İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ



Yüklə 1,63 Mb.
səhifə129/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   177

İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ


Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin etibar və əsilliyidir. Yəni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və «əqli agahlıq» etibarsız deyil, köklü, mötəbər və istinad edilə bilən bilikdir.

Məktəblərin çoxu əqlə belə bir etibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına etimad etmək səviyyəsində dəyər və etibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mötəbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Möminlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşısını almaqdır. Xristianlığın təlimləri buna əsaslanır.

Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz «tövhid» (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz «Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir» deyə cavab versəniz, yəni «nəticəni götür, müqəddimə ilə nə işin var» misalına əsaslansanız və ya «nənəmdən eşidib yəqinlik əldə etmişəm», yaxud «yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam» kimi cavablar versəniz, qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.

Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mömin xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Quran hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb.

Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi «kamil ağıl» adlandırırıq.

Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yəni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb – əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi – bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin