İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!



Yüklə 1,63 Mb.
səhifə78/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   177
«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!

Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»

(Şəms 9-10).

Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.


LÜTFLƏ BAĞIŞLANAN ELM


İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır» deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?

Şübhəsiz, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: «Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar». Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. «De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!»




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin