İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


Ləhu himəmun la muntəha likibariha



Yüklə 1,63 Mb.
səhifə143/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   139   140   141   142   143   144   145   146   ...   177
Ləhu himəmun la muntəha likibariha

Və himmətuhus-suğra əcəllu minəddəhri.
Yəni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.

Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.

Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım. Öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: «Biz çətin vəziyyətlərdə Peyğəmbərə (s) pənah aparırdıq.»

Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib. Deməli, islamda güc və qüdrət təriflənib, yəni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.

İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə, bu barədə gələn söhbətlərimizdə geniş danışacağıq. Nitse bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Məlumdur ki, əgər ağacın bütün budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Nitse məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Nitse məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin