Zehuşyarane aləm hər kera didəm ğəmi darəd
Dela, divane şo, divanəgi həm aləmi darəd.
Yəni: Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.
Bu psixologiya elmində olan əsaslardan biridir.
Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər. Məsələn, həmin təsvil barəsində sizə Mövlanadan bir mətləb deyəcəyəm.
Dostları ilə paylaş: |