İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


Elm dadənd be idriso be qarun zəro sim



Yüklə 1,63 Mb.
səhifə134/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   177
Elm dadənd be idriso be qarun zəro sim

An yeki zire-zəmino digəri foqi-fələk.
Yəni: İdrisə elm, Qaruna isə qızıl-gümüş verdilər. Biri yerin altına, digəri isə göylərin üstünə [gedəcək].

Əmirəl-möminin Əli (ə) da Nəhcül-bəlağədə olan cümlələrində elmi mal və sərvətlə müqayisə edərək onlardan üstün tutub. Dinlərdə həmişə elmə maddi şeylərdən üstün müqəddəs məsələ kimi baxılıb və müəllim müqəddəs məqama malik olub. Əli (ə) buyurur: «Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edibQuranın, elmin məqam və müqəddəsliyini nə qədər ucaltdığına diqqət edin. Bu müqəddəs ilahi kitab həzrət Adəm (ə)-ın yaradılışı, ilahi adların ona öyrədilməsi və mələklərin ona səcdəsindən söz açan hekayətdə buyurur ki, ey mənim mələklərim, Adəmə səcdə edin, çünki o, sizin bilmədiyiniz şeyləri bilir.

Biken yeni nəzəriyyə irəli sürərkən belə deyib: «İnsanın, «həqiqətin kəşfi müqəddəsdir» deyib, onun üçün elm dalınca getməsi boş bir şeydir. Bəli, elm insan həyatının xidmətində olmalıdır, insanın həyati işlərinə yarayan, onu təbiətə hakim edən və insana qüdrət verən elm çox yaxşıdır.» Buna görə də elm, özünün asimani mahiyyətini əldən verərək maddi şəkil aldı, yəni elm və tədqiqatın hərəkət yolu dəyişdi və o, insanın təbiətə daha çox hakim olması, daha yaxşı yaşaması, başqa sözlə desək, onun rifahına daha yaxşı və münasib şərait yaratmaq üçün təbiətin sirlərini kəşf etmək yoluna qədəm qoydu.

Əlbəttə, bu nəzəriyyə bir tərəfdən bəşəriyyətə çox böyük xidmət edib. Çünki elm insanın təbiətə hökmranlığı və ondan daha çox bəhrələnməsi üçün təbiəti kəşf etmək yoluna düşdü və həmin nəzəriyyə bu baxımdan yaxşıdır. Amma bununla birlikdə, elm, malik olduğu müqəddəslik, ucalıq və paklığını itirdi. İndi diqqət etsəniz, görərsiniz ki, elm qədim meyarla dini mədrəsələrdə oxuyan tələbələr üçün həmin dəyərə malikdir. Belə ki, onlar indi də elmə məsələn, «Adabul-mütəəllimin» və ya «Munyətul-murid» kitablarının bəyan etdikləri gözlə baxırlar. Bu kitablar elmin fəzilət və üstünlüyünə təkid edən hədislərlə doludur. Buna görə də elm onlar üçün xüsusi müqəddəslik və paklığa malikdir. Məsələn, dini mədrəsələrdə dərs oxumaq istəyəndə dəstəmaz alaraq, elm öyrənməyə təharət və paklıqla gedirik. Həmin mədrəsələrdə təhsil alan tələbə üçün ustad və müəllim özünəməxsus hörmət, müqəddəslik və ucalığa malikdir. Tələbə doğrudan da səmimi qəlbdən ustad və müəlliminə ehtiram göstərir. Mal və sərvət üçün elm fikrinə düşəndə öz-özlüyündə bu hədəfindən xəcalət çəkir. Həmçinin müəllim pul xatirinə dərs verməyi elmin məqamının alçalması hesab edir.

Amma Bikenin nəzəriyyəsinin davamı olan müasir təhsil sistemində elm öyrənmək və öyrətmək məsələsi öz müqəddəsliyini tamamilə itirib. Təhsil almaqla məşğul olan tələbə üçün onun bu elm öyrənməsi gələcək həyat hazırlığı xarakteri daşıyır. Bu nəzəriyyəyə əsasən, sabah həkim və ya mühəndis olaraq yaxşı yaşamaq üçün orta məktəb və universitetdə təhlsil alan şəxslə, bazarda tacir, ətir satan və ya digər dükançı yanında şagirdlik edən adam arasında heç bir fərq yoxdur. Çünki onların hər ikisi pul dalınca qaçırlar. Həmin şəxs müəllimi barəsində də belə fikirləşir ki, o, ayda filan qədər pul alır və aldığı maaş müqabilində burada bu sözləri danışmalıdır. Hətta bəzən görürsən ki, şagird vicdan əzabı çəkmədən və utanmadan müəlliminin dalınca təhqiramiz sözlər danışır və bunu elə də qəbahətli bir iş saymır.

Biken deyib ki, elm qüdrət üçün və qüdrətin xidmətində olmalıdır. Bilik başqa şey üçün deyil, qüdrət və bacarıq üçün qazanılmalıdır. Bu nəzəriyyə əvvəlcə öz pis təsirlərini göstərmədi. Amma bəşəriyyət tədricən elmdən yalnız bacarıq və qüdrət kimi istifadə etdiyi üçün iş o yerə çatdı ki, hər şey qüdrət və gücün xidmətində oldu.

İndi, dünyanın çarxı, elmin tam şəkildə qüdrətlərin xidmətində olması əsasında fırlanır. Elm dünyada heç vaxt bu günkü qədər əsir olmamış, güc və qüdrətlərə bu qədər xidmət etməmişdir. Bu gün dünyanın birinci dərəcəli alimləri, dünyanın ən əsir və məhbus şəxsləridirlər. Ən savadlı alimlərdən biri məsələn, Eynşteyndir, amma onun elmi kimin xidmətindədir? Ruzveltin xidmətində! Eynşteyn Ruzveltin nökəridir və o, başqa cür ola da bilməz. İstər imperializm, istərsə də sosializm düşərgələrində məsələ bu cürdür. Bəli, onların arasında fərq yoxdur və elm dünyanın hər yerində belədir. İndi dünyanı elm deyil, qüdrət idarə edir. «Dünyamız elm dünyasıdır» cümləsinə düzəliş verməklə, onun əvəzinə «Dünyamız elm deyil, qüdrət dünyasıdır» demək lazımdır, yəni elm mövcuddur, amma azad deyil, qüdrət, güc və zor xidmətində olan elmdir! Elm bu gün azad deyil, əsirdir. Buna görə də dünyada edilən hər bir ixtira və kəşfdən qüdrət və güc yolunda istifadə etmək və ondan insanları öldürmək üçün qorxunc və təhlükəli silahlar düzəltmək imkanı olanda o, ilk növbədə həmin yerdə istifadə edilir. Həmin ixtira həmin yolda tam istifadə edildikdən sonra bəşəriyyətin digər işlərinə sərf edilir, yəni əvvəl gücə xidmət edilir, sonra bəşəriyyətə! Birdən həmin ixtira gücə xidmət etmək üçün heç cür yararlı olmayanda bəşəriyyətə xidmət üçün göndərilir. Bəzən lazım olan vaxta kimi həmin ixtira və kəşfi üzə çıxarmırlar, güc və qüdrətin ona ehtiyacı olduğu üçün, həmin sirri uzun müddət qoruyurlar.

Bikenin getdiyi yol istər-istəməz Makyavelin, xüsusilə Nitsenin dediklərində sona çatır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin