QÜDRƏT MƏSƏLƏSİ BARƏSİNDƏ İSLAMIN MƏNTİQİ
İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Savab budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Nitsenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.
İslamda qüdrət və güclülüyə dəvət edilməsinə heç bir şübhə yoxdur və bu, Quran ayələri və hədislərin aşkar məntiqidir. İslam mövzusunda araşdırmalar aparmış əcnəbilər də islamı digər dinlər içərisində bu xüsusiyyəti ilə tanıyıblar. Heç bir din öz davamçılarını islam qədər güc və qüdrətə dəvət etməyib. Vill Dorant «Svilizasiya tarixi» kitabının islam mədəniyyəti barəsində olan on birinci cildində bu cümləni belə deyib: «Heç bir din islam qədər camaatı qüdrət və gücə dəvət etməyib.»
Bu barədə Quranda çoxlu mətləblər vardır. Məryəm surəsinin 12-ci ayəsində həzrət Yəhya (ə)-a xitab edilərək belə deyilir: «...Ey Yəhya! Kitabdan bərk yapış!...»
Söhbətimin əvvəlində oxuduğum ayədə, möminlərin necə qüvvətli insanlar olmaları və özlərinə qorxu hissi və zəifliyin yol tapmamasına icazə verməmələri barəsində necə də şüurla danışıldığına diqqət edin. «Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənlərə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!»
Səff surəsinin 4-cü ayəsində isə belə buyurur:
Dostları ilə paylaş: |