Yeki porsid əz on qomkərde fərzənd
Ke ey roşən qohər pire xerədmənd
Zemesrəş buye pirahən şenidi
Çera dər çahe kənanəş nə didi?
Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?
Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: «...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram!» (Yusif-94).
Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?
Be qoft əhvale ma bərqe cəhanəst
Dəmi peydavo digər dəm nihanəst
Gəhi bər tarəm əla neşinim
Gəhi bər poşte paye xod nəbinim.
Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.
Hafizin dili ilə desək:
Bərqi əz mənzili leyli be derəxşid səhər
Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:
Əgər dərviş dər hali bemandi
Səro dəst əz do aləm bər fəşandi.
Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
Dostları ilə paylaş: |