İRADƏ MEYARININ TƏNQİDİ
Dünyada elə bir tərbiyəvi məktəb yoxdur ki, insanın öz istək və meylləri üzərində hakim olmasının vacibliyinə şəkk etmiş olsun. Hamı bunu istisnasız olaraq qəbul edir. Amma onun icrasına təminat məsələsi mübahisəli bir mətləbdir. İradə ağlın icraedici qüvvəsi olduğundan, ağıl və iradə meyl və istəklər üzərində hakim olmalıdır. Görəsən təkcə «olmalıdır» sözünü deməklə, ağıl və iradə istəklərə hakim olur, yoxsa yox? Ağıl və iradənin bu hisslər üzərində hakim olma mexanizmi necə olmalıdır və onun icrasına kim təminat verir?
Din məsləkçilərinin istinad etdikləri məsələlərdən biri də budur. Onlar deyirlər ki, iradə ağlın icraedici qüvvəsidir, bəs ağıl özü nə olan şeydir? Əlindən nə iş gəlir? Ağıl, məsələləri aydınlaşdırmaqdan başqa iş görmür və öz missiyasını nəyi isə açıqlamaq və yol göstərməklə başa vurur.
Deməli, ağıl hər hansı bir şeyi aydınlaşdırmaq rolunu ifa edir və insan ağılın köməyi ilə işi haradan başlayıb harada qurtaracağını başa düşür. Amma iradə və ağılın meyl və istəklər üzərində hakim ola bilməsi üçün, təkcə məsələni başa düşmək kifayət etmir. Çünki insan zatən öz mənafelərini güdən bir varlıqdır. Onun iradəsi meyllər üzərində o vaxta qədər hakim ola bilər ki, mənafeləri ona icazə vermiş olsun. Yəni insan öz mənafelərinin əldən getdiyini gördükdə, artıq həmin hisslər üzərində iradi hakimiyyətini tərk etməli olacaq.
İndiyədək söylədiklərimizdən məlum oldu ki, iradə çalışqan və səysiz insanları bir-birindən ayırmaq meyarlarındandır. Tənbəl insanlar daim öz təbii meyllərinin əsiridir. O, bu əsirlikdən canını qurtarmaq üçün gərək iradəsini gücləndirib istəkləri üzərində qələbə çalsın, əks təqdirdə heç vaxt insanlıq mərhələsinə yetişə bilməyəcəkdir. Deməli, iradə insanlıq meyarı yox, insanlığa yetişmək üçün lazım olan şərtlərdən biridir. Böyük və yüksək səviyyəli ruhlar güclü iradəyə sahibdirlər. Amma biz çalışırıq ki, böyük insanlıq adlanan yüksək səviyyəli ruhun meyarını tapıb üzə çıxaraq.
Dostları ilə paylaş: |