İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


İMANIN ROLU MƏQSƏDİ TƏYİN ETMƏKDİR



Yüklə 1,63 Mb.
səhifə103/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   99   100   101   102   103   104   105   106   ...   177

İMANIN ROLU MƏQSƏDİ TƏYİN ETMƏKDİR


İmanı elmlə, insansevərliklə, mükəlləf olmaq və məsuliyyətlə, iradə, azadlıq və ziyalılıqla müqayisə etdikdən sonra, bütün bunların insan əlində alət olduğu bizə məlum oldu. Eləcə də bütün bu meyarların insan üçün məqsəd təyin edə bilməməsi və məhz imanın bu işə qadir olduğu açıqlandı. Deməli, insan insanlığa yetişmək üçün həm alətlərə, həm də məqsədə ehtiyacı var. Çünki insan alətləri işə salmazdan əvvəl, məqsəd haqqında fikirləşməlidir. Bu alət rolunu oynayan meyarlar, məqsədə çatmaq yolunda istifadə olunur. Bəs məqsədlər necə yaranır?

İnsan təbiətcə heyvan və potensial surətdə insan olduğundan, öz təbiətinə görə bu alətlərdən fərdi və heyvani məqsədlər yolunda istifadə edir və ona doğru hərəkət edir. Buna görə insanlar əlində alətə çevrilən bu meyarlardan əlavə, onu öz məqsədi yoluna yönəldə bilən başqa bir qüvvəyə ehtiyac duyulur. İnsan hər an onu daxilindən coşduran və gizli qalmış istedadlarını üzə çıxarıb həyata keçirə bilən, eləcə də ona düzgün istiqamət verə bilən bir qüvvəyə möhtacdır. Bu işi elm öyrənməklə, insanlar və təbiət üzərində hakim olan qanunları kəşf etməklə görmək olmaz. Bu proses insan ruhunda bəzi dəyərlərin müqəddəs tanınmasından doğulmuş, bu da öz növbəsində bir sıra ali istəklər, insan və aləmə xüsusi tərzdə baxışdan, yəni imandan doğan bir şeydir.1

Eləcə də qabaqda olunan bəhslərdə, imanın nə dərəcədə zəruri və həyati olduğu məlum oldu. İnsan ideologiya və iman olmadan sağlam həyat sürə bilməz və bəşəriyyətin tərəqqisi yolunda heç bir faydalı iş görə bilməz. Çünki imansız insan xudpəsəndliyə qərq olub, öz şəxsi mənafelərindən başqa heç bir şey haqqında düşünməyir. İmanı olmayan insanlar şəkk içində olub, öz ictimai və əxlaqi vəzifələrini dərk etmirlər.

Hər bir insan daimi olaraq həyatda, ictimai və əxlaqi məsələlərlə qarşılaşır və labüd bu məsələlər qarşısında öz reaksiyasını göstərməlidir. Əgər öz əqidə və imanına bağlıdırsa vəzifəsinə əməl edəcəkdir. Amma əgər öz məslək və dini təkliflərini aydınlaşdırmamış olsa, şübhə içində olub bir-biri ilə zidd olan işlərə əl atacaqdır. Odur ki, insanı həqiqi bir mömin kimi yetişdirə bilən qüvvə yalnız imandır. İman insanlara xudpəsəndlikdən uzaq olub, əqidəyə bağlı və təslim olmağı, eləcə də məsləkin onlara təqdim etdiyi ən kiçik məsələlərdə belə, şübhə etməyi öyrədir. Bu proses onlarda o qədər güclənir ki, onsuz həyatın puç olduğu onlar üçün aşkar olur.1



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin