İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


QÜDRƏT MƏKTƏBİNİN BİRİNSİ İRADI



Yüklə 1,63 Mb.
səhifə145/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   141   142   143   144   145   146   147   148   ...   177

QÜDRƏT MƏKTƏBİNİN BİRİNSİ İRADI


Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.

Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə «Qadir»dir, yəni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin