İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 1,63 Mb.
səhifə79/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   ...   177
(Ənam-162).

Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsani istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa, elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çağlayan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: «Bizim bir bəndəmiz var, onun yanına get ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişikMəqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.

Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə mələk ruh aləmini müşahidə edərdilərBu hədis bizim «Samius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin [yersiz] çərənçilikləriniz, artıq danışmaqlarınız qəlblərinizdəki çəmənliklər olmasaydı [ orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdinizMəqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi, peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.

Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən eşidirsən mənim gördüklərimi sən görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən

Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsani istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin