İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


NİTSENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ



Yüklə 1,63 Mb.
səhifə135/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   131   132   133   134   135   136   137   138   ...   177

NİTSENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ


Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Nitse üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir. Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını etiraf edib və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yəni can verən halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar etmək üçün vasitə kimi istifadə ediblər.

Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yəni yaxşı, nümunəvi kamil insan qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın «ölüm-dirim mübarizəsi olması» deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri «zata məhəbbətdir.» Yəni, hər bir heyvan öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi olmasıdır. Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Sanlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək həyat üçün daha layiqlisini seçir. «Həyat və yaşamağa daha layiqli»sindən məqsəd, mübarizə meydanında özünü daha yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.

Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə qalırlar, «həyat və yaşamaq ləyaqətinə nail olmaq» isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.

Hər halda Nitse həmin prinsipdən nəticə çıxararaq belə deyib: «Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır. Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Nitse, sözünün davamında deyib ki, təbiət üstün insana doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların «üstün insan»dan məqsədləri bizim «kamil insan» adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yəni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq və xalqa xidmətdir. Nitse deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır. Beləliklə Nitse həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq, ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq, məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Onun fikrincə, bunlar insanın zəif nöqtələridir, insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə acizlik və çatışmamazlıqdır və həmin sifətlər də naqislikdən yaranır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin