İnsan resurslarının idarə edilməsi



Yüklə 1,6 Mb.
səhifə1/8
tarix20.05.2018
ölçüsü1,6 Mb.
#50917
  1   2   3   4   5   6   7   8

“ İnsan resurslarının idarə edilməsi “

fənnindən imtahan testləri bütün cavablar A

1. İnsan resursları menecmenti biznes-menecmentin hansı aspektini əhatə edir?

A)) insan aspektini və işçilərin firma ilə münasibətlərini;

B) əməyin ödənilməsi və motivasiyanı;

C) sosio-texniki aspektini;

D) insanlararası münasibətlər aspektini;

E) strateji aspektini;

2. İnsan resursları menecmentinin məqsədi nədir?

A)) firmanın əməkdaşlarının elə istifadəsidir ki, işəgötürən onların bacarıq və vərdişlərindən maksimum fayda əldə edə bilsin, işçilər isə öz əməyindən maksimum mümkün qədər maddi və psixoloji məmuniyyət qazana bilsinlər;

B) ixtisasa görə əmək bölgüsünün həyata keçirilməsi hesabına maksimum məhsuldarlığa nail olmaqdır;

C) firmanın əməkdaşlarının elə istifadəsidir ki, onlar öz vəziyyətlərindən razı qalsınlar və kadr axıcılığı olmasın;

D) firmanın maksimum mənfəət əldə edə bilməsini təmin etməkdir;

E) insan resurslarının seçilməsi və yerləşdirilməsində optimallığa nail olmaqdır

3. İnsan resursları menecmentinin inkişafında birinci mərhələ hansı dövr və hansı ölkə ilə əlaqədardır?

A)) XIX əsrin ikinci yarısı Böyük Britaniya;

B) XIX əsrin ortaları ABŞ

C) XX əsrin I onilliyi Rusiya;

D) XX əsrin əvvəli Almaniya;

E) XIX əsrin ortaları İtaliya;

4. İnsan resursları menecmenti öz başlanğıcını hansı konsepsiyadan götürmüşdür?

A)) Heyətin idarə edilməsi;

B) Əməyin sosiologiyası;

C) Əməyin texniki normalaşdırılması;

D) Əməyin elmi təşkili;

E) Əmək məhsuldarlığı;

5. İnsan resursları menecmentinin o cümlədən də heyətin idarə edilməsinin inkişafına hansı hadisə təkan verdi?

A)) Böyük Britaniyda sənaye işçilərinin əmək şəraitinin yaxşılaşdırılması uğrunda hərəkət;

B) ABŞ-da inhisar əleyhinə qanunçuluğun yaradılması;

C) Sənaye inqilabı;

D) Rusiyada dekabristlər hərəkatı;

E) “Ford” avtomobil zavodunun işə salınması və konveyer axınlarının tətbiqi ;

6. İnsan resursları menecmentinin inkişafının ikinci mərhələsinə hansı hadisə və hansı problem səbəb oldu?

A)) Birinci dünya müharibəsi, əmək məhsuldarlığının yüksəldilməsi zərurəti;

B) ABŞ-da sənayenin inkişafının “kütləvi satış dövrünə” keçməsi;

C) Ikinci dünya müharibəsi, insan resurslarının çatışmamazlığı;

D) Rusiyada inqilabın baş verməsi və sənayeləşdirməni həyata keçirmə zərurəti;

E) Rusiyada istehsalın təmərküzləşməsi və iri müəssisələrin yaradılması zərurəti;

7. İnsan resursları menecmentinin inkişafının ikinci mərhələsində bu sahənin problemlərini həll etmək üçün ABŞ və Avropa ölkələrinin hökumətləri hansı tədbirləri həyata keçirdilər?

A)) Işəgötürən və işçi arasında əmək münasibətləri və sənayedə insan amili sahələrində sistematik tədqiqatları dəstəklədilər və mükafatlandırdılar;

B) Həmkarlar Təşkilatlarının fəaliyyətinə məhdudiyyətlər qoydular;

C) Işəgötürən və işçi arasında əmək münasibətləri sahəsində və sənayedə insan amili barədə tədqiqat aparmağı qadağan etdilər;

D) Istənilən səviyədə mitinqləri qadağan etdilər;

E) Işəgötürən və işçi arasında əmək münasibətlərinə hər cür müdaxiləni qadağan etdilər;

8. İnsan resursları menecmentinin inkişafının 3-cü mərhələsi hansı dövrə təsadüf edir və nə ilə xarakterizə edilir?

A)) XX əsrin 30-40-cı illərinə təsadüf edir və müxtəlif akademik idarəetmə nəzəriyyələrinin meydana çıxması ilə xarakterizə edilir;

B) XX əsrin 60-70-ci illərinə təsadüf edir və idarəetmədə insan amilinin rolunun artması ilə xarakterizə edilir;

C) XX əsrin 50-ci illərinə təsadüf edir və postindustrial dövrlə xarakterizə edilir;

D) Ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir və əməyin elmi təşkili zərurəti ilə xarakterizə edilir;

E) XX əsrin ikinci yarısına təsadüf edir və hasilat normalarının aktiv şəkildə tətbiq edilməsi ilə xarakterizə edilir;

9. XX əsrdə hansı proses biznes təşkilatlarında heyətin idarə edilməsi məsələlərini aktuallaşdırdı.

A)) 1980-1990-cı illərdə ən yeni sənaye texnologiyalarının işlənib hazırlanması və tətbiqi;

B) 1985-1995-ci illərdə SSRİ-nin dağılması ilə əlaqədar əmək miqrasiyasının güclənməsi prosesi

C) XX əsrin ikinci yarısında Avropada Şenqen zonasının yaradılması ilə əlaqədar işçi qüvvəsi axınının güclənməsi;

D) XX əsrin birinci yarısında SSRİ-də sənayeləşmənin həyata keçirilməsi;

E) XX əsrin sonunda biznesdə rəqabətin güclənməsi;

10. Heyətin idarə edilməsi funksiyalarına aid deyil ?

A)) firmanın missiyasının, məqsədlərinin və strategiyasının seçilməsi;

B) öyrətmə, hazırlama, peşəkarlığın artırılması;

C) danışıqların aparılması və əmək şəraiti barədə mübahisəli məsələlərin həlli;

D) Insan resurslarının planlaşdırılması, cəlbetmə, toplama, seçmə;

E) sağlamlığın mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının müəyyən edilməsi;

11. Heyətin idarə edilməsi menecmentin hansı hissəsi ilə məşğul olur ?

A)) Motivasiya, sosial müdafiə və təhlükəsiz iş şəraitinin yaradılması;

B) Missiyanın, məqsədlərin və strategiyanın seçilməsi;

C) Strateji planlaşdırma və strategiyanın reallaşdırılması;

D) Rəqabət strategiyasının seçilməsi və mühitə uyğunlaşdırılması;

E) Bazarın seqmentləşdirilməsi və məqsədli bazarın seçilməsi;

12. Insan resursları menecmentinə aid olan, lakin heyət menecmenti üçün xarakterik olmayan cəhəti göstərin.

A)) Işçilərin potensial imkanlarının diaqnostikası və perspektiv imkanlarından istifadənin yaxşılaşdırılması;

B) Işçilərə tələbatın planlaşdırılması;

C) Sağlamlığın mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının müəyyən edilməsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması;

D) Danışıqların aparılması, əmək haqqı və əmək şəraiti barədə mübahisəli məsələlərin həlli;

E) Firmada işləmək istəyən insanlarla söhbət aparılması və onlardan daha münasiblərinin seçilməsi;

13. İnsan Resursları Menecmentində 4C modelinə aid olmayan cəhəti göstərin.

A)) Komitələrin yaradılması;

B) Kompetentlilik;

C) Korporativ sədaqət;

D) Komanda birliyi;

E) Korporativ səmərəlilik;

14. İnsan resursları departamentinə aid olmayan bölməni göstərin.

A)) Bazar tədqiqatları qrupu;

B) Əmək haqqı və kompensasiyalar qrupu;

C) İnsan resurslarının planlaşdırılması qrupu;

D) İnkişaf və karyera qrupu;

E) İstiqamətləndirmə və adaptasiya qrupu;

15. Heyət üzrə direktorun şəxsən idarə etdiyi məsələ hansıdır?

A)) Kadr siyasətinin seçilməsi;

B) İnsan resurslarının planlaşdırılması;

C) İşçilərin attestasiyası;

D) İşçilərə psixoloji və sosial dəstək;

E) Kadr ehtiyatının yaradılması;

16. İnsan resursları menecmenti bölmələrinin səlahiyyətinə aid deyil ?

A)) Təşkilatın xəzinadarının maliyyə əməliyyatlarına nəzarət etmək;

B) İşçilərin yerləşdirilməsi və düzgün istifadəsinə nəzarət etmək;

C) Təşkilatın rəhbərliyinə işçilər barədə intizam tədbirləri görmək barədə təklif vermək;

D ) Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi barədə rəhbərliyə təkliflər vermək;

E) Firmanın bölmələrində əmək intizamının vəziyyətinə nəzarət etmək;

17. Düzgün olmayan variantı göstərin. İRSM aşağıdakı təşkilati məsələlərlə məşğul olur ?

A)) Təşkilatın strateji maliyyə mənbələrinin qiymətləndirilməsi;

B) Dəyişikliklərin idarə edilməsi;

C) Əməyin məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi;

D) Təşkilatı mədəniyyət və quruluşun dəyişdirilməsi;

E) İnsan resurslarına firmanın gələcək tələbatının ödənilməsi üçün resursların seçilməsi;

18. İRSM-nin əsas xarakteristikalarına aid olmayan variantı göstərin

A)) Likvidlik;

B) Ali idarəetmə səviyyəsində həyata keçirilmə;

C) Komplekslilik;

D) Rolların bölüşdürülməsi;

E) Məqsədyönlülük;

19. Təşkilatda kadr siyasəti nəyi müəyyən edir ?

A)) Insan resursları ilə münasibətdə təşkilatın rəhbərliyinin realladırdığı fəlsəfə və prinsipləri;

B) Təşkilatın missiyasını, məqsədlərini, strategiyasını və onun realladırılması proseduralarını;

C) Təşkilatın rəhbərliyinin işçilərə veriləcək əmək haqqına tələblərini;

D) Işçilərin işə götürülməsini və işdən azad edilməsini;

E) Insan resurslarının təşkalata cəlb edilməsi mərhələlərinin işlənib hazırlanmasını;

20. Geniş mənada kadr siyasəti nədir ?

A)) İnsan resurslarını təşkilatın uzun müddətli strategiyasına uygunlaşdıran, düşünülmüş, müəyyən qaydada formalaşdırılmış və möhkəmləndirilmiş qaydalar və normalar sistemidir;

B) İnsan resurslarının cəlb edilməsi prosedurasına həsr edilmiş, uzun müddətə düşünülmüş, müəyyən qaydada formalaşdırılmış və möhkəmləndirilmiş strategiyalar dəstidir;

C) İnsan resurslarının karyera planlaşdırılması ilə əlaqədar proseduralar dəstidir;

D) Özündə insan resurslarının rotasiyasını və karyera inkişafını, həmçinin işçilərin əməyinin ödənilməsini və stimulladırılmasını birləşdirən qaydalar və normalardır;

E)Təşkilatın vəzifələrini və onların həyata keçirilməsini nəzərdə tutan, uzun müddətə planlaşdırılmış proseduralardır;

21. Dar mənada kadr siyasəti nədir ?

A)) Əməkdaşlar arasında bilavasitə qarşılıqlı fəaliyyət prosesində, həmçinin işçilər və bütövlükdə təşkilat arasında qarşılıqlı münasibətlərdə reallaşan konkret qaydalar, tövsiyyələr və məhdudiyyətlər dəstidir;

B) Təşkalatın işçilərinin qarşılıqlı münasibətlərində reallaşan, məzmun motivasiya nəzəriyyələrinin əsaslandığı, tələbat adlanan daxili sövqedicilərin aşkara çıxarılması siyasətidir;

C) Təşkilatın xarici mühitə çevik reaksiyasını təmin edən konkret qaydalar, normalar və proseduralar dəstidir;

D) Kadr tədbirlərinin əsasında duran norma və qaydaların düşünülməsidir;

E) Əməkdaşlar arasında, əməkdaşlarla menecerlər arasında, menecerlərlə ali səviyyə rəhbərləri arasında münasibətlərin formasını, səlahiyyət hədlərini və məhdudiyyətləri müəyyən edən standartlar və proseduralardır;

22. Kadr tədbirlərinin əsasında duran norma və qaydaların düşünülmə və prosesi əhatə etmə səviyyəsinə görə kadr siyasətinin hansı tipləri var ?

A)) Passiv, reaktiv, preventiv, aktiv;

B) Aktiv, passiv, interaktiv, reaktiv;

C) Uzaqgörən, preventiv, qabaqlayıcı, aktiv;

D) Aktiv, passiv, reaktiv, repassiv;

E) Passiv, reaktiv, aktiv, kreativ;

23. Hansı tip kadr siyasətində təşkilatın kadr situasiyasının diaqnostikası aparılmır?

A)) Reaktiv kadr siyasətində;

B) Preventiv kadr siyasətində;

C) Aktiv kadr siyasətində;

D) Səmərəli kadr siyasətində;

E) Qabaqlayıcı kadr siyasətində;

24. Kadrların tərkibini formalaşdıran zaman təşkilatın xarici mühitə açıqlıq dərəcəsinə görə hansı tip kadr siyasətlərini fərqləndirirlər ?

A)) Açıq və qapalı;

B) Aktiv və avantyuristik;

C) Aktiv və passiv;

D) Açıq və dinamik;

E) Açıq və səmərəli;

25. Hansı tip kadr siyasətində rəhbərlik həm kadrlara tələbatın qısa və uzunmüddətli proqnozlarına, həm situasiyaya təsir göstərmək vasitələrinə, həm də, məqsədli kadr proqramlarına malik olur.

A)) Aktiv kadr siyasətində;

B) Uzaqgörən kadr siyasətində;

C) Preventiv kadr siyasətində;

D) Qabaqlayıcı kadr siyasətində;

E) Reaktiv kadr siyasətində;

26. Açıq kadr siyasəti üçün xarakterik deyil.

A)) Qəyyumçuluq institutunun mövcudluğu;

B) Heyətin öyrədilməsi təşkilatdan kənarda aparılır;

C) “Başgicəlləndirici karyera” imkanı;

D) Rəqabət münasibətlərinə tez qoşulmaq imkanı;

E) Yeni işçilərin təkliflərinə çevik yanaşma;

27. Kadr siyasətinin layihələndirilməsi hansı mərhələlərdə həyata keçirilir?

A))Normalaşdırma, proqramlaşdırma, monitorinq;

B) Məqsədlərin müəyən edilməsi, normalaşdırma,proqramlaşdırma;

C) Təhlil , proqnozlaşdırma, kommunikasiya;

D) Təhlil, proqnozlaşdırma, monitorinq;

E) Kadr siyasətinin umumi prinsiplərinin hazırlanması, proqramlaşdırma, nəzarət;

28. Kadr siyasətinin normalaşdirma mərhələsinin məqsədi nədən ibarətdir?

A)) Heyətlə işin prinsiplərini və məqsədlərini bütöblükdə təşkilatın prinsirləri və məqsədləri ilə , strateqiyası ilə və inkişaf mərhələsi ilə uzlaşdırmaq;

B) Kadr işinin məqsədlərə nail olmaq yolları barədə, mövcud şaraiti və situasiyanın gələcəkdə dəyişmə ehtimalını nəzərə almaqla konkretləşdirilmiş proqramların ışlənib hazırlanması;

C) Kadr situasiyasının diaqnostikası və proqnozlaşdırılması proseduralarının işlənib hazırlanması;

D) Kadr informasiyasının hərəkət sisteminin yaradılması və dəstəklənməsi;

E) Vəsaitlərin bölüşdürülməsi prinsiplərinin formalaşdırılması, əməyin stimullaşdırılmasının səmərəli sisteminin təmin edilməsi;

29. Kadr siyasətinin layihələndirilməsinin proqramlaşdirma mərhələsinin məqsədi nədən ibarətdir?

A))Кадр ишинин мягсядлярин наил олмаг йоллары барядя, мювъуд шяраити вя ситуасийанын эяляъякдя дяйишмя ещтималыны нязяря олмагла конкретляшдирилмиш програмларын ишляниб щазырланмасыдыр;

B)Vəsaitlərin bölüşdürülməsi prinsiplərinin formalaşdırılması, əməyin stimullaşdırılmasının səmərəli sisteminin təmin edilməsi;

C)Kadr informasiyasının hərəkət sisteminin yaradılması və dəstəklənməsi;

D)Kadr situasiyasının diaqnostikası və proqnozlaşdırılması proseduralarının işlənib hazırlanması;

E) Кадр ишинин мягсядлярин наил олмаг йоллары барядя, мювъуд шяраити вя ситуасийанын эяляъякдя дяйишмя ещтималыны нязяря олмагла конкретляшдирилмиш програмларын ишляниб щазырланмасыдыр;

30. Kadr siyasətinin layihələndirilməsin monitorinq mərhələsinin məqsədi nədən ibarətdir?

A))Kadr situasiyasının diaqnostikası və proqnozlaşdırılması proseduralarının işlənib hazırlanması;

B)Kadr informasiyasının hərəkət sisteminin yaradılması və dəstəklənməsi;

C) Kadr işinin məqsədlərə nail olmaq yolları barədə, mövcud şaraiti və situasiyanın gələcəkdə dəyişmə ehtimalını nəzərə almaqla konkretləşdirilmiş proqramların ışlənib hazırlanması

D)Vəsaitlərin bölüşdürülməsi prinsiplərinin formalaşdırılması, əməyin stimullaşdırılmasının səmərəli sisteminin təmin edilməsi;

E)Məqsədlərin müəyən edilməsi, normalaşdırma,proqramlaşdırma;

31. Təşkilatın kadr siyasətinə təsir göstərən xarici mühit amilləri hansılardır ?

A)) Əmək bazarındakı situasiya

B) Təşkilatın quruluşu;

C) Əmək şəraiti;

D) Rəhbərlik stili

C) Əmək kollektivinin keyfiyyət göstəricisi;

32. İnsan kapitalı nədir ?

A))Hər bir kəsdə olan bilik, vərdişlər və motivasiya ehtiyatlarıdır;

B) İstehsala cəlb edilən təbii sərvətin bir hissəsidir;

C)İqtisadi inkişafı əks etdirən əsas göstəricidir;

D)İnsanların əmək prosesinin həyata keçirilməsinə sərf edilən vaxtdır;

E)İnsanların gördükləri işə görə hər ayın sonunda aldıqları məvacibdir;

33. Dünyada insan kapitalına vəsait qoyululurının ən yüksək göstəricisi ilə iqtisadiyyatın ən yüksək göstəriciləri arasında necə əlaqə vardır ?

A )) Müsbət əlaqə vardır;

B) Tərs mütənasib əlaqə vardır;

C)Bunların bir – biri ilə əlaqəsi yoxdur;

D) Mənfi əlaqə vardır;

E) Dolayı əlaqə vardır

34. XX əsrdə insan kapitalı nəzəriyyəsini iləyib hazırladığına görə kimə Nobel mükafatı verilmişdir.

A)) 1979 cu ildə Teodor Şultsa və 1992- ci ildə Heri Bekkerə;

B) 1950- ci ildə Elton Meyoya və 1966- cı ildə Con Keynsə;

C) 1970- ci ildə Piter Druker və 1990- cı ildə Hanri Trümenə;
D) 1924-cü ildə Alfred Marşalla və 1965-cı ildə Con Keynsə;

E) 1975-ci ildə Milton Fridmenə və 1979-ci ildə M. Varlasa;

35. Təhsilin iqtisadi faydasını ilk dəfə kim qiymətləndirmişdir ?

A) Elton Meyo;

B)) Heri Bekker;

C) Con Keyns;

D) Milton Fridmen;

E) Alfred Marşal;

36. İnsan şəxsiyyətinin istehsal etmək xassəsinin dəyərini, ilk dəfə kim və nə vaxt, pul ilə qiymətləndirməyə cəhd etmişdir.

A)) XVII əsrdə, Uliyam Petti;

B) XVIII əsrdə, Devid Rikardo;

C) XX əsrdə, Alfred Marşal;

D) XVIII əsrdə, Adam Smit;

E) XIX əsrdə David Rikardo;

37. Düzgün olmayan variantı göstərin.

Erik Flemholsa görə İnsan resurslarının təhlili konsepsiyasının əsas vəzifələri aşağıdakılardır:

A)) Təşkilatda kadr axıcılığı barədə informasiyanı təhlil edərək, onun qarşısının alınması yollarını menecerlərə təklif etmək;

B) İnsan resurslarının dəyərinin rəqəmlə ölçülməsi üsulları iləmeneceri təmin etmək;

C) Rəhbərin insanlar barədə minimallaşdırılması vacib gələn xərclər kimi deyil, optimallaşdırılması vacib olan aktivlər kimi düşünməsini motovləşdirmək;

D) Heyətin idarə edilməsi sferasında qərar qəbul etmək üçün zəruri olan informasiyanı həm heyət üzrə menecerə, həm də ali səviyyə rəhbərliyinə təqdim etmək ;

E) Rəhbərlərin insanlar barədə optimallaşdırılması vacib olan aktivlər kimi düşünməsini motivləşdirmək;

38. “İnsan Resurslarının təhlili” konsepsiyasının meydana gəlməsi hansı zərurətlə əlaqədar idi ?

A)) Heyətin istifadəsinin səmərəliliyini qiymətləndirməyə və onu da digər resurslar kimi pul ilə qiymətləndirməyə imkan verən vasitələr işləyib hazırlamaq zərurəti ilə;

B) Heyətə çəkilən xərclərin düzgün istifadəsini təhlil etmək zərurəti ilə;

C) Heyətin istifadəsinin səmərəliliyini qiymətləndirmək üçün istifadə edilən təhlil üsullarının müqayisə edilməsi və həmin məqsəd üçün daha optomal üsulun seçilməsi zərurəti ilə;

D) Heyətin əmək məhsuldarlığının yüksəldilməsi üçün vasitələrin tapılması zərurəti ilə;

E) Heyətin seçilməsi, yerləşdirilməsi və ixtisasının artırılmasına məsrəflərin düzgün hesablanması və onların səmərəliliyinin qiymətləndirilməsi zərurəti ilə;

39. Təşkilatın insan resurslarının dəyəri dedikdə nə başa düşülür ?

A)) İnsan resurslarının əldə edilməsinə çəkilən xərclərin məbləği və onların gələcəkdə təşkilata fayda gətirmək qabiliyyəti;

B) İnsan resurslarının gələcəkdə fayda gətirmək qabiliyyəti;

C) İnsan resurslarının təşkilat üçün əhəmiyyəti;

D) İnsan resurslarının əldə edilməsinə çəkilən xərclərin məbləği;

E) İnsan resurslarının təkilata neçəyə başa gəlməsi və hər bir insanın fərdi dəyərini;

40. İnsan resurslarının təhlili zamanı hansı xərc anlayışları istifadə edilir ?

A)) İlkin və bərpa xərclər;

B) İlkin və sonrakı xərclər;

C) İlkin xərclər;

D) Birbaşa və dolayı xərclər;

E)İşçilərin cəlb edilməsi və öyrədilməsi xərcləri;

41. Heyətə ilkin xərclərə aid deyil .

A)) Boşdayanma xərcləri;

B) İşçinin seçilməsinə xərclər;

C) Formal hazırlıq xərcləri;

D) Təlimatçının vaxt itkisi;

E) Heyətin yığılmasına xərclər;

42. İnsan resurslarının planlaşdırılması fəaliyyətinin məqsədi nədir ?

A )) Təşkilatın gələcəkdə işçilərə tələbatını kəmiyyətcə və keyfiyyətcə proqnozlaşdırmaq və bu tələbatın nə dərəcədə ödənilə biləcəyini qiymətləndirmək

B ) Təşkilatın insanlara tələbatının planlaşdırılması;

C) Təşkilatın istehsal proqramını müəyyən etmək və onun yerinə yetirilməsini təmin etmək üçün maddi və insan rüsurslarına tələbatın proqnozlaşdırılması;

D) Təşkilatın hazırda mövcud olan insan resurslarının gələcəkdəki mümkün tələbata uyğunlaşdırılması;

E) İnsan resurslarının planlaşdırılmasının səmərəliliyinin yüksəldilməsi;

43. Hansı nəticə insan resurslarının səmərəli planladırıldığını təsdiq edir ?

A)) 4L;

B) 4K;


C) 3L;

D) 2C;


E) 4C;

44. İnsan resurslarının planlaşdırılması prosesinə aid olmayan proqramı göstərin.

A)) İnnovasiyaların tətbiqi proqramı;

B) Öyrətmə və təkmilləşdirmə proqramı;

C) İşçilərin yerləşdirilməsi planı;

D) İşçi qüvvəsinin toplanması və artıq işçilərin işdən azad edilməsi proqramı;

E) İşçi kollektivi ilə firmanın rəhbərliyi arasında manasibətlər siyasəti;

45. Uzun müddətli insan resursları planını tərtib edən zaman nəzərə alınması vacib olmayan müddəanı göstərin.

A)) Firmada işçilərin mükafatlandırılmasının mövcud prosedurası;
B) Firmada insan resurslarının istifadəsinin xarakteristikası;

C) Əmək bazarında potensial təklif;

D) Təhsil, pensiyaya çıxmaq və regional subsidiyaların verilməsi səhəsində dövlətin siyasəti;

E)Buraxılan məhsulun həcminin dəyişməsi ilə əlaqədar insan resurslarının vəzifələri;

46. İRP – nin üstünlüklərinə aid deyil.

A)) Firmanın istehsal gücünün mənimsənilməsi səviyyəsi yüksəlir;

B)Firma insan resurslarının həm artıqlığından, həm də çatışmamazlığından yaxa qurtara bilər;

C) Rəhbərlik firmanın insan resurslarının zəif və güclü tərəflərini və kadr siyasətini tənqidi şəkildə qiymətləndirməli olur;

D) Xarici mühitdə baş verən dəyişikliklərə adekvat reaksiya verməyə təşkilat daha yaxşı hazırlanır;

E) İnsan resurslarının idarə edilməsinin yeni daha effektli üsullarını tapmaqda təşkilata kömək edir;

47. Firmanın yekun insan resursları planında əks etdirilmir.

A))Orta və ali səviyyə rəhbərliyinin səviyyəsində zəruri olan dəyişikliklər;

B) İşçi kollektivi ilə rəhbərlik arasında münasibətlər üçün nəticələr;

C) Peşə öyrətməsinə tələbat;

D) Firmanın təşkilati quruluşunda baş verən dəyişikliklər;

E) Yeni yaranacaq, dəyişikliklərə məruz qalacaq, yaxud ixtisar ediləcək iş yerinin və vəzifələrin siyahısı;

48. İş şəraitinə yenidən baxma səbəblərinə aid deyil.

A)) Həmkarlar təşkilatı ilə qarşılıqlı münasibətlərin yaxşılaçması;

B) Yeni layihələrin işlənib hazırlanması;

C) Bölmənin təşkilati quruluşunun dəyişilməsi;

D) İşlərin həcminin artması;

E) Əvvəlki əməkdaşın işdən azad edilməsi yaxud başqa işə keçirilməsi;

49. Düzgün olmayan variantı seçin:

Əmək fəaliyyətinin təhlili aşağıdakı suallara cavab verməlidir :

A)) İstehsal proqramı ilə növbəlilik əmsalı arasında hansı əlaqə vardır;

B) Konkret iş yeri üçün hansı iş rejimi daha optimaldır;

C) Iş yerinin təhlili nəticəsində alınan informasiya heyətin idarəedilməsi proqramının hazırlanması prosesində necə istifadə edilə bilər;

D) Hansı istehsal əməliyyatlarını daha ümumi anlayış olan iş yerlərində qruplaşdırmaq olar;

E) İş yerini necı təşkil etmək lazımdır ki, əmək məhsuldarlığının səviyyəsi artsın;

50. Professioqramma nədir ?

A)) Fəaliyyətin təsvirini və onun təşkilatdakı yerini ifadə edən sənəddir;

B) Əmək fəaliyyətinin təsvirini əks etdirən və fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsini mümkün edən sənəddir;

C) İşçinin peşəkarlıq səviyyəsini müəyyən edən sənəddir;

D) Təşkilatın məqsəd və vəzifələrinin şərhini özündə əks etdirən sənəddir;

E) Peşəkarlıq səviyyəsini qiymətləndirmək üçün istifadə edilən diaqramdır.

51. İşin mürəkkəbliyinin qiymətləndirilməsi prosesinin mahiyyəti nədir ?

A)) İşin yerinə yetirilməsinə görə işçilərin əməyinin ödənilməsinin ədalətli sisteminin qurulması məqsədilə yerinə yetirələcək işlərin mürəkkəbliyinə görə fərqləndirilməsi prosesidir;

B) İşçilərin əməyinin ödənilməsinin ədalətli sisteminin qurulması məqsədilə, yerinə yetiriləcək işlərin mürə kkəb kombinasiyasının qurulması prosesidir;

C) İşin yerinə yetirilməsində daha çox avadanlığın cəlb edilməsi məqsədilə həmin işin ayrı – ayrı əməliyyatlara bölünməsi prosesidir;

D) İşin yerinə yetirilməsi şərtlərini nəzərə alaraq əməyin ödənilməsinin qiymətləndirilməsi prosesidir;

E)İşin yerinə yetirilməsində yüksək məhsuldarlığı təmin etmək məqsədilə işlərin ranqlaşdırılması prosesidir;

52. İşin mürəkkəbliyinin qiymətləndirilməsinin məqsədlərinə aid deyil.

A)) Əmək məhsuldarlığının yüksəldilməsinə nail olmaq;

B) Əmək haqqındakı müxtəliflikləri əsaslandırmaq;

C) Firma daxilində əməyin ödənilmə dərəcələrini başqa firmada əməyin ödənilmə dərəcələri ilə uyğunlaşdırmaq;


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin