«Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!...
[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
(Taha-2-3).
Digər bir ayədə isə belə buyurur:
«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.»
(Tövbə-128).
Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Samaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: «Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsani istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.»
Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qarnımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:
Dostları ilə paylaş: |