İNSAN İSTƏKLƏRİ İLƏ BAĞLI OLAN FİTRİ XÜSUSİYYƏTLƏR
Deyildiyi kimi, insani istəklər iki qismdən ibarətdir. Onlardan bir qismi onun cisminə, o birisi isə ruhuna aid olan istəklərdir.
1.Sismə aid olan istəklər: Burada tam cismlə bağlı olan istəklər, yəni yemək, istirahət etmək və bədən quruluşuna aid olan bu kimi digər işlər nəzərdə tutulur. (Nəzərdə tutulan bəhslərdən qıraqda duran instiktual istəklərlə işimiz yoxdur).
2. İnsan ruhu ilə bağlı olan istəklər: Psixoloqlar insan ruhu ilə bağlı olan meyllərdən söz açmış və bu istəklərdən doğan ləzzəti, ruhi qida adlandırmışlar: məsələn həqiqətsevərlik, həqiqət axtarmaq, gözəlliyi sevmək, yaradıcılıq, kəşf və ixtiraya qarşı olan meyl və istək. Bütün bunlardan üstün olan eşq və pərəstiş kimi istəklər də vardır. Bu növ istəklər iki əsas xüsusiyyətə malikdir. Birincisi, bu istəklərin insanın təkcə özünü deyil, başqa varlıqları da əhatə etməsi. İkincisi, bu növ istəklərin müqəddəs olması.
Dostları ilə paylaş: |