ALLAHDAN QEYRİSİNƏ OLUNAN BÜTÜN PƏRƏSTİŞ VƏ İBADƏTLƏR, NƏFSƏ OLUNAN PƏRƏSTİŞ SAYILIR
Bütün əxlaq müəllimləri bəşər övladını mal-dövlət hərisi olmaqdan çəkindirmişlər.
Həzrət Əli (ə) buyurur:
«Dünya bəşər üçün qərargah deyil, keçid məkanıdır».
Sonra buyurur:
«İnsanlar dünyada iki sinfə bölünürlər; bəziləri özlərini sataraq kölə olur və bəziləri isə özlərini alaraq azad edir və köçüb gedirlər».
Bəşər övladı dünya malı qarşısında iki cür olduğunu çox yaxşı dərk edir. İstəsə onun qarşısında kölə və əsir, istəsə də azad olur.
Dünya malı qarşısında kölə və qul olmaq nə deməkdir? Görəsən dünya malının insanları özünə qul etməyə gücü çatarmı? İnsan canlı, sərvət isə cansız və qeyri-üzvi bir maddədir. Sansız bir varlıq da, canlı varlığı özünə qul edə bilərmi? Savab mənfidir. Bəs həqiqət nədir?
İnsan həqiqətdə dünya malının deyil, öz mənəvi xüsusiyyət və hərisliyinin quludur. O, öz iyrənc fikirlərinin qulu olmuşdur, əks təqdirdə pul heç vaxt insanı özünə qul edə bilməz. Ümumiyyətlə cansız varlıqların insanı məğlub edə biləcək güc-qüvvəsi yoxdur. İnsan bu məsələ üzərində dərindən fikirləşsə, öz-özünü qul etməsini yaxşı anlayar. O, görər ki, onda olan hərislik və ya şəhvət həqiqətdə öz vücudunda bəslədiyi tamah və qəzəb adlı qüvvələrdir ki, onu kölə etmişdir.
«Öz heyvani hisslərini özlərinə allah seçən şəhvət düşkünlü insanları gördünmü? Bunlardır öz heyvani hisslərinə qul olanlar».
Artıq burada bəşər övladı əsil həqiqəti anlayaraq görür ki, məzəmmət olunası şey, heç də dünya malı deyildir. Bəzən insanlara xitab olaraq: «Səni özünə qul edəcək şeylərdən qorx» sözləri deyilirsə, əslində bu, «heyvani hisslərinin səni özünə qul edəcəyindən qorx» mənasındadır.
Dostları ilə paylaş: |