İrfan məktəbində kamil insanın islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mənəvi riyazət, lütflə bağışlanan mənəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Quran da bu sifətləri bir yerdə cəmləyib. «[OnlarAllaha] tövbə, ibadətvəşükr-sənaedənlər, oructutanlar [vəyacihaduğrunda, elmtəhsiletməküçünyurdundanayrılıbbaşqayerlərəgedənlər], rükuvəsəcdəedənlər [namazqılanlar], yaxşıişlərgörməyiəmredib, pisişləriyasaqedənlərdir...»