|
|
səhifə | 6/20 | tarix | 24.05.2018 | ölçüsü | 1,71 Mb. | | #51182 |
|
E) əmək fəndlərinin təcrid edilməsini,.əmək üsullarının yeniləşməsini.
211. Əməyin təşkilinin məqsədinə aid deyil:
A)istehsal proqramlarını işləmək
B) az əmək sərfi ilə çox məhsul istesal etmək.
C) insanın inkişafı üçün əlverişli şərait yaratmaq.
D) iş vaxtı fondundan , maddi v əsaitlərdən səmərəli istifadə etmək.
E) əmək məhsuldarlığının artmasını təmin etmək.
212. Əmək intizamı nədə əks olunur?
A)işçinin əmək fəaliyyətinə münasibətində
B) işçinin əmək prosesində fəallıq səviyyəsində
C) işçilərin qarşılıqlı münasibətlərində
D) əmək fəaliyyətində iştirak səviyyəsində
E) əmək fəaliyyətinin stimullaşdırılmasında .
213. İş yerlərinin təşkili ünsürlərinə nə aiddir?
A)planirovka,təchizat,xidmət,ixtisaslaşma
B) sosial, iqtisadi, psixoloji
C) motivləşdirmə, təkmilləşdirmə,təminat
D) səmərəlilik,məqsədlilik, dəqiqlik
E) təhlükəsizlik,qənaətlilik,vahidlik
214. Əmək prosesi ilə istehsal prosesinin əlaqəsi:
A)əmək prosesi istehsal prosesinin tərkib hissəsidir
B) əmək prosesi istehsal prosesinin iqtisadi əsasıdır
C) əmək prosesi istehsal prosesinin əsas ünsürüdür
D) əmək prosesi istehsal prosesinin sosial əsasıdır
E) əmək prosesi istehsal prosesinin təməlidir
215. A.Masloun «tələbatlar nəzəriyyəsi»-nə görə neçə növ tələbat mövcuddur?
A)5
B) 6
C) 3
D) 7
E) 4
216. A.Masloun «tələbatlar nəzəriyyəsi»-ndə hansı tələbat ilk və ən vacib hesab olunur?
A)fizioloji tələbat
B) nüfuza tələbat
C) sosial tələbat
D) əməyə tələbat
E) təhlükəsizliyə tələbat
217. Norma-tələb nədir?
A)cəmiyyət tərəfindən qəbul olunmuş normalardır
B) əmək normalarıdır
C) istehsal normalarıdır
D) ənənəvi normalarıdır
E) istehlak normalarıdır
218. Motivləşmə özündə nəyi əks etdirir?
A)davranışın daxili vadaredicilərinin formalaşmasını
B) sosial davranışa meyletməni
C) əməyə münasibətin formalaşmasını
D) əmək fəaliyyətinin əsaslandırılmasını
E) işçilərin fəaliyyətinin əlaqələndirilməsini
219. İnsanın ilk tələbatına nə aiddir?
A)bioloji və fizioloji
B) təbii və fizioloji
C) bioloji və mənəvi
D) bioloji və sosioloji
sosioloji və mənəvi
220. Peşə seçimində əsas məsələlərə aid deyil:
A) heyətin strukturu
B) əməyin məzmunu
C) əməyin ödənilməsi
D)peşənin nüfuzluluğu
E)əməyin yaradıcı xarakteri
221. Sosial tələbatın əsas komponentlərinə aiddir:
A) kollektivə mənsub olma, ünsiyyət, özünə diqqət, digərinin qayğısına qalmaq, birgə əmək fəaliyyətində iştirak, nüfuz
B) qida, tənəffüs, fiziki hərəkətlər, kollektivə mənsub olma, prinsipiallıq
C) həyat fəaliyyətinin sabitliyi, kollektivə mənsub olma, faydalılıq, fiziki hərəkətlər
D) yüksək əmək haqqı, özünə hörmət, nüfuz, fiziki hərəkətlər, sosial yönümlülük, faydalılıq
E) prinsipiallıq, yaradıcılıq baxımından özünüifadə, etibarlılıq, faydalılıq
222. Ümumilikdə uyğunlaşmanın subyektiv amillərinə aiddir:
A) sosial-demoqrafik, psixoloji, sosioloji
B) maddi, mənəvi, sosial
C) sosial, iqtisadi, demoqrafik
D) psixoloji, sosioloji, fizioloji
E) sosial-demoqrafik, mənəvi, fizioloji
223. Əmək davranışı necə müəyyən olunur?
A) əməyə münasibətin xarici ifadəsi kimi
B) əməyə münasibətin qiymətləndirilməsi kimi
C) əməyə münasibətin proqnozlaşdırılması kimi
D) əməyə münasibətin planlaşdırılrması kimi
E) əməyə münasibətin tənzimlənməsi kimi
224. Sosial nəzarətin stimullaşdırma funksiyasının mahiyyəti nədən ibarətdir?
A) əmək davranışını tənzimləmək məqsədilə həyata keçirilən təsir reaksiyasından
B) işçilərin əmək haqqının artırılmasına yön əldilməsindən
C) iş vaxtı itkilərin azalmasına təsir etməkdən
D) iş vaxtından daha səmərəli istifadəsinə təsir etməkdən
E) işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına təsir etməkdən
225. İnsan davranışının öyrənilməsində əsas məqsəd nədir?
A) işçinin hərəkətlərinin əsas səbəbini başa düşmək
B) əmək məhsuldarlığını artırmaq
C) münasibətləri yaxşılaşdırmaq
D) işçilərin davranışını idarə etmək
E) işçilərin mənəviyyatını başa düşmək
226. İnsan resurslarının idarə edilməsi üzrə menecer kimlər arasında işgüzar münasibət yaradır?
A) idarə edən heyətlə sıravi işçilər arası
B) fəhlələr arası
C) menecerlər arası
D) fəhlə ilə menecer arası
E) fəhlə ilə sahibkar arası
227. Əməyə uyğunlaşmanın hansı növü əmək şəraiti ilə xarakterizə olunur?
A) psixo-fizioloji
B) sosial-demoqrafik
C) peşə-ixtisas
D) ictimai -təşkilati
E) mədəni-məişət
228 Kadr planlaşdırmasının məqsədi nədir:
A) işçilərə qabiliyyətindən, meyllərindən və əməyin təşkili səviyyəsindən asılı iş
yerlərini təklif etmək
B) məhsuldarlıq və əmək motivləri cəhətdən işçilərin qabiliyyətini aşkar etmək
C) iş yerlərinin sayını artırmaq;
D) normal əmək şəraiti yaratmaq;
E) təşkilatın rəqabət qabiliyyətini artırmaq.
229. Kadr planlaşdırmanın əsas vəzifəsi nədən ibarətdir:
A) işçilərin maraqlarını təmin etmək və məqsədə çatmaq
B) əmək məhsuldarlığını yüksəltmək;
C) məhsulun əmək tutumunu azaltmaq
D) kadrların ixtisas səviyyəsini yüksəltmək
E) peşə yeniliklərini mənimsə üçün şərat yaratmaq
230. Heyətin keyfiyyət tələblərini hansı göstərici xarakterizə etmir:
A) bölmələr üzrə heyətin say nisbəti
B) peşələr;
C) ixtisaslar;
D) kateqoriyalar;
E)dərəcələr;
231. Heyətin qiymətləndirilməsində hansı prinsipdən istifadə olunmur:
A) planlılıq
B) obyektivlik
C) etibarlılıq
D) dəqiqlik
E) komplekslik
232. Namizədlərin işə qəbulunda hansı pillə yoxdur?
A) şəxsi zəmində söhbət
B) söhbət etmək;
C) anket vərəqəsinin doldurulması;
D)testdən keçmək;
E) qərarın qəbul edilməsi
233. Kadr siyasəti formalaşdırıldıqda hansı sənəddən istifadə edilmir?
A) əmək haqqının təşkili üzrə əsasnamə
B) insan hüquqları haqqında deklarasiya;
C) ölkənin konstitusiyası;
D) hakim partiyanın proqramı;
E) əmək məcəlləsi
234. Təşkilatda insan resurslarının strateji planlaşdırılması dedikdə nə başa düşülür?
A) heyətə olan tələbatın və onun ödənilməsi yollarının müəyyən edilməsir
B) planlaşdırma metodlarının seçilməsi prosesidir
C) heyətin planlaşdırma metodlarının məcmusudur
D) müxtəlif təyinatlı planların məcmusudur
E) müxtəlif növ ehtiyatlara olan tələbatın ödənilməsi prosesidir
235. Strateji idarəetmə dedikdə nə başa düşülür?
A) uzunmüddətli perspektivə istiqamətlənmə
B) ortamüddətli və qısamüddətli perspektivə istiqamətlənmə
C)realizə olunmasından gəlir əldə etmək məqsədilə məhsul və xidmətlərin istehsalı
D) ehtiyatlardan səmərəli istifadə yollarının müəyyən edilməsi
E) təşkilatın fəaliyyət taktikası
236. Kadr potensialının planlaşdırılmasında hansı məsələ konkretləşdirilmir?
A) ixtisaslı kadrların hazırlanması mənbələri;
B) kadrların strateji inkişafı
C) idarəetmədə əməkdaşların iştirakı
D)qrup və fərdi işçilərin məsuliyyəti
E) stimullaşdırma sisteminin əsas ünsürləri
237. Heyətə tələbatın ödənilməsində hansı mənbədən az istifadə olunur:
A) tövsiyyələr ri
B) təhsil müəssisələ
C) məşğulluq mərkəzləri
D) kütləvi informasiya vasitələri
E) əlaqəli müəssisələr
238. Kadr siyasəti dedikdə nə başa düşülür?
A) heyətlə işin məzmununu və istiqamətlərini muəyyən edən qaydalar, qanunlar,məqsədlər və təsəvvürlər məcmusu
B) əməyin mühafizəsinin təkmilləşməsi istiqamətində həyata keçirilən tədbirlərin məcmusu
C) müəssisənin fəaliyyətini tənzimələyən qaydaların. qanunların məcmusu
D) işcilərin maddi maraqlandırılmasıinın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məcmusu
E) heyətin əmək və istirahət rejimini müəyyən edən qaydaların məcmusu
239. Heyətin idarə edilməsi strategiyasına aiddir:
A) heyətin seçilməsi, qiymətləndirilməsi, stimullaşdırılması və inkişafı
B) qaydalar, qanunlar, fikirlər, əqidələr
C) vəzifələr, məqsədlər, prinsiplər, əqidələr
D) təşkilatın idarəedilməsinin ali strategiyası
E) təşkilatın istehsal proqramının yerinə yetirilməsi
240. Kadr siyasəti kim tərəfindən formalaşır:
A) təşkilatın rəhbərliyi
B) bütün işçilər və bütün xidmət bölmələri
C) xətti menecerlər
D) istehsal bölmələri
E) idarə olunan heyət
241. Kadr siyasəti kim tərəfindən həyata keçirilir?
A) kadr xidmətinin işçiləri
B) texniki işçilər
C) təhcizat şöbəsi
D) əmək haqqı şöbəsi
E) mühəndislər
242. Kadr planlaşdırmasına hansı məsələ aid deyil?
A) işçinin çalışdığı iş yeri necə təşkil olunmalıdır
B) hansı ixtisasdan nə qədər işçi harada nə vaxt istifadə olunmalıdır;
C) sosial zərər vurmadan artıq işçiləri azad etmək, yeni işçiləri hansı yolla işə cəlb etmək olar
D) heyətin qabiliyyəti ilə əlaqədar onlardan daha yaxşı necə istifadə etmək olar
E) kadrların inkişafına hansı yolla nail olmaq olar.
243. Məqsədin müəyyənləşdirilməsinə hansı proseslər aid deyil?
A) məqsədin layihələşdirilməsi
B) məqsədin axtarılması;
C) məqsədin dəqiqləşdirilməsi;
D) məqsədin təhlili
E) məqsədin seçilməsi;
244. Strateji planlaşdırmanın əsas vəzifəsi:
A) inkişafın əsas istiqamətlərinin müəyyən olunması və təhlili
B) əsas məqamların müəyyən olunması
C) kənar amillərdən asılılığın aşkar edilməsi
D) işin keyfiyyətinin yüksəldilməsi;
E) məhsulun keyfiyyətinin yüksəldilməsi
245. Kadr planlaşdırılmasının ilk mərhələləsində hansı məlumatlardan istifadə edilmir?
A) işlərin sayı və əmək haqqı
B) mövcud və planlaşdırılmış iş yerlərinin sayı
C) texniki -təşkilati f əaliyyətin göstəriciləri
D)ştat cədvəli
E) boş vəzifənin tutulması planı
246. Heyətə tələbatın hesablanmasında hansı mərhələ yoxdur?
A) heyətin yaş tərkibinin təhlili
B) kadrlarla əlaqədər müxtəlif planların təhlili;
C) heyətin funksional quruluşunun təhlili;
D) heyətin kəmiyyət və keyfiyyət tərkibinin müəyyən edilməsi
E) heyətin peşə-ixtisas tərkibinin təhlili
247. Əmək məhsuldarlığı nəyin göstəricisidir?
A) əməyin səmərəliliyinin
B) istehsal xərclərinin həcminin
C))məhsul buraxılışının həcminin
D) iş rejiminin optimallaşdırılmasının
E) kadrların hazırlıq səviyyəsinin
248. Minimum əmək sərfi ilə maksimum məhsul istehsal etmək nəyi xarakterizə edir?
A) əmək məhsuldarlığını
B) məhsulun həcmini
C) əmək tutumunu
D) əmək intensivliyini
E) məhsulun maya dəyərini
249. Əmək məhsuldarlığı müəssisənin gəlirinə necə təsir edir?
A) birbaşa gəliri müəyyənləşdirir
B) gəlirə dolayı təsir edir
C) gəliri tənzimləyir
D) gəlirləri bölüşdürür
E) gəlirləri differensiallaşdırır
250. İşçinin əmək sərfi onun əməyinin intensivliyi artdıqca necə dəyişilir?
A) artır
B) azalır
C) dəyişilmir
D) qeyri-müəyyən olur
E) dəyişkən olur
251. Əmək məhsuldarlığının artımı ilk növbədə nədə əks olunur?
A) məhsul istehsalının həcminin artmasında
B) müəssisələrin istehsal sahələrinin artmasında
C) əmək haqqının artmasında
D) işçilərin sayının artmasında
E) fəhlələrin sayının artmasında
252. Əmək məhsuldarlığı nədir?
A) əmək sərfinin səmərəlilik dərəcəsidir
B) əməyin məhsuldar qüvvəsidir
C) əməyin təşkili səviyyəsidir
D) iqtisadi artımın göstəricisidir
E) əməyin intensivliyini xarakterizə edir
253. Əmək məhsuldarlığınının artırılması ehtiyatları necə müəyyən edilir?
A) əməyin məhsuldar qüvvəsi ilə əmək məhsuldarlığının səviyyəsi arasındakı fərq kimi
B) məhsulun maya dəyəri ilə onun qiyməti arasındakı fərq kimi
C) mürəkkəb və sadə əmək arasındakı fərq kimi
D) əməyin məhsuldar qüvvəsi və məhsulun maya dəyəri arasındakı fərq kimi
E) əməyin intensivliyi və əməyin mürəkkəbliyi arsındakı f ərq kimi
254. Əmək məhsuldarlığının ölçülməsinin natural üsulunun tətbiq dairəsi:
A) eynicinsli məhsul istehsalında tətbiq olunur
B) müəssisədaxili bölmələrdə tətbiq olunur
C) istehsalın bütün səviyyələrində tətbiq olunur
D) yalnız kənd təsərrüfatında tətbiq olunur
E) yalnız sənayedə tətbiq olunur
255. Əmək məhsuldarlığının ölçülməsinin əmək üsulunun tətbiq dairəsi:
A) müəssisədaxili bölmələrdə tətbiq olunur
B) eynicinsli məhsul istehsalında tətbiq olunur
C) istehsalın bütün səviyyələrində tətbiq olunur
D) yalnız sənayedə tətbiq olunur
E) yalnız kənd təsərrüfatında tətbiq olunur
256. Əmək məhsuldarlığının ölçülməsinin dəyər üsulunun tətbiq dairəsi:
A) istehsalın bütün səviyyələrində tətbiq olunur
B) eynicinsli məhsul istehsalında tətbiq olunur
C) müəssisədaxili bölmələrdə tətbiq olunur
D) yalnız kənd təsərrüfatında tətbiq olunur
E) yalnız sənayedə tətbiq olunur
257. Əmək məhsuldarlığının səviyyəsinə təsir edən amillərə aid deyil:
A) məhsulun keyfiyyət səviyyəsi
B) iş vaxtından istifadə səviyyəsi
C) iş vaxtının davamı
D) istehsalın texniki səviyyəsinin yüksəldilməsi
E) istehsalın texnoloji səviyyəsinin yüksəldilməsi
258. Bütün günü iş vaxtı itkilərinə aid deyil:
A) təşkilati-texniki səbəblər üzündən
B) xəstəlik üzündən
C) müdiriyyətin icazəsinə görə
D) bütün günü boş dayanmalar
E) işə gəlməmək
259. Əmələgəlmə miqyasına görə əmək məhsuldarlığının artırılması ehtiyatlarına aid deyildir:
A) Region və ərazidaxili
B) Ümumi xalq təsərrüfatı
C) Sahə
D) Sahələrarası
E) Müəssisə və sexdaxili
260. İstehsalın səmərəlilik göstəricilərinə aid deyil:
A) məhsulun maya dəyəri
B) əmək məhsuldarlığı
C) rentabellik
D) əməyin səmərəliliyi
E) mənfəət
261. Əməyin məhsuldar qüvvəsi nədir?
A) əmək məhsuldarlığının artırılmasının potensial imkanıdır
B) əmək məhsuldarlığının artırılması ehtiyatıdır
C) əmək məhsuldarlığınının yüksəldilməsi amilidir
D) əmək məhsuldarlığınının artırılması ehtiyatıdır
Dostları ilə paylaş: |
|
|