İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


Be qoft anca pəriruyan nəğzənd



Yüklə 1,63 Mb.
səhifə120/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   116   117   118   119   120   121   122   123   ...   177
Be qoft anca pəriruyan nəğzənd

Çe qol besyar şod pilan beləğzənd.
Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa, ixtiyarım əlimdə olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.

«Bərəkəllah» bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil! Sənab Sədi! Quran sizə ən gözəl hekayətləri nəql edib. Quranın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır. Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Quran deyir ki, sən həm Yusif ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalınca düşməkdənsə, qadınlar onun arxasınca düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm. Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir: «Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur...»



(Yusif-33).

Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına malikəm, amma bunu etmirəm. Quran bu cür olmağı öyrədir, Sədi kimi təlimlər vermir.

Deməli, bizim ədəbiyyatımızda bəzən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şerlərinin birində bu mətləbi deyib:


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin