İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 1,63 Mb.
səhifə125/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   177

ÖLÜMLƏ ÜZLƏŞMƏ TƏRZİ


Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki ölüm qorxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə – təbəssüm və gülərüzlə ona tərəf gedənlərdir. (Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məsuliyyət daşıdıqlarını hiss edirlər. İntihar edən şəxs məsuliyyətdən boyun qaçırır). Məsuliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. Ölüm onlar üçün bir mənzildən digər bir mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: «Ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıqÖlüm onlara yaxınlaşdıqca, o həzrətin üzü daha da açılır, təbəssümlə dolurdu.

Ömər Sədin yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yəni döyüş qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə Ömər Sədin yanına gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin sənə elə bir fərqi yoxdur. Ömər Səd ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, lənətə gəlmiş Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yəni, imam Hüseyn (ə)-ın başı kəsiləndə dodaqları gülürmüş.

Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona təsir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna görə də onları kamil insan adlandırırlar.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin