İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


İSLAMIN NƏFSƏ HAKİM OLMAQ BARƏSİNDƏ OLAN NƏZƏRİ



Yüklə 1,63 Mb.
səhifə54/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   177

İSLAMIN NƏFSƏ HAKİM OLMAQ BARƏSİNDƏ OLAN NƏZƏRİ


İslam dinində nəfsə hakim olmaq barəsində çox danışılmışdır. Məsələn yazırlar ki, bir gün Peyğəmbər (s) hansısa küçədən ötərkən bir dəstə cavanın öz güclərini sınamaqlarını müşahidə edir. Onlar ağır daşları qaldırıb özlərini sınayırdılar. Bütün idman növləri kimi, qədimdə adət olan bu idman növünün də hakimə ehtiyacı var idi. Savanlar Peyğəmbəri görüb, «bundan üstün hakim ola bilməz» deyərək, o həzrətə yaxınlaşdılar. Ey Allahın Rəsulu! Siz burada bizim hansımızın ağırlığı daha yaxşı qaldırmağına hakimlik edin. Peyğəmbər (s) qəbul etdi. Onlar bu işi bitirdikdən sonra o həzrət (s) onlara buyurdu: Kimin daha güclü olmasını bilmək istəyirsinizmi? Bəli, ya Rəsulullah! Həzrət buyurdu: Hamıdan güclü, əsəbləşən zaman öz qəzəbinə qalib gələ bilən kəsdir. Güclü o kəsdir ki, qəzəbi onu Allahın xoşu gəlməyən işlərə sürükləməsin. Həmçinin Allahın xoşlamadığı hansısa bir işi, təkcə özünün xoşuna gəldiyinə görə etməsin və bütün meyl və istəklərinə hakim olsun.

Peyğəmbər (s) cismə aid olan bir idman yarışını dərhal ruhi və mənəvi bir yarışa çevirib, qol gücü məsələsinin iradə qüvvəsi ilə bağlı olduğunu onlara çatdırdı.

Sonra buyurdu: «Əlbəttə bu da öz-özlüyündə bir işdir və qolun güclü olması kişilik əlamətlərindəndir, amma kişilik təkcə bununla bitmir və o, yalnız kiçik əlamətlərdən biri sayılır. Kişiliyin əsası onun iradəsinin möhkəm olmasından asılıdır.

Mövlana Səlaləddin Rumi buyurur:


Vəqte xəşmo vəqte şəhvət mərd ku

Talebe mərdi çeninəm kube ku.


Gah qəzəbli, gah da şəhvət zamanı

Özünü saxlayan kişilər hanı


Düşmüşəm çöllərə axtarıram mən
Göstər mənə belə güclü insanı.

Biz Əli (ə)-ı Allahın şiri adlandırırıq, çünki o həzrət hər iki cəbhədə hamıdan üstün olmuşdur. Birincisi, xarici və ictimai cəbhə sayılan döyüş meydanlarında güclü pəhlivanları yerə vurması, ikincisi, daha əhəmiyyətli sayılan daxili cəbhədə isə öz-özü üzərindəki hakimiyyətidir. O, bütün meyl və hisslərinə hakim olan bir insan olmuşdur. Mövləvinin məsnəvidə gətirdiyi hekayə bu məsələni necə də aydınlaşdırır və onun fövqəladə iradə sahibi olduğunu canlandırır. Hələ iyirmi beş yaşı olan bir cavan döyüş meydanlarında çox güclü və məşhur bir pəhləvanı yerə vurmuş, başını bədəndən ayırmaq üçün sinəsinə çökmüşdür. Yerə yıxılmış pəhləvan gözlənilmədən ağız suyunu Əli (ə)-ın üzünə atır. Təbii olaraq Əli (ə) bu işdən narahat olur. Müvəqqəti olaraq, onun sinəsindən ayağa qalxır, bir qədər var-gəl etdikdən sonra qayıdır. Düşmən soruşur ki, nə üçün getdin? Həzrət buyurur: «Çünki mən sənin o hərəkətindən qəzəbləndim və istəmədim ki, səni qəzəbli halda qətlə yetirim. Çünki səni öldürməkdən məqsədim qəzəbimi söndürmək deyil, Allahın əmrini icra etməkdir».

Bəli, Əli (ə) öz qəzəbinə və ümumiyyətlə Allahın xoşuna gəlməyən bütün meyllər üzərində hakim olan bir insan olmuşdur.

Nəfsə hakim olan iradə barəsində də islamda çox danışılmışdır. Əmirəl-möminin Əli (ə)-ın Nəhcül-bəlağədə belə bir bəyanı vardır:

«Əla və innəl xətaya xəylun şumsun humilə ələyha rakibuha».

«Günah, atlının əlindən yüyəni almış hürkək bir ata bənzəyir».

Bildiyimiz kimi, hər bir günah əməl meyl və şəhvət, eləcə də heyvani hisslərin təsiri altına düşməklə başlayır və insan bu təsir nəticəsində ağılın verdiyi hökmün əksinə əməl edərək günah iş görməyə düçar olur. Əli (ə) buyurur ki, insan öz nəfsi üzərində olan hakimliyini əldən verən zaman günaha düçar olur. O, bu məsələnin müqabilində dayanan təqva barəsində də belə buyurur:

«Əla və innət-təqva mətaya zululun».

Təqva ixtiyarı sürücünün əlində olan bir miniyə bənzəyir. Sürücü bu cür miniyi istədiyi kimi idarə edə bilir və o da şıltaqlıq etmədən öz sahibinin əmrlərini yerinə yetirir.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin