İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


Meylha həm çun səgane xofteənd



Yüklə 1,63 Mb.
səhifə177/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   169   170   171   172   173   174   175   176   177
Meylha həm çun səgane xofteənd

Əndərişan xeyro-şər benhofteənd

Çunke qudrət nist xoftənd on rəde

Həm çu heyzom parhavo tənzəde.
Yəni: Meyllər yatmış itlər kimidir, onların içində xeyir və şərlər gizlənib. Onlar qüdrət olmadığı üçün odun parçaları kimi bir sırada yatıblar.

Yəqin ki, bir neçə itin bir yerdə yatmasını görmüsünüz. İtlərin hamısı başlarını əllərinin üstünə qoyur, gözlərini yumaraq sakit yatırlar. Adam onları belə bir vəziyyətdə görəndə elə bilir ki, bir neçə qoyun-quzu yatıb.


Take mordari dər ayəd dərmiyan

Nəfxe sure hers kubəd bər səgan

Çünke dər kuçe xəri mordar şod

Səd səge xofte bedan bidar şod
Yəni: Araya bir leş atılan kimi hərislik hissi itləri əzişdirir, küçədə bir uzunqulaq ölsə, ona yatmış yüz it durar.

Mövlana deyir ki, əgər həmin itlərin arasına bir murdar leş atılsa, bir-birlərinin kənarında sakit yatmış və qoyun kimi başlarını əlləri üstünə qoymuş həmin itlər birdən yerlərindən sıçrayar, gözləri hədəqələrindən çıxar, boğazlarından mırıldama səsləri yüksələr və onların tüklərinin hər biri iti dişə dönər.


Hershaye rəfte əndər kətme ğeyb

Taxtən avordo sər bərzəd zecib

Mube muye hər səgi dəndan şode

Əz bəraye hiyle dom conban şode.
Yəni: Qeyb xəlvətində batmış hərisliklər basqın edərək gizləndiyi yerdən başını çıxardar, itlərin hər bir tükü dişə çevrilər, hiylə üçün quyruğunu oynadar.

Şerin bura kimi olan hissəsi misal idi. Bunun ardınca isə belə deyir:


Səd çenin səg əndərin tən xofteənd

Çun şekari nistşan benhofteənd.
Yəni: Sənin bədənində yüzlərlə belə it yatıb, onlar ov olmadığı üçün gizləniblər.

Mövlana bu misrada necə də böyük bir həqiqətə, dəqiq və incə nöqtəyə toxunub!


Əlhəmdu lillahi rəbbil aləmin!


1 Şəhid Mütəhhəri. İnsan Qur᾽anda, səh-28.

1 M.Mütəhhəri. Həyatdan hədəf, səh.-95 (idrak yolu ilə bağlılıqdan məqsəd qəlbdir. Çünki imanın yeri ağıl yox, qəlbdir.)

1 M.Mütəhhəri. İnsan və iman. səh-12-13.

1 Kamil insan. səh-126-128.

2 Əxlaqın fəlsəfəsi. səh-245.

1 M.Mütəhhəri. İnsan və iman, səh-35.

1 İmandan qaçış. Səh-184-185.

1 İmandan qaçış. səh-203-205. (müxtəsər formada).

1 İnsan və iman. səh-37.

1 İnsan və iman. səh-41-42.

1 Şəhid Mütəhhəri. İnsan və iman.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin