İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 1,63 Mb.
səhifə149/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   145   146   147   148   149   150   151   152   ...   177

MƏHƏBBƏT MƏKTƏBİ


Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə «məhəbbət» məktəbidir. Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tərifləyənlər adlandırmaq lazımdır. Amma hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?

Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yəni onlar Nitse məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Nitse rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və jurnallar da «filan şey insanidir» və ya «insani deyildir» deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların «filan şey insanidir» demələrinin mənası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey «insani deyil»in mənası isə onun xalqın xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. Bəzən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sədi deyir:



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin