili mənbəyidir

A) Firmanın işçilərinin qohumları;

B) Qeyri-formal kanallar;

C ) Əmək birjaları;

D) Internet;

E) Kütləvi informasiya vasitələri;
68. Vəzifə məlumatlandırılması sistemni əhəmiyyətli edən şərt hansıdır ?

A) Təşkilat mövcud vakansiyaları tutmaq üçün kənara müraciət etməzdən əvvəl məlumatların öyrənilməsi üçün öz işçilərinə kifayət qədər vaxt verməlidir;

B) Təşkilat vakansiyaları titmaq barədə elan verən zaman peşə ixtisas tələblərini də göstərməlidir;

C) Təşkilat mövcud vakansiyaların hamısını eyni vaxtda, bütün informasiya vasitələrində verməlidir;

D) Təşkilat mövcud vakansiyalar, onların tutulma şərtləri və əmək haqqının məbləği barədə elan verməlidir;

E) Təşkilat öz işçilərinin hazırkı anda diqqətini gördükləri işdən yayındırmamaq məqsədilə, vakansiya barədə informasiyanı gizli saxlamalıdır;
69. Heyətin seçilməsi dedikdə nə başa düşülür ?

A) Müxtəlif üsullarla namizəddlərin qiymətləndirilməsi, daha münasib namizəd barəsində qərar qəbul edilməsi və ona vakant yeri tutması barədə təklif edilməsi prosesi başa düşülür;

B)Işə götürən və potensial işçi arasında həyata keçirilməli olan görüşlərin davamı və inkişafı prosesi başa düşülür;

C)Vakant yerin xarakteristikasının öyrənilməsi, müvafiq namizədin cəlb edilməsi şərtlərinin araşdırılması, iddiaçılarla əlaqələrin qurulması və onlardan daxil olan doldurulmuş anketlərin alınmasından ibarət proses başa düşülür;

D) Təşkilatın gələcəkdə işçilərə tələbatı kəmiyyətcə və keyfiyyətcə proqnozlaşdırmaq və bu tələbatın nə dərəcədə ödənilə biləcəyini qiymətləndirmək cəhdi başa düşülür;

E)Müxtəlif təşkilati rolların və vəzifələrin işə qəbul edilmiş adamlar arasında bölüşdürülməsi prosesi başa düşülür ;
70. İşə qəbul olmaq istəyənin anketində tələb olunmayan informasiya hansıdır?

A) Namizədin xarici ölkədə qohumunun olub-olmaması;

B) Namizədin təhsili, ixtisası və hazırlıq səviyyəsi ;

C) Namizədin telefon nömrəsi;

D) Namizədin sağlamlıq vəziyyəti, ciddi xəstəliyinin olub-olmaması;

E) Namizədin atasının adı;
71. Hansı halda vakansiya barədə elana daha çox reaksiya verilir.

A) Yüksək işsizlik səviyyəsi şəraitində;

B) Təklif edilən əmək haqqı yüksək olduqda;

C) Firmanın imici yüksək olduqda;

D) Sentyabr - oktyabr aylarında ;

E) İnsanların gələcəkdə inamı yüksək olduqda;
72. Heyətin seçilməsi üsulu deyil.

A) Etnoqrafiya üsülü;

B) Astrologiya üsulu;

C) Açıq – qapılar üsulu;

D) Qrafologiya üsulu;

E) Tərcümeyi – hal üsülü;
73. Heyətin seçilməsinin tərcümeyi – hal üsulu hansı ehtimala əsaslanır?

A) İnsanın fərdi xarakteristikaları - onun həyat şərtlərinin və həyat təcrübəsinin nəticəsidir;

B) İnsanın peşəkarlıq qabiliyyəti – onun aldığı təhsildən asılıdır;

C) İnsanın karyerası – onun rəhbərlə münasibət qura bilməsindən asılıdır;

D) İnsanın peşələri mənimsəməsi – onun digər insanlara, o cümlədən ustası ilə necə rəftar edə bilməsindən asılıdır;

E) İnsanın təşkilata adaptasiyası onun xasiyyətindən çox dərəcədə asılıdır;
74. Vakansiya barədə elana olduqca çoxlu sayda namizəd müraciət edən zaman seçmə necə aparılır?

A) Əvvəlcə anket məlumatları əsasında namizədlərin bir hissəsi kənarlaşdırılır sonra isə bacarıq və təcrübəni əsas götürməklə qalanlarla söhbət aparılır;

B) Seçmə prosesinə çoxlu sayda təlimatçı cəlb edilir və intensiv seçim aparılır;

C) Əvvəlcə “ açıq qapılar “ üsulu ilə seçmə aparılır, sonra isə “ astrologiya “ üsulu tətbiq edilir;

D) Bütün namizədlər firmanın iclas zalına yığılır və onlarla seçmə üsulu ilə sorğu aparılır;

E) Namizədləri cəlb etmədən, onları doldurmuş olduğu anket məlumatları əsasında, ekspertlər qrupunun köməyi ilə seçim aparılır;
75. “ Açıq qapılar “ üsulu ilə seçmədən daha çox hansı hallarda istifadə edilir ?

A) Qısa müddətə daha çox işçi yığmaq zərurəti yarandıqda;

B) Dövlət əhalinin məşğulluğunun qayğısına qaldıqda;

C) Firmanın işçilərinin tərkibini dəyişmək zərurəti yarandıqda;

D) Həmkarlar təşkilatı işçiləri mitinqə dəvət etdikdə;

E) Firmadan işçi qüvvəsi axını böyük olduqda;
76. İşçinin seçilməsi prosesi hansı hərəkətlə yekunlaşır.

A) İşəgötürən namizədə vakansiyanı tutmaq barədə yazılı müraciət göndərir;

B) Namizədin əlini sıxaraq onu təbrik edirlər;

C) İşəgötürən namizədə zəng vuraraq onu firmaya dəvət edir;

D) Namizədi firmanın idarə heyəti qəbul edir;

E) Namizədin tanışları vasitəsilə, yaxud telefonla onun işə qəbul olunduğu barədə informasiya verilir;
77. Düzgün olmayan variantı göstərin .

Seçim söhbəti aparan zaman aşağıdakı şərtlərə əməl etmək lazımdır:

A) Söhbət aparan telefonla danışmaq manerasını namizədə nümayiş etdirməlidir;

B) İşin xarakteri və iş şəraiti dəqiqliklə öyrənilməli və təsvir edilməlidir;

C) Söhbətaparan başqa adamların fikirlərinə ağıllı qulaq asmağa bacarmalıdır;

D) Söhbət aparan sualların təxmini siyahısını əvvəlcədən tərtib etməlidir;

E) Söhbət aparan mütəxəssislər söhbət aparma sahəsində xüsusi hazırlıq keçməlidir;
78. Seçım söhbətinin məqsədlərinə aid deyil.

A) Namizədin gələcək karyerasını planlaşdırmaq;

B) Namizədin təcrübəsi və peşəkarlığının dəyərliliyini və istifadə mümkünlüyünü yoxlamaq;

C) Namizədə təklif edilən iş və firma barədə informasiya vermək;

D) Namizədin şəxsiyyətini düzgün qiymətləndirmək üçün onun davranışı və motivləri barədə informasiya almaq;

E) Namizədin özü barədə verdiyi yazılı məlumatları dəqiqləşdirmək;
79. Seçım söhbəti üçün suallar quran zaman hansı qayadaya əməl etmək lazımdır ?

A) Sualların əksəriyyəti “ necə “ və “ niyə “ sözləri ilə başlanmalıdır;

B) Suallar ayrı – ayrı namizədlərin intellekt səviyyəsini nəzərə almadan ümumi bir standartda qurulmalıdır;

C) Suallar özündə cavaba göstəriş verməlidir;

D) Suallar verən zaman söhbət aparan biganəlik nümayiş etdirməlidir;

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin